![]() |
|




592.jpg)



.jpg)





Bakıda memarlıq abidəsi olan yaşayış binası dağıdılıb: Sakindən şikayət - FOTO
Tarix 24.06.22, 12:26 |
|

“Bizim tarixi evimizi barbarcasına dağıtdılar və hələ də buna görə maddi kompensasiya ödənilməyib”.
Bu şikayətlə Media.az redaksiyasına Bakı sakini, Dilarə Əliyeva küçəsi, 141 ünvanındakı mənzildə yaşayan Bikə Həsənova müraciət edib.
Qadının sözlərinə görə, 2017-ci ilin oktyabr ayında “FF” mənzil-tikinti kooperativi tərəfindən çoxmənzilli binanın bünövrəsinin qəsdən sarsıdılması nəticəsində onun künc tərəfi uçub.
“Evin 100 ildən çox yaşı var, amma çox davamlıdır. Binada 18 ailə yaşayırdı, amma həyasızcasına aparılan qazıntıdan sonra cəmi 15-i qalıb. Məsələn, ulu babası tarixi binanın inşaatçılarından olan 89 yaşlı nənənin mənzili dağıdılıb. İndi qadın qohumlarının evində yaşayır. Divarlarımız çatladı, amma biz qaldıq”, - deyə qadın bildirib.
B.Həsənova iddia edir ki, ev sakinləri “FF” mənzil-tikinti kooperativini, daha doğrusu, onun sahibi Tamilla İbrahimovanı məhkəməyə veriblər:
“Rayon, Ali və Apellyasiya Məhkəmələri bizim xeyrimizə qərar çıxarıb. Biz bu işi qazandıq. Məhkəmə qərar verdi ki, T.İbrahimova bizə maddi təzminat ödəməlidir. Ancaq o, hələ də bunu etməyib və etməyəcəyini də açıq şəkildə bəyan edir”, - deyə Bikə Həsənova qeyd edib.
Qeyd edək ki, bu hal mediada geniş şəkildə işıqlandırılıb. T.İbrahimova D.Əliyeva küçəsi, 141 ünvanında yerləşən tarixi yaşayış binasının sökülməsinə və yerində çoxmərtəbəli binaların tikintisinə Bakı Şəhər İcra Hakimiyyətindən icazə aldığını bildirib.
Nəticədə Bakı Şəhər İcra Hakimiyyətinin Başçısı Aparatının keçmiş rəhbəri Rasim Quliyev Azərbaycan Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 314-2.3-cü (torpaq sahələrinin ayrılması və ya qanunla müəyyən edilmiş qaydaları pozmaqla tikinti və ya quraşdırma işlərinin aparılmasına icazənin verilməsi) maddələri ilə ittiham olunub. O, üç il müddətinə azadlıqdan məhrum edilib, lakin bu il azadlığa çıxıb.
“Günahsız bir insanı dəmir barmaqlıqlar arxasına saldılar. Tikintiyə icazəni keçmiş icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbov verib. Məhkəmə zalında Tamilla İbrahimova müvafiq sənədləri əldə etmək üçün ona külli miqdarda rüşvət verdiyini bildirib. Yalnız biz elan edəndə ki, evimiz yerli əhəmiyyətli mədəniyyət abidəsi olduğundan dövlət himayəsindədir, problemimizə diqqət yetirdilər”.
Fəaliyyəti “dondurulmuş” “FF” şirkətinin sahibindən təzminat ödənilməsi ilə bağlı artıq məhkəmə qərarı olsa da, prokurorluqda istintaq hələ də davam edir”, - deyə Bikə Həsənova davam edir.
Bu işin araşdırılması ilə prokurorluğun müstəntiqi İlqar Səfərov məşğul olurdu. Qadının sözlərinə görə, o, evlərinin bərpa olunacağına söz verib, lakin bir müddət sonra telefonlara cavab verməməyə başlayıb.
Media.Az İlqar Səfərovla əlaqə saxlayıb. Həmin şəxs bu işin artıq onun səlahiyyətlərinə aid olmadığını bildirib və şərh almaq üçün Azərbaycan Respublikası Baş Prokurorluğunun mətbuat xidməti ilə əlaqə saxlamağı tövsiyə edib.
Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, məhkəmə istintaqı yekunlaşıb və qərar çıxarılıbsa, deməli, istintaq çoxdan başa çatıb. Məsələ ondadır ki, istintaq məhkəmənin yekun qərarına qədər davam edir.
Lakin mətbuat xidmətindən hazırda bu problemlə bağlı kimin məsuliyyətli olduğunu və təzminat ödəməyən “FF” MTK sahibinə qarşı niyə tədbir görülmədiyini açıqlamayıblar.
“Məhkəmə qərarı icra olunmazsa, Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinə müraciət edə bilərsiniz”, - deyə mətbuat xidmətindən bildirilib.
Media.Az-ın Tamilla İbrahimova ilə əlaqə saxlamaq cəhdləri baş tutmayıb.
Buna baxmayaraq, redaksiya ona və bu işə cavabdeh olan müvafiq dövlət qurumlarının nümayəndələrinə sözlərini demək imkanı verməyə hazırdır.
Xəbərin oxunma sayı : 982
loading...
Hadisə
Xəbərlər
-
Günün transfer xəbərləri: Messiyə görə danışıqlar başladı
-
DSX-dan 200 minlik tender: Qalib şirkət elandan sonra yaranıb
-
“Şimal axını-2”nin nəqli bərpa olunmayacaq“ - Almaniya kansleri
-
Bu idmançılara 20 min manat veriləcək - Sərəncam
-
1.6 manatlıq şirkətlə yarım milyonluq müqavilə - Cənub rayonları üçün “tender canavarı“
-
Ruslar “Zaporojye” AES-i partlatmaq istəyirlər - İDDİA
-
Dollar neçəyə olacaq? – Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Sabiq nazir dövlətə milyonlarla manat ödəyib - Müslümovun bu əmlaklarının üzərinə həbs qoyulub
-
Vəzifəli şəxslərə cinayət işi açıldı - Təfərrüat
-
Azərbaycanda son sutkada 121 nəfər koronavirusa yoluxub - Bir nəfər vəfat edib
-
Baş Prokurorluq bir qrup şəxsə xəbərdarlıq edib - Açıqlama
-
“Paşinyanla çox konstruktiv telefon danışığı apardıq” - Ərdoğan
-
Çerçesovdan “Qarabağ“la cavab oyunu haqqında açıqlama: “Sonadək mübarizə aparmaq niyyətindəyik“
-
Səfər Mehdiyevin xaricdə milyonluq əmlakları... - FOTOLAR
-
Beyləqanda Aşura mərasimi qeyd olunub - FOTO
-
Prezident İlham Əliyev onlar haqqında sərəncam imzaladı - SİYAHI
-
Mərkəzi Bankda yeni qurumlar yaradıldı - Təyinatlar
-
Daşkəsəndən sel keçdi - VİDEO
-
Bu rayonda yollar yenidən qurulacaq - 5,3 milyon ayrıldı
-
“Nar” Azərbaycanda ilk üztanıma texnologiyalı eSIM xidmətini təqdim etdi
-
Çində yeni növ virus yayıldı - 35 yoluxma
-
Saatlıda vəziyyət kritik həddə çatdı: Əkilən məhsul sahələrdə məhv olub - VİDEO
-
61 bağça müdiri işdən çıxarıldı - Nöqsanlara görə
-
Yol polisi Səfər Mehdiyevi saxladı: “Sən nə həyasız adamsan?“ - Video
-
“Özünü döymək, qan çıxarmaq, zəncir vurmaq Aşura ənənələrinə ziddir“ - QMİ sədri
-
Bakıda səkinin ortasından qaz xətti çəkilib - VİDEO + Açıqlama
-
İcra başçısının müavini Yuxarı Qarabağ Kanalının ərazilərini işbazlara satır? - Rəsmi açıqlama
-
“Dost da, düşmən də bilsin ki, can Azərbaycan yalnız deyil” - Türkiyənin XİN başçısı
-
Paytaxtın bir rayonunda 61 nəfər saxlanılıb - VİDEO
-
Deputatların maaş və pensiya oyunları - Rəqəmlər
-
“Ermənilər Laçın şəhəri və Zabux kəndini boşaldırlar“ - Deputat
-
Abramyanın bacısı əri, Mənüçöhrün qohumu - DTX-nin həbs etdiyi “Broker Əbülfəz” kimdir?
-
Taleh Qaraşov yeni bazar açdı - Köməkçisinin atası idarə edir
-
“Fevraldan bəri Rusiyanın ən azı altı komandanı işdən çıxarılıb“ - ABŞ institutu
-
Bölmə rəisi, polis polkovniki qəza törətdi - Ölən var + FOTO
-
İranın “Zəngəzur dəhlizi” xofu – TƏHLİL
-
Mövqelərimiz atəşə tutuldu: Azərbaycan Ordusu adekvat cavab tədbirləri gördü
-
Unun qiyməti bahalaşacaq - Çörəyin qiyməti artacaq?
-
Nəhəng quyu hər kəsi şoka saldı – Tədqiqatçılar hərəkətə keçdilər
-
“Broker” MMC-nin rəhbəri Əbülfəz Məlikov həbs edildi - DTX tərəfindən saxlanılıb
-
Avtomobil almaq istəyənlər, tələsin - Qiymətlər bahalaşır
-
Müsəlmanların qətli məni qəzəbləndirir - Bayden
-
Kraliça Şotlandiyadakı tətilini dayandırır - SƏBƏB
-
“Caliber” Rusiya ordusu üçün İran PUA-ları barədə - VİDEO
-
Güclü yağışdan sonra Gəncəyə dolu düşüb - FOTO
-
İnflyasiyanı necə ram etməli? - Açıqlama
-
“Avropa İttifaqı ölkələri iqtisadi tənəzzüllə üzləşəcək” - Finlandiyanın Prezidenti
-
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib - VİDEO
-
Bakıda sürücülər etiraz aksiyası keçirdi – VİDEO
-
Azərbaycan Premyer Liqası: “Neftçi” mövsümə çətin qələbə ilə başladı
-
Rusiyalı deputat almaniyalı jurnalisti öldürəcəyinə söz verdi - VİDEO
-
Daha bir erməni Azərbaycan Prezidentinə müraciət etdi – VİDEO
-
İranda bir videoya görə qadınların reklamlara çəkilməsi qadağan edilib - VİDEO
-
Yoluxma sayı 500-dən aşağı düşdü - Ölən olmayıb
-
Gürcüstanda keşişlər Aşura yürüşünə qatıldılar - VİDEO
-
Bel yırtığına daha çox kimlərdə rast gəlinir? – CAVAB
-
Elm və Təhsil Nazirliyi məlumat yaydı - Sentyabrın 14-də yekunlaşacaq
-
Dənizə getmək istəyənlərə - Xəbərdarlıq
-
Bakıda “qazi” “İmam Mehdi” yolunda çənə sındırdı – VİDEO
-
“Rusiyanın hərbi itkiləri 42 mini ötüb” - Ukrayna Baş Qərargahı
-
Yaxşılaşan investisiya mühiti - ŞƏRH
-
Xalqdan qazanıb xalqa qaytarmaq istəməyənlər - Araşdırma
-
“Ukraynada ən azı 10 rus generalı öldürülüb” - Britaniya kəşfiyyatı
-
Qəbələdə narkotacir saxlanıldı: Külli miqdarda narkotik vasitə dövriyyədən çıxarıldı - FOTOLAR
-
“Ermənistan müdafiə nazirliyinin yaydığı məlumat yalandır” - Müdafiə Nazirliyi
-
Ermənilər Laçını tərk etməyə başladı - VİDEO
-
İsrailin bombardmanı nəticəsində Qəzzada 29 nəfər ölüb - 6-sı uşaqdır
-
Sabah güclü külək əsəcək - Hava proqnozu
-
“Rusiya dünyada AES-dən terror üçün istifadə edən ilk ölkə oldu” - Zelenski
-
Astronomlar ən yüksəyə çıxırlar - Saatda 50-100 “ulduz” düşəcək
-
Brüsseldə növbəti Əliyev-Paşinyan görüşü keçiriləcək - Şarl Mişel açıqladı
-
“Üçüncü dünya müharibəsi başlaya bilər“ - Tramp
-
“Avropa stadionlarından da sosiska iyi gəlir”- Qurban Qurbanov
-
Xalq artisti bikinidə belə poz verdi - FOTO
-
Türkiyədə prezident seçkiləri: Kim qalib gələcək? – Sorğunun nəticəsi
-
Pozan Dadaş, qazanan Zafer Reisoğlu... - Araşdırma
-
Statistikaya inanaq, yoxsa gözümüzlə gördüyümüzə? - Araşdırma
-
“Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir” - Ərdoğan
-
İşğaldan azad olunmuş ərazilərdə hansı işlər görüləcək? - VİDEO
-
Bakının bəzi qəsəbələrində su kəsiləcək: Sakinlərin DİQQƏTİNƏ
-
“Macarıstanın Baş naziri Rusiyanın Aİ-dəki “Troya atı”dır“ - “Foreign Policy”
-
Bakının mərkəzində qorxunc mənzərə - Hər an faciə baş verə bilər
-
“ABŞ bu ölkələrə nüvə zərbəsi endirə bilər“ - Blinkenin müavinindən sensasiyalı açıqlama
-
Sabah hava necə olacaq? - Proqnoz
-
Ərdoğan Türkiyənin ilk milli elektrik avtomobilini idarə etdi - FOTO
-
Azərbaycanlı müğənniyə hökm oxundu - FOTO
-
“Qarabağ iqtisadi rayonunda bərpanın ilk mərhələsi 2026-cı ildə yekunlaşacaq“ - Prezidentin xüsusi nümayəndəsi
-
Azərbaycanda daha 452 nəfər koronavirusa yoluxub - 5 nəfər vəfat edib
-
Daha iki hərbçi ordu sıralarından xaric edilib - RƏSMİ
-
“Unun qiymətində bahalaşmalar gözlənilir” - İqtisadçı-ekspert
-
Kəlbəcərdə şəhid olan hərbçimiz dəfn edildi - FOTO
-
“Rublla bağlı Putinlə razılıq əldə etdik” - Ərdoğan
-
Britaniyadakı səfirliyimizə hücumla bağlı cinayət işi başlanıldı - MADDƏLƏR
-
Haqqında ən çox narazılıq olan 5 icra başçısı kimdir? – ARAŞDIRMA
-
“Rusiya-Ukrayna müharibəsi tezliklə yeni mərhələyə keçəcək“ - Britaniya kəşfiyyatı
-
Sosial şəbəkələrdə narkokuryerliyə cəlb olunanlar tutuldu - VİDEO
-
ABŞ-ın “Əl-Qaidə” liderini necə öldürdüyü açıqlandı - FOTO
-
“Dostluq” istirahət mərkəzinin hovuzunda dəhşətli hadisə: Ölən var
-
“Çinin iqlim məsələlərində ABŞ ilə əməkdaşlığı dayandırması dünyaya təsir edəcək” - Blinken
-
Azad edilmiş ərazilərdə yaşıl texnologiyalarla bağlı yeni İşçi Qrupu yaradılıb - SİYAHI
-
“Heç bir NATO ölkəsi Ukrayna qədər yardım almayıb” - Polşa səfiri
-
Şəhid Samir Xudiyev torpağa tapşırıldı - FOTOLAR
-
Dövlət borcumuza baxış: daxili borclanma xarici borclanmanı üstələyir
-
Koronavirusun universal peyvəndi gəlir? – ABC
-
«Electro Service» QSC hansı tenderləri udur? - SİYAHI
-
Azərbaycanda yağıntılı və küləkli hava şəraiti nə vaxta qədər davam edəcək? - AÇIQLANDI
-
Şəhidimiz Ağstafada dəfn olundu - FOTOLAR
-
Ordumuz bu yüksəklikləri nəzarətə götürdü - RƏSMİ
-
“Rusiyanın hərbi itkiləri 42 minə çatır“ - Ukrayna Baş Qərargahı
-
Prezident daha iki ölkə səfirinin etimadnamələrini qəbul edib - FOTO
-
“Oğlum başımı uca etdi“ - Şəhid atası
-
Azərbaycan nefti bahalaşıb
-
“İsrail Qəzzada əməliyyatda maraqlı deyil, lakin bundan qorxmur” - Baş nazir
-
Balıq tutmaq istəyənlərin nəzərinə - iyul ayının 1-dən noyabr ayının 1-nə qədər...
-
“Ukrayna strateji təşəbbüsü ələ alır” - ISW
-
ABŞ Dövlət katibi Azərbaycan Prezidentinə zəng etdi: “Ermənistan bu öhdəliyi yerinə yetirmir...“
-
“Ermənistan Silahlı Qüvvələri torpaqlarımızdan çıxarılmalıdır!“ - Azərbaycan Prezident
-
Londondakı hadisəyə görə Bakıda aksiya - FOTOLAR
-
Hökumət müharibə veteranları ilə bağlı qərar verdi - Qaydalar təsdiqləndi
-
İran və Ermənistanın azərbaycanlı PR agenti: Eldar Lənkəranski Brüsseldə necə işləyir?
TOP 10
ARXİV