Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Bakıda Milli Şuranın mitinqi keçirilib – FOTOLAR (Yenilənib)

Tarix 23.09.17, 21:19

Font ölçüsü : - / +
bitmap-img6


Bu gün Bakıda, “Məhsul” stadionunda Milli Şuranın mitinqi keçirilib. Aksiya Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılıb. APA-nın xəbərinə görə, aksiyanın təhlükəsizliyi Bakı polisi tərəfindən təmin olunub.

Aksiyada AXCP sədri Əli Kərimli, Milli Şuranın sədri Cəmil Həsənli, həmçinin Milli Şuranın Koordinasiya Mərkəzinin üzvləri Gültəkin Hacıbəyli, Rövşən Əhmədov və Nurəddin Məmmədli çıxış ediblər.

Aksiyanı aparıçısı Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü İbrahim İbrahimli olub. Təşkilat Komitəsinin üzvü İbrahim İbrahimli etiraz aksiyasını xalqın mitinqi kimi təqdim edib.

Aksiyasının təşkilatçıları bildiriblər ki, mitinqində kütləviliyin qarşısını almaqdan ötrü hökumət inzibati basqılardan istifadə edir. Azadlıq Radiosunun məlumatına görə, Bu haqda Milli Şurada təmsil olunan Azərbaycan Xalq Cəbhəsi Partiyasının Ali Məclisinin sədri Nuraəddin Məmmədli bildirib. N.Məmmədlinin sözlərinə görə, Azərbaycanın bütün rayonlarında mitinqə qatılmaq istəyənlərə təzyiqlər olubr.

AXCP sədri mitinqi “xalqın şərəf mitinqi” elan edib. Əli Kərmli millətin hökumətdən tələbinin, gözləntilərinin böyük olmadığını ifadə edib. O, hakimiyyətin siyasətini tənqid edib.

Əli Kərimli mitinqin çox çətinliklər hesabına başa gəldiyini qeyd edib: “Biz bunları bu günədək dilə gətirmirdik. Ancaq indi demək istəyirəm ki, təkcə AXCP-nin 53 funksioneri mitinq hazırlığı zamanı saxlanılıb. Bu mitinqin aparıcısı İlham Hüseyn olamlı di. Ona, mitinqdə çıxış etməli olan gənc siyasətçi Emil Səlimova 15 sutka həbs cəzası verilib”

Mitinq təşkilatıçılarının açıqlamalarına, hələlik, Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

Polis əməkdaşları aksiyaya gələnləri  yoxlayıblar. Təşkilatçıların öncədən elan etdiyi şüarlardan fərqli şüarların meydana buraxılmadığı bildirilir.

Aksiyaya toplaşanlardan bəziləri sinəsində siyasi məhbus hesab olunan şəxslərin şəkilləri olan köynəklər geyib, əllərində onların şəkillərini tutublar.

Aksiya insidentsiz başa çatıb.

mitinq
mitinq01




Xəbərin oxunma sayı : 238




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap