Hülya Avşar pozitiv olmağın sirlərini açıqladı - VİDEO Aygün Kazımova və Hadisədən sonra Gülay... - Fotolar Sevda Sanəliyeva ərə gedir - Üçüncü dəfə İstədiyim məbləği versələr lüt soyunaram - Afaq
Axtar
 
  • / Maqazin / — 22 Yanvar 2023

    Hülya Avşar pozitiv olmağın sirlərini açıqladı - VİDEO

  • / Maqazin / — 13 Yanvar 2023

    Aygün Kazımova və Hadisədən sonra Gülay... - Fotolar

  • / Maqazin / — 12 Yanvar 2023

    Sevda Sanəliyeva ərə gedir - Üçüncü dəfə

  • / Maqazin / — 11 Yanvar 2023

    İstədiyim məbləği versələr lüt soyunaram - Afaq

  • / Maqazin / — 06 Yanvar 2023

    “Mənimlə rəqabət aparanın ağlı yoxdur” - Roza

  • / Maqazin / — 02 Yanvar 2023

    Röya iki fərqli obrazda - FOTO

Bakıda qanunsuz neft məhsullarının satışının qarşısı alınıb - VİDEO

Tarix 24.01.23, 11:57

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda daha bir qanunsuz neft məhsulları satışının qarşısı alınıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, FHN-ə paytaxtın Qaradağ rayonu, Salyan şosesi, 55 ünvanında fərdi sahibkar Rzayev Sevindik Çoban oğlu tərəfindən yanğın və texniki təhlükəsizlik qaydalarına zidd olaraq yanacaq məhsulları ilə dolu çənlərin saxlanılması və plastik qablara doldurularaq qanunsuz satışının həyata keçirilməsi barədə məlumat daxil olub.

Müraciətlə əlaqədar Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları dərhal göstərilən ünvana cəlb edilib.

Keçirilən baxış zamanı həqiqətən də yanğın və texniki təhlükəsizlik qaydalarının bir sıra tələblərinin kobud şəkildə pozulması ilə insan həyatı və sağlamlığı üçün təhlükə yaradaraq, neft məhsullarının saxlanılması və plastik qablara doldurularaq qanunsuz satışının həyata keçirilməsi faktı aşkar edilib.

Aşkar olunan nöqsanların insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, çənlərin istismarı FHN əməkdaşları tərəfindən dərhal dayandırılıb və pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş akt sahibkara təqdim edilib. Bununla yanaşı, yanğın və texniki təhlükəsizliklə bağlı sahibkar və işçilərlə profilaktik söhbət aparılıb.




Xəbərin oxunma sayı : 394

loading...

Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap