Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Bakıda tanınmış restoran sahibi həbs olundu

Tarix 11.08.17, 3:26

Font ölçüsü : - / +
bitmap-img6


Ekoloji mühitə ziyan vuran vəzifəli şəxsin qanunsuz əməlləri ifşa edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən virtualaz.org-a verilən məlumata görə, Binəqədi rayonu, Biləcəri qəsəbə sakini tərəfindən “Bulaq” restoranı ərazisində ağacların məhv edilməsi barədə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olmuş material əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

İstintaq zamanı Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Natəvan küçəsi 19 saylı ünvanda yerləşən “Bulaq” restoranının sahibi Quliyev Eldar Müseyib oğlunun gələcəkdə yenidənqurma işləri aparmaqla iaşə obyektinin gəlirliliyini artırmaq, əlavə köşklər tikmək, mövcud olan sahəni genişləndirmək və bununla da ərazidəki yaşıllıqların qəsdən məhv edilməsi ilə yüksək gəlirliliyə nail olmaq üçün həmin iaşə obyektinə Biləcəri bələdiyyəsi tərəfindən icarəyə verilmiş 9503,3 kv.m torpaq sahəsində mövcud olan 67 ədəd Eldar şamının dibinə məqsədli şəkildə kristallaşdırılmış NaCl duzu tökməklə məhv etməsinə, həmçinin 2 ədəd ağacı kötüyündən kəsərək təbiətə ümumilikdə 57 min 360 manat məbləğində ziyan vurmasına dair şübhələr üçün əsaslar olduğundan ona Cinayət Məcəlləsinin 260.3 (meşələri və digər yaşıllıqları məhv etmə və ya zədələmə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilməklə nəticəsindən asılı olaraq əlavə məlumat veriləcək.



Xəbərin oxunma sayı : 238




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap