Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

Bakının “reklam mafiyası“: Sahibkarların qənimi Əli Əsgərov və dəstəsi hələ də azadlıqda

Tarix 14.12.17, 17:48

Font ölçüsü : - / +
bitmap-img6


Son illər Azərbaycanda sahibkarların fəaliyyətinin stimullaşdırılmasına və qeyri neft sektorununn  inkişafına yönəli layihələrin  sayı artır. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bütün müşavirə və toplantılarda məmurları sahibkarları incitməməyə, onların fəaliyyəti üçün geniş imkanlar yaratmağa, öz məmur səlahiyyətlərindən sui-istifadə etməməyə çağırır. Amma görünür dövlət başçısının çağırışı heç də bütün  məmurların vecinə deyil. Belə hal ilə biznesi zorakılıq yolu ilə Bakı şəhər İcra hakimiyyətinin Reklam Departamentinin rəhbəri Əli Əsgərov tərəfindən alınmış "Mediaqraf” şirkətinin rəhbəri İsmayıl Səlimov rastlaşıb.  

Əli Əsgərov Bakı şəhər İcra Hakimiyyəti Reklam Departamentində işə küçələrdə reklam plakatları asmaqla başlayır və amma necə deyərlər, şəhər meri ilə qohumluğundanmı, ya hansısa başqa səbəbdən tezliklə karyerasında sıçrayış baş verir.  2010-cu ildə Bakı şəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbov onu  departamentə rəhbər təyin edir. İsmayıl Səlimovun təbirincə desək, pula olan ehtirası və özgə biznesini zorla əlinə keçirmə "bacarığı” qısa  zamanda Əli Əsgərovu şəhərin  varlı adamlarından birinə çevirir. Hətta onun içindən "Lexus"  vurğunluğu hissi baş qaldırır. Bundan sonra  ancaq "Lexus" avtomobili sürən Əli Əsgərov  beləcə "Lexus Əli” ləqəbli "reklam baronun”a çevrilir.  

"Əli Əsgərov nəinki özü "Lexus" sürür, hətta öz dost tanışları və  reklam adlarına görə sahibkarlardan rüşvət yığan "qoçuları”nı belə "Lexus" almağa məcbur edirdı”, - deyən "Mediaqraf” şirkətinin rəhbəri İsmail  Səlimov bildirir ki, bir dəfə belə "qoçu”lardan biri  onun "Alman malları” mağazasına öz "Lexus"unda gələrək  külli miqdarda pul istəyib. Sahibkarın razılaşmadığını  görəndə isə mağazanın adının yazıldığı lövhəni darmadağın etməyə cəhd edib. Səlimovun həmin şəxsin səsini gizli yazması və prokurorluq orqanlarına verəcəyi ilə hədələməsi Əli Əsgərovun "qoçu”larını əl saxlamağa məcbur edib.  

Amma Əli Əsgərov çox tez bir zamanda sahibkarlara xüsusi qəddarlıq elementləri tətbiq etməsi ilə məşhurlaşan keçmiş Milli təhlükəsizlik naziri Eldar Mahmudova yol tapır və İsmayıl Səlimovun dediyinə görə, artıq hüquq mühafizə orqanları və qanuna məhəl qoymadan  Bakı küçələrində reklam bilbordlarının yerləşdirilməsi ilə məşğul olan sahibkarların əmlakını zorla mənimsəyir. 

İsmayıl Səlimovun bizə təqdim etdiyi sənədə görə, Əli Əsgərovun reklam departamentinə  rəhbərlik etdiyi zaman kəsiyində sahibkarın onlarla bilbordu demontaj edilmiş, onların yerləri əlindən alınmış və ona ciddi maddi-mənəvi ziyan vurulub. "Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi 2016-cı il  martın 15-də  ərizəm əsasında  mənə vurulan zərərin miqdarını müəyyənləşdirib. Belə ki,  Əli Əsgərovun qeyri-qanuni əməlləri nəticəsində mənə 352.000 manat ziyan vurulub. Bu isə  indi 440.000  ABŞ dollarına bərabərdir”, - deyə Səlimov vurğulayır. 

Amma Əli Əsgərovun ürəyi bundan sonra da soyumur. O, "Mediaqraf” və onun kimi bir neçə digər küçə reklamı ilə məşğul olan şirkətə məxsus bilbord yerlərini xanımı Nazilə Rüstəmovanın adına açdığı "RMM Group" və "Art Media Service" şirkətlərinə verir. 

Bu şirkətlərin Nazilə Rüstəmovaya məxsusluğu Vergilər Nazirliyinin sənədlərində, Nazilə Rüstəmovanın Əli Əsgərovun xanımı olması isə İsmayıl Səlimovun bizə təqdim etdiyi onların nigah haqqında şəhadətnaməsində öz əksini tapıb.  

İsmayıl Səlimov deyir ki, Əli Əsgərovun Bakı şəhər İcra hakimiyyəti Reklam Departamentinə rəhbərlik etdiyi  müddətdə "RMM Group" və "Art Media Service" şirkətlərinin müştərilərinə faktiki həmin qurumlarda çalışan işçilər deyil, Bakı şəhər İcra Hakimiyyəti Reklam Departamentinin əməkdaşları  xidmət edib. Beləliklə, məmur vəzifəsindən sui-istitfadə edən Əli Əsgərov  dövlətdən əmək haqqı alan işçiləri "reklam kralicasına cevirdiyi” oftamoloq xanımı Nazilə Rüstəmovaya məxsus özəl şirkət üçün işləməyə məcbur edib. 

Sahibkarlardan mağazalarının reklam adlarına görə yığdığı qanunsuz pullar və sahibkarlardan oğurladığı  biznesi xanımına verməsi də Əli Əsgərova azlıq edir. MTN rəhbərinin  yaxın adamı kimi özünü təqdim edən və özünü toxunulmaz kimi göstərən "Lexus Əli” rəhbərlik etiyi reklam departamentinə məxsus 700 kvadrat metrlik tikilinin ərazisini oğlunun adına özəlləşdirir və sonra departament tərəfindən onu kirayə götürür. Faktiki dövlət büdcəsindən departamentə ayrılan pulları bu yolla özününküləşdirməyə və ya el dilində desək "yumağa”başlayır. "Hazırda da bu tikili onun oğluna məxsusdur və qəribədir ki, vergi və hüquq mühafizə orqanları hələ də bu məsələni araşdırmayıblar”, - deyə Səlimov vurğulayır. 

Əli Əsgərov Bakı şəhəri ərazisində  həyata keçirdiyi əməllərindən o qədər ruhlanır ki, Sumqayıt şəhərində də özünə havadarlar tapır. Sumqayıt şəhər İcra hakimiyyətinin reklam departamentinin sabiq rəhbəri Şaxmalı Cavadov və hazırki müdiri Eldar Həsənovun vasitəsilə artıq Sumqayıt şəhərində İsmayıl Səlimova məxsus bilbordları və bilbord yerlərini sahibkarın əlindən zorla aldırır. Bu işdə Əli Əsgərovun Sumqayıtdakı havadarlarına İsmayıl Səlimovun sözlərinə görə, Bakı şəhər reklam departamentinin şöbə müdiri Zahid İsmayılovun Sumqayıt şəhər vergilər departamentinin  rəhbəri çalışan qardaşı Abbas İsmayılov kömək edir. 

Bütün bu deyilənləri əlində olan sənədlərlə sübuta yetirən İsmayıl Səlimov bildirir ki, onun indi yeganə istəyi  öz biznesini  və ona vurulan ziyanı Əli Əsgərovdan geri almaqdır. Bu isə İsmayıl Səlimovun sözlərinə görə, Əli Əsgərov və onun  havadarlarının cinayət məsuliyyətinə cəlb olunması və sahibkarın təbirincə desək, quldurluq yolu ilə mənimsənilmiş əmlakının müsadirə edilməsi vasitəsilə mümkün ola bilər. "Mənə məxsus olan vəsaitin başqa yolla qaytarılması yolunu görmürəm. Əli Əsgərovun fəaliyyətinə hüquqi qiymət verilməli, o, cinayət məsuliyyətinə cəlb olunmalı və onun  müsadirə olunan əmlakı hesabına mənə vurulan yarım milyon dollara yaxın ziyan ödənilməlidir”, - deyə Səlimov vurğulayır. 

Səlimovun sözlərinə görə, o bu məsələ ilə bağlı ölkənin I vitse-prezienti və Heydər Əliyev fondunun rəhbəri xanım Mehriban Əliyevaya  müraciət ünvanlayıb. Müraciətdə deyilir:

"Əsası Heydər Əliyev tərəfindən qoyulan və ölkə rəhbərliyi tərəfindən həyata keçirilən siyasi-iqtisadi kurs nəticəsində  Azərbaycan inkişaf etmiş ölkələr arasında layiqli yer tutur və  nüfuz qazanıb. Əli Əsgərov kimi  adamların qanunsuz fəaliyyəti isə ölkəmizin imicinə mənfi təsir edir. Azərbaycanda biznes  mühiti bu kimi məmurların özəl biznes strukturlarını quldurluq yolu ilə ələ keçirməsi hesabına  inkişaf edə bilmir. Əli Əsgərovun quldur hərəkətləri nəinki  dünya standartlarına uyğun deyil, həmçinin Sizin tərəfinizdən həyata keçirilən normalara ziddir. Vaxtı ilə mən əvvəllər "6-cı paralel”, indi isə Murtuza Muxtarov adına  küçədə yerləşən uçmuş binanın sakinlərinin yaratdığı təşəbbüs qrupunun rəhbəri olmuşam.  O zamanlar Sizə müraciət etməsəydik, Əli Əsgərov kimi məmurlar bizi də evsiz qoyacaqdılar və yalnız Sizin işə qarışmağınız bizə hüquqlarımızı bərpa etməyə imkan verdi.  Odur ki, Sizə ikinci dəfə müraciət edərək,  bu problemin həllində mənə yardımçı olmağınızı rica edirəm.  Bu  münaqişə  nəticəsində nəinki  mən tam qanuni və şəffaf  şəkildə həyata keçirdiyim biznesimdən məhrum oldum, həmçinin şirkətimdə çalışan onlarla insan çörəksiz qaldı. Sizin köməyinizlə mənə qarşı edilən bu haqsızlığın qarşısının alınacağına,  mənə məxsus biznesi qanunsuz şəkildə ələ keçirmiş Əli Əsgərov kimi feodal təfəkkürlü adamların cəzalanacağına inanıram”. 

Qeyd edək ki, ölkə başçısının sərəncamı ilə 2017-ci il avqustun 1-də Bakı şəhər İcra Hakimiyyətinin Reklam Departamentinin yerində  Azərbaycan Dövlət Reklam Agentliyi yaradılıb və Əli Əsgərov bu xidmətin rəhbərliyindən uzaqlaşdırılıb. Amma buna baxmayaraq onun zamanında İsmayıl Səlimovun təbirincə desək, özbaşınalıqlara yol verən keçmiş departamentin şöbə müdiri Zahid İsmayilov agentlikdə yenə şöbə müdiri vəzifəsində çalışır, qardaşı Abbas İsmayılov hələ də Sumqayıtda Vergilər Departamentinin rəhbəridir.  Sumqayıt İcra Hakimiyyətinin Reklam Departamentinin müdir müavini Eldar Həsənov isə adı çəkilən qurumda  indi müdür kreslosunda əyləşib. İsmayıl Səlimov bu adamların da məsuliyyətə cəlb ediləcəyinə, Bakı və Sumqayıtın reklam bazarında azad, rəqabət əsaslı  mühitin yaradılacağına, onun və onun kimi haqqı pozulmuş başqa sahibkarların hüquqlarının bərpa olunacağına inamla yaşadığını deyir. 

"Mediaqraf” şirkətinin rəhbəri verdiyi hər bir məlumatla bağlı rəsmi sənədlərə əsaslanmış sübutlar gətirsə də məsələyə Bakı Şəhər İcra hakimkiyyətinin keçmiş depatament rəhbəri Əli Əsgərovun və xanımı Nazilə Rüstəmovanın münasibətini öyrənməyə çalışdıq. Əli Əsgərov artıq departamentdə çalışmadığından Vergilər Nazirliyinin rəsmi sənədlərində göztərildiyi kimi onun xanımına  məxsus RMM Group şirkətinə  zəng vurduq. Dəstəyi götürən və özünü şirkətin əməkdaşı kimi təqdim edən şəxs əvvəlcə Nazilə Rüstəmovanın işdə olmadığını, sonra şirkətin ona mənsub olub olmadığını bilmədiyini söylədi. Daha sonra sorgumuza cavab verən  və özünü şirkətin icraçı direktoru kimi təqdim edən başqa bir şəxs şirkətin təsisçisinin əvvəllər kim olduğunu bilmədiyini, indi Nazilə Rüstəmovaya məxsus olmadığını dedi, bir az keçmiş isə ümumiyyətlə məsələ ilə bağlı  Vergilər Nazirliyinə müraciət etməyimizi tövsiyyə edərək bizi yenə də Nazilə Rüstəmova və Əli Əsgərovla əlaqələndirmədi. Adı çəkilən  şəxslərin qoyulan faktlara  münasibətini verməyə hazır olduğumuzu bildirərək bir daha qeyd etmək istəyirik ki, "Mediaqraf” şirkəti rəhbərinin təqdim etdiyi rəsmi sənədlərə alternativ olaraq Əli Əsgərov və yazıda adı çəkilən digər şəxslərin  ictimaiyyətə  çatdırmalı sübutları varsa, onlara bunun üçün şərait yaratmağa hər zaman hazırıq. 

Bakı meriyasında yeyinti kralları...
Bakı meriyasında yeyinti kralları...
Bakı meriyasında yeyinti kralları...

Bakı meriyasında yeyinti kralları...
Bakı meriyasında yeyinti kralları...
Bakı meriyasında yeyinti kralları...





Xəbərin oxunma sayı : 517




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap