Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Bakının altı rayonunda sökülmüş qəzalı evlərin yerində 20 bina tikilir

Tarix 28.02.17, 15:29

Font ölçüsü : - / +
bitmap-img6


“2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda cənab prezident Bakı üçün qəbul olunmuş “pilot layihə”yə diqqət çəkdi. Bakı şəhərinin rayonlarının icra hakimiyyətlərindən razılaşdırmaq üçün Dövlət Komitəsinə 68 planlaşdırma həlli (tikintinin eskizi) daxil olub ki, onlardan 10-u norma və qaydalara uyğun olmadığı üçün geri qaytarılıb”.

Bunu “APA-Economics”ə müsahibəsində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov bildirib.

Onun sözlərinə görə, yerli icra hakimiyyətləri orqanları tərəfindən qəbul olunan ərazilərin sərhədlərində onların sifarişi üzrə hazırlanan Planlaşdırma həlləri, tikintinin sıxlığı və əmsalına, binanın hündürlüyünə, söküntüyə aid binaların qırmızı xətlərinə, şaquli nişanlarına, abadlığına riayət edilməsini nəzərdə tutur.

“Torpaqdan istifadə planında tikinti altında olan ərazilərin mümkün ayrılma sərhədləri koordinat nişanları ilə birlikdə göstərilməsi tövsiyə olunur. Belə təfsilatlı layihəqabağı prosedur tikinti altında olan ərazinin ayrılmasının düzgün seçimini nəzərdə tutur. Planlaşdırma həlləri 185 hektar ərazidə 450 min kvadratmetr qəzalı və yaşayış üçün yararsız tikilinin söküntüsünü nəzərdə tutur. Eyni zamanda ümumi yaşayış sahəsi 2 milyon 200 min kvadratmetr olan 200-dən çox orta və çoxmərtəbəli yaşayış binasının tikilməsi nəzərdə tutulur. Sevindirici haldır ki, hal-hazırda Nərimanov, Nəsimi, Səbail, Suraxanı, Yasamal, Nizami rayonlarında artıq 20-dən çoxu tikilir”, – deyə qurum rəhbəri qeyd edib.

A. Ələsgərov bildirib ki, qəzalı tikililərin və yaşayış üçün yararsız evlərin sökülməsini nəzərdə tutan “pilot layihə”nin uğurla həyata keçirilməsi, Azərbaycan prezidentinin təşəbbüsü ilə əsasən sahibkarların vəsaiti hesabına vətəndaşların sosial məsələlərini həll edən əlamətdar hadisədir: “Biz onların bu prosesdə daha çox iştirak etməsi üçün əlimizdən gələni edirik. Qəzalı və yaşayış üçün yararsız binalardan əhalinin köçürülməsi mürəkkəbliyinə görə sahibkarlara kompensasiya üçün bizim planlaşdırma həllərində bəzən tikinti sıxlığı 30%-dək artırılır”.



Xəbərin oxunma sayı : 82




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap