“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Bakının bu ünvanında binalar plana düşdü - 8 bina söküləcək (VİDEO)

Tarix 21.05.20, 11:54

Font ölçüsü : - / +
bitmap-img6


Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 55 № -li, 11 mart 2020-ci il tarixli Sərəncamına əsasən, Bakı şəhəri, Nərimanov rayonu , Təbriz  və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən yaşayış üçün yararsız vəziyyətdə olan, istismar müddəti başa çatmış, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının inşası "Ailə Park " MMC-yə həvalə olunub.

Qeyd edək ki, yenilənən binaların sakinləri və  "Ailə Park”  MMC arasında rəsmi müqavilə (notarial qaydada) bağlanılır və onlar müvəqqəti olaraq digər yaşayış yerlərinə köçürülürlər.

Mənzilləri sökülən sakinlər müvəqqəti kirayədə yaşadığı dövrdə onların kirayə haqları ödənilir. Daha sonra sakinlər köçürüldükləri mənzildən sahəsinə görə 25 % daha artıq və təmirli mənzillərə sahib olurlar.

Nəzərinizə çatdıraq ki, "Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 saylı qərarı ilə paytaxtın bir çox rayonlarında istismar müddətini tamamlamış, qəzalı vəziyyətdə olan evlərin söküntüsü davam edir. Qərarda 3 mindən artıq binanın yararsız olduğu bildirilib və bu günə kimi 1200-dən çox yaşayış binası sökülərək müasiri ilə əvəz edilib. Sözügədən ünvandakı binalar 1960 –cı illərdə inşa olunmuşdur və artıq istismar müddətini başa vuraraq yararsız vəziyyətə düşüb.











Xəbərin oxunma sayı : 454




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap