Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Bakıya getmək istəyən arvadını çəkiclə döyən Piriyevin işi - arvadı onu bağışladı…

Tarix 04.08.20, 10:31

Font ölçüsü : - / +
bitmap-img6


Bakıya getmək istəyən arvadını tövlədə xüsusi amansızlıqla öldürməyə cəhddə günahlandırılan şəxsə 11 il 3 ay həbs cəzası verilib. Arvadı onu bağışlasa da məhkəmə onun cəzasını dəyişməyib.

Musavat.com xəbər verir ki, 1974-cü il təvəllüdü İlqar Piriyev Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd) maddəsi ilə təqsirli bilinərək Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, İlqar Piriyev arvadı Sülhiyyə Musayevanı öldürməyə cəhd edib.

İ.Piriyev arvadı ilə birlikdə Füzuli rayonu, Böyük Bəhmənli kəndindəki evində yaşayıb. Rəsmi ittihamda göstərilir ki, hadisə günü Sülhiyyə Musayeva tövlədə iş görən zaman ərinə Bakıya alış-verişə getmək istədiyini deyib. Lakin Piriyev buna etiraz edib.

Sülhiyyə Musayeva isə mütləq gedəcəyini deyib. Piriyev onun hərəkətlərindən qəzəblənib və qisas almaq niyyəti ilə əlində olan çəkiclə Sülhiyyə Musayevanın baş nahiyəsinə çoxsaylı zərbələr vurub.

Sonradan Sülhiyyə Musayevanın ölmədiyini görüb zərərçəkmişə xüsusi ağrılar və əzab verməsini bir daha dərk edərək niyyətini başa çatdırmaq məqsədilə hər iki əli ilə onun boğazından tutaraq boğub. İ.Piriyev huşsuz vəziyyətdə olan Sülhiyyə Musayevanın öldüyünü güman edərək onu sürüyərək tövlədən çıxarıb.

Hadisə yerinə gələn təcili tibbi yardım zərərçəkmişi vaxtında xəstəxanaya çatdırıb və onun həyatını xilas etmək mükün olub.

Aldığı 11 il 3 aylıq cəzadan narazı qalan Piriyev apellyasiya şikayəti verərək cəzasının azaldılmasını istəyib.

İlqar Piriyevin vəkili apellyasiya şikayətində Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünün ləğv edilməsini müdafiə etdiyi şəxs barəsində bəraət hökmü çıxarılmasını xahiş edib.

Vəkil bildirib ki, Piriyevə elan olunmuş ittihamda cinayət motivi yoxdur.

“İlqar Piriyevin həyat yoldaşı ilə mübahisəsi olmayıb, 2 azyaşlı uşağı olduğu halda o, necə həyat yoldaşını öldürməyə cəhd edərdi? Məhkəmə istintaq orqanının tərtib etdiyi ittiham aktını olduğu kimi hökmə köçürməklə, öz işini başa çatmış hesab edib. Şahid ifadələri ittiham aktında təhrif olunaraq göstərilib və məhkəmə də şahidləri formal dindirib. İlqar Piriyevin əməlində hər hansı bir cinayətin olmamasına baxmayaraq, məhkəmə onun zərərçəkmiş şəxsi vurması, hətta əsassız olaraq Piriyevin bu əməli xüsusi amansızlıqla törətməsi qənaətinə gəlib.

Halbuki xüsusi amansızlıq təqsirkarın xüsusi amansızlıq göstərməsini sübut edən digər hallarla əlaqədardır. Zərərçəkmiş şəxsə əzab, işgəncə vermək, onun şəxsiyyətini ələ salmaq, onu məsxərəyə qoymaq, təqsirkar üçün aşkar surətdə xüsusi ağrılar yetirmək və yaxın qohumların gözü qarşısında ona əzab-əziyyət verməklə xüsusi amansızlıq göstərilə bilər” , - deyə vəkil çıxışında bildirib.

Piriyev də çıxışında birinci instansiya məhkəməsi tərəfindən qanunsuz və əsassız hökm çıxarıldığını deyib və cəzasının yüngülləşdirilməsini istəyib.

Məhkəmə prosesində məlum olub ki, zərərçəkmiş qadın ərini bağışlayıb. Sülhiyyə Musayeva da ərinə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza verilməsini, bu mümkün olmadıqda isə cəzasının mümkün qədər yüngülləşdirilməsini məhkəmədən xahiş edib.

Prokuror isə hökmün dəyişdirilmədən saxlanılmasını istəyib.

Tərəfləri dinləyən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin cəza təyini ilə bağlı gəldiyi nəticəni qanuni və əsaslı hesab edib.

Məhkəmə hökmü dəyişdirmədən saxlayıb.



Xəbərin oxunma sayı : 7570




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap