Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Balina necə nəhəng olub?

Tarix 26.05.17, 21:10

Font ölçüsü : - / +
bitmap-img6


Bığlı balinalar planetdə ən böyük, 150 tonluq göy balina isə gəlmiş-keçmiş ən nəhəng heyvan hesab olunur. 

Novator.az-ın məlumatına görə, balinaların nəhəngliyini araşdıran amerikalı alimlər “Proceedings of the Royal Society B” jurnalında bu haqda məqalə ilə çıxış ediblər. Yazıda bildirilir ki, balinaların nəhəngliyi onların qida üsulu ilə bağlıdır.

Alimlər Vaşinqtonun Milli Təbiət Muzeyində saxlanan balina qalıqlarını nəzərdən keçirib. Onların bəzilərinin yaşı 30 milyon ilə çatır. Həmin balinaların ölçüləri bir-birindən az fərqlənir. Məlum olub ki, balinaların nəhəngləşməsi yaxın vaxtlara təsadüf edir. 4,5 milyon il əvvəl balinaların uzunluğu 10 metrə qədər imiş. Hazırkı göy balinaların uzunluğu isə 30 metrə çatır.

Mütəxəssislər balinaların çəkisinin artmağa başlamasının səbəbini araşdırıblar. Onlar 4,3-4,7 milyon il əvvəl planetdə növbəti buzlaşmanın baş verdiyini nəzərə alıblar. Okeanlarda buz qatının genişlənməsi, suyun dərəcəsinin enməsi balıqların və bəzi yırtıcıların kütləvi məhvinə gətirib çıxarıb. Beləcə balinaların qida bazası böyüyüb.

Digər tərəfdən həmin qida bazası dünya okeanı üzrə bərabər qaydada bölünməyib, yem dalınca uzaq məsafə qət etmək lazım gəlib. Nəhəng heyvanın uzaq məsafəyə üzməsi asandır. Bu, iridişli qohumlarından can qurtaran bığlı balinaların ölçüsünün artmasına gətirib çıxarıb. Nəticədə orta ölçülü balinalar məhv olmağa başlayıb və yalnız nəhənglər sağ qalıb.



Xəbərin oxunma sayı : 196




Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap