Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO Məni bikinidə görsən, başqasına baxmazsan - Roza Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 29 Aprel 2024

    Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO

  • / Maqazin / — 28 Aprel 2024

    Məni bikinidə görsən, başqasına baxmazsan - Roza

  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

Banklarda manat qıtlığı var?

Tarix 07.03.17, 23:33

Font ölçüsü : - / +
bitmap-img6


Bu gün – martın 7-də Azərbaycan Mərkəzi Bankında (AMB-də) keçirilən valyuta hərracına çıxarılan 35 milyon dolların hamısı satılmayıb. Banklar cəmi 31 milyon dollar alıb. Hərracda ABŞ dollarının məzənnəsi qalxsa da, banklarda əks proses baş verib. Ekspertlərin fikrincə, bunun əsas səbəblərindən biri dövriyyədə olan manatın azaldılmasıdır. Başqa sözlə,  görünən odur banklar dollar almağa manat tapmır, başqa sözlə, ölkədə manatqıtlığı var

Statistika da ölkədə pul bazasının azala-azala getdiyini göstərir. Martın 1-nə pul bazası 6 milyard 987 milyon manat olub. Bu, bir ay öncəylə müqayisədə 344,7 milyon manat, ilin əvvəlinə nisbətənsə 873,5 milyon manat az deməkdir.

Xatırladaq ki, bundan əvvəl Azərbaycan Mərkəzi Bankı sərt pul siyasəti aparacağını açıqlamışdı. Mərkəzi Bank bu yolla inflyasiyanın önünü kəsmək istədiyini bildirmişdi. Lakin belə görünür ki, Mərkəzi Bankın məqsədlərindən biri də manatın kursunun daha da aşağı düşməsini əngəlləməkdir.



Xəbərin oxunma sayı : 151




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap