Şəbnəm Tovuzlunun elə bir fotosu internetə sızdı ki, hər yerdə onu sildirir- FOTO Həyat yoldaşına 300 minlik avtomobil aldı Kənan Doğulu Bakıda konsert verdi Elgiz əməkdar artistin görünüşünü lağa qoydu
Axtar
 
  • / Maqazin / — 21 May 2018

    Şəbnəm Tovuzlunun elə bir fotosu internetə sızdı ki, hər yerdə onu sildirir- FOTO

  • / Maqazin / — 20 May 2018

    Həyat yoldaşına 300 minlik avtomobil aldı

  • / Maqazin / — 20 May 2018

    Kənan Doğulu Bakıda konsert verdi

  • / Maqazin / — 18 May 2018

    Elgiz əməkdar artistin görünüşünü lağa qoydu

  • / Maqazin / — 17 May 2018

    Məryəm libası ilə ulduzları geridə qoydu - Foto

  • / Maqazin / — 05 May 2018

    Nadir Qafarzadə əməliyyat olunacaq

Bayılda ekzogen proses müşahidə olunur – ETSN

Tarix 16.05.18, 10:14

Font ölçüsü : - / +
bitmap-img6

Bayılda, Buxta küçəsi 9 ünvanı boyunca ekzogen proses müşahidə olunur.

Bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

O bildirib ki, Buxta küçəsi 9-da hələ sovet dövründə yamac terrasvarı kəsilib və yamacda evlər tikilib: “Biz Buxta küçəsindəki evlərdən təxminən 200 metr qərb – Badamdar istiqamətində müəyyən ekzogen proseslərin getdiyini müşahidə etmişdik. Buxta küçəsində yamacın terrasvarı kəsilməsi, yamacda evlərin inşa olunması, əraziyə suvarma məqsədilə, eyni zamanda, çirkab sularının axıdılması prosesin baş verməsinə səbəb olub. Nəticədə bir neçə ev uçub, yaşayış üçün mümkünsüz hala düşüb”.

Evlərin yerləşdiyi yamacın sürüşməyə meylli ərazi olduğunu vurğulayan Ə. Qaralov qeyd edib ki, küçə balaca və dar olduğundan evlərin altında hansı proseslərin baş verdiyindən xəbərsizdirlər: “Ərazidə tərəfimizdən müşahidələr aparılaraq müfəssəl məlumat veriləcək”.



Xəbərin oxunma sayı : 292

loading...

Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda