Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Bayılda qəzalı mənzillərdən çıxarılan ailələrə verləcək kirayə pulunun məbləği bilindi

Tarix 16.02.18, 19:55

Font ölçüsü : - / +
bitmap-img6


Səbail Rayon İcra Hakimiyyətinin əməkdaşları Bayıl yamacında qəzalı vəziyyətdə olan mənzil sahibləri ilə görüş keçirib. Bu barədə Trend-ə sakinlər məlumat veriblər

Bildirilib ki, Səbail Rayon İcra Hakimiyyətinin 46 saylı Mənzil İstismar Sahəsində baş tutan görüşdə sakinlərə mənzil kirayələmək tapşırılıb. İcra Hakimiyyətindən bildiriblər ki, fevralın 19-dan sakinlərə kirayə pulları veriləcək.

Görüşdə ailələrə veriləcək kirayə pullarının məbləği də açıqlanıb. Rayon rəsmiləri bildiriblər ki, ərazidə məskunlaşan və evləri qəzalı vəziyyətdə olan hər ailəyə kirayə tutduqları mənzillərin yerindən asılı olaraq 230-250 manat aylıq kirayə haqqı ödəniləcək. Kirayə haqlarını Səbail Rayon İcra Hakimiyyəti ödəyəcək.

Qeyd edək ki, bu il yanvarın 25-də Bayıl qəsəbəsində sürüşmə zonasında prosesin aktivləşməsi nəticəsində evlərdə çatlar yaranıb. Sürüşmə zonasında 90-a yaxın ev qəzalı vəziyyətə düşüb. Sürüşmə ilə bağlı Səbail Rayon İcra Hakimiyyətində xüsusi qərargah yaradılıb.

Bir-neçə gün öncə isə sürüşmənin aktivləşməsi nəticəsində 4 ev tamamilə uçub, digər evlərdə təhlükəli çatlar yaranıb. Ərazidə məskunlaşan sakinlər xüsusi sığınacağa yerləşdirilib. Sürüşmə ərazisində olan mənzillərə verilən qaz, işıq və su xətləri ümumi şəbəkədən ayrılıb.

***11:51

Nazirlər Kabinetinin (NK) Bayıl sürüşmə zonasında evi olan sakinlərin kirayə mənzillərə köçürülməsi ilə bağlı sərəncam verdiyi rəsmən təsdiqlənib.

NK-nın mətbuat xidmətinin rəhbəri Akif Əli açıqlamasında müvafiq sərəncamın baş nazir Artur Rasi-zadə tərəfindən imzalandığını bildirib. Sərəncamla, 98 ailənin (ailə tərkibinə uyğun olaraq) müvəqqəti kirayə evlərdə yerləşdirilməsi üçün vəsait ayrılıb.



Xəbərin oxunma sayı : 130




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap