|
Paşinyan yenə imtina etdi... - Bakı və İrəvan arasında sülh danışıqları dalana dirənib
“Ermənistan təhlükəli oyunlara qoşulub“ - Prezidentdən sərt xəbərdarlıq
Beynəlxalq Bankın 1,3 milyonluq tenderini olmayan şirkət necə udub? – Təfərrüat
Türkiyənin HERİKKS HHM sistemləri Azərbaycanda - Kəlbəcərdə quraşdırılıb
Hərbi güc təhlükəsizliyin əsas qarantıdır - Prezidentin mesajlarının pərdəarxası
Üçtərəfli Bəyannamənin ilk səkkiz bəndini kim pozub? - VİDEO
Şirkət rəhbəri 20 məmurla əlbir olub pulları mənimsədi - Korrupsiyaya bulaşmış rəsmilər kimlərdir? + ADLAR
Deputatın istirahət mərkəzi əl dəyişir... - Təhvil-təslim işlərinə hazırlıq gedir
Azərbaycan Ermənistanın silahlanmasına necə reaksiya verməlidir? - ARAŞDIRMA
Qlobal qarşıdurma kəskinləşir - Azərbaycan nə etməlidir?
ABŞ ordusunun əsgərləri Zəngəzura yerləşir - Nə baş verir? + VİDEO
Müdafiə Nazirliyi Ermənistana xəbərdarlıq etdi - “Bu, növbəti müharibəyə hazırlıqdır...“
Ankara uyğurlara diqqəti artırıb – Çin türk kəndlərinin adlarını dəyişdirir
“Üçüncü dünya müharibəsi riski artıb“ – “Qara dəniz üzərində ABŞ və Rusiya toqquşa bilər...”
Beş ilin qisası: Dünya çempionunun CİNAYƏT İŞİ
Tarix 22.11.23, 10:21 |
|
2018-ci il iyulun 3-də Ukraynanın Kiyev şəhəri Bolşaya Vasilkovskaya küçəsində kosmetika mağazasının qarşısında Azərbaycan vətəndaşı 1986-cı il təvəllüdlü Davud Ağayev qətlə yetirilib. Onu öldürən Yasin Həsənov 2022-ci ildə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Bakı şəhərində saxlanılıb.
Məlum olub ki, 2013-cü ildə D. Ağayev Y. Həsənova odlu silahdan atəş açaraq, onu yaralayıb. Y. Həsənov da bunun qisasını 5 ildən sonra alıb.
Faktla bağlı Kiyev şəhər prokurorluğunda Ukrayna Respublikası Cinayət Məcəlləsinin 115-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Y. Həsənov bu əməlinə görə 2018-ci ildə beynəlxalq axtarışa verilib. Bakıda saxlandıqdan sonra onun barəsində Nərimanov rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Yasin Həsənov 1987-ci ildə Qazaxıstan Respublikasının Karaqanda vilayətində anadan olub. Cüdo və sambo döyüşləri üzrə yığma komandaların üzvü olan Həsənov, Azərbaycan çempionu olmaqla yanaşı, 2009-cu ildə cüdo üzrə Dünya Kubokunu, sambo üzrə Avropa çempionatının bürünc mükafatını qazanıb.
Ukraynada açılan cinayət işi 2020-ci il dekabrın 4-də Sabunçu rayon prokurorluğunda icraata qəbul edilib. Həmin tarixdə cinayət işi Ukrayna Respublikası CM-nin 115-ci maddəsindən Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsinə tövsif edilib.
Lent.az qətlin istintaq materiallarını əldə edib.
İstintaqla müəyyən edilib ki, 2013-cü il oktyabrın 17-də Kiyev şəhərində fəaliyyət göstərən “Karavan” restoranında aralarında baş vermiş mübahisə zamanı Davud Ağayev odlu silahdan atəş açaraq Yasin Həsənovu yaralayıb.
Qisas almaq qərarına gələn Həsənov tanışı, Şəmkir rayon sakini 1971-ci il təvəllüdlü Valeh Xəlilov və şəxsiyyətləri istintaqa məlum olmayan digərlərilə əlbir olaraq üzərində saxta dövlət nömrə nişanı olan, Serqey Lepexaya məxsus “Honda” markalı avtomobillə 2018-ci il iyulun 3-də Bolşaya Vasilkovskaya küçəsindəki, 122 saylı evin qarşısına gəlib. Maşından düşüb binanın həyətinə daxil olanda, Davud Ağayevin Əmlak agentliyinin ofisindən çıxdığını və restoran istiqamətində getdiyini görüb. Planlaşdırdıqları cinayəti həyata keçirmək üçün əlində tapança ilə küçədə Ağayevə çatıb və fasiləsiz 8 dəfə atəş açaraq onu qətlə yetirib. Daha sonra Nimetska küçəsi istiqamətində qaçıb və orda onu gözləyən avtomobilə oturaraq, hadisə yerindən uzaqlaşıb.
İş üzrə dindirilmiş Yasin Həsənov bildirib ki, uşaq ikən valideynləri ilə Qazaxıstandan Azərbaycana köçüb. Orta təhsilini Nizami rayonunda yerləşən 277 nömrəli orta məktəbdə aldıqdan sonra Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul olunub, cüdo ixtisası üzrə ali təhsil alıb:
Yasin Həsənov
“Gözümdə və belimdə problem olması səbəbindən hərbi xidmətdə olmamışam. 2010-cu ildə Ukraynaya getmişəm. Orada Azərbaycan Respublikası diasporasının sədri işləyən, əslən Culfa rayonundan olan həmkəndlim İlqar Abbasovun yanında mühafizəçi işləməyə başladım. Kiyev şəhərində, Lvovskaya küçəsi, ev 1 mənzil 40-da valideynlərimlə birlikdə yaşayırdım. 2013-cü ildə metrostansiyasının yaxınlığında gül dükanı açdım və onu tək işlətdim. Bununla yanaşı idman karyeramı da davam etdirirdim. Ukrayna Respublikasının adından çıxış edərək bir neçə dəfə daxili və beynəlxalq yarışların cüdo-sambo üzrə mükafatçısı olmuşam. Evi özüm dolandırırdım, atam-anam heç yerdə işləmirdi.
İlqar Abbasovun sədr seçilməsində Bakı şəhərində doğulub yaşamış, milliyətcə rus olan Oleq “Bakinski” ləqəbli Oleq Krapivin köməkliyi olub. İlqar Abbasovla Oleq “Bakinski”nin münasibəti 2011-ci ildən pozulub. Həmin dövrlərdə İlqar Abbasovun yanında mühafizəçi işlədiyim üçün Oleqin yaxın adamı olan Davud Ağayev tez-tez mağazama məni narahat etməyə gəlir və aylıq haqq tələb etməyə başlayırdı. Amma həmin şəxsə pul verməyəcəyimi bildirirdim. Davudun hərəkətləri barədə sədrə məlumat versəm də, nəticəsi olmadı. 2013-cü ilin axırlarında Davud zəng edib məni Kiyev şəhərinin yaxınlığında yerləşən restorana dəvət etdi. Ora tək gedib Davudun yanında Süleyman adlı şəxs oldum. Kabinetdə söhbət zamanı Davud ayda ona 5000 dollar verəcəyimi, əks halda məni öldürəcəyini bildirdi. Ona ümumiyyətlə pul verməyəcəyimi söyləyib ayağa qalxanda, Davud “Makarov” markalı tapança ilə sağ ayağıma 2 dəfə atəş açaraq, otaqdan çıxdı. Təcili Tibbi Yardım briqadası məni xəstəxanaya çatdırdı, əməliyyat olunduqdan sonra təxminən 6 ay orda müalicə olundum. Fakta görə Kiyev vilayət polisi tərəfindən araşdırma aparılsa da, polislərə Davudun adını vermədim. İfadəmdə, tanımadığım şəxslər tərəfindən güllələndiyimi deyib şikayətimin olmadığını göstərdim”.
Hadisənin baş verdiyi “Dolma” restoranının qarşısı
Bu müddət ərzində artıq İlqar Abbasovla Oleq “Bakinski” barışıblar. İlqar dəfələrlə onun özündən də Davudla barışmasını xahiş edib. Lakin o, bu təklifi rədd edib, onu Allaha tapşırdığını deyib:
“Sağalandan sonra 2014-cü ildə Bakıya qayıtdım. Burada yaşayaraq, tikinti mallarının satışı ilə məşğul oldum. Valideynlərim Ukraynada yaşadıqları üçün ildə 1-2 dəfə onlara baş çəkirdim. Davud Ağayevlə həmin hadisədən sonra əlaqəm olmadı. Eşitdiyimə görə Davudun məndən başqa digər şəxslərlə də mübahisəsi olub, onlardan 4-nü odlu silahdan atəş açaraq öldürüb, daha 7 nəfəri isə yaralayıb. 2018-ci il iyulun 3-də Davud Ağayevin qətli ilə bağlı bildirdim ki, baş vermiş hadisədə heç bir rolum və iştirakım olmayıb. Davuda odlu silahdan atəş açmamışam, ümumiyyətlə hadisə baş verən zaman Ukraynada deyildim. Türkiyədə ya da Belorusiyada idim. Cinayətin kimlər tərəfindən və hansı səbəbdən törədilməsi ilə bağlı məlumatım yoxdur. Hadisədən 6-7 ay keçdikdən sonra zəngləşərkən Ukraynadakı tanışlarım mənə dedilər ki, həmin cinayətin törədilməsinə görə istintaq məndən şübhələnir. Bu səbəbdən artıq Ukraynaya getmədim”.
Zərərçəkmiş şəxsin hüquqi varisi Zöhrab Ağayev ifadəsində göstərib ki, qardaşı Davud 1986-cı ildə Bakı şəhərində anadan olub. Binə qəsəbəsində yerləşən 149 nömrəli orta məktəbdə, sonra isə gömrük eksperti ixtisası üzrə kollecdə təhsil alıb:
Z. Ağayev
“Xasiyyətcə sakit və təmkinli insan idi. Pis vərdişləri olmayıb, əlbəyaxa döyüş idman növü ilə məşğul olub. Atam getməsinə razı olmasa da, 2010-cu ildə Davud işləmək üçün Ukraynaya getdi. Kiyev şəhərində kirayə evdə yaşayırdı. Qardaşım həmyerliləri ilə birlikdə iri buynuzlu heyvanların Azərbaycana ixracı ilə, son zamanlar isə taxta satışı ilə məşğul olurdu.
Ailəmizə tez-tez pul göndərib maddi köməklik edirdi. Telefonla əlaqə saxlayanda, Davud işlərinin qaydasında olduğunu söyləyirdi. Kiminləsə ədavəti olması haqda heç nə deməyib. 2018-ci il iyulun 3-də atama qardaşımın avtomobil qəzasında öldüyünü xəbər veriblər. Növbəti gün, Bakıdan Kiyevə gedəndə tanışımdan qardaşımın güllələndiyini öyrəndim. Həmyerlilərimin sözlərinə görə, hadisədən bir qədər əvvəl Davud restoranda olub, sonra yaxınlıqda yerləşən əmlak ofisinə gedib. Geri qayıdanda Yasin Həsənov arxadan atəşlər açaraq qardaşımı güllələyib. Davudun hansı səbəbə görə öldürülməsindən məlumatım yoxdur. Səfirliyin köməkliyi ilə qardaşımın meyitini Bakıya gətirərək, burda dəfn etdik”.
Şahid Kamran Bağırov ifadəsində göstərib ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olub. 2006-ci ildə Kiyev şəhəriində, Bolşaya Vasilkovskaya 122 ünvanında restoran açıb:
“Davud Ağayevlə 2017-ci ildə tanış olmuşuq. Müştərim olan Davud həftədə 2 dəfə restorana gəlirdi. Spirtli içki qəbul etməzdi. Yasin Həsənovu 2014-cü ildən tanıyıram. Hər ikisi ilə münasibətim yaxşı idi. 2018-ci il iyulun 3-ü saat 15:30-da Davud Ağayev, Teymur Qasımlı və Rövşən Rəsulovla restorana gəlib, yemək sifariş verdilər.
Davud məndən restoranın yanında yerləşən daşınmaz əmlak agentliyində tanışım olub-olmadığını soruşaraq, yaşadığı evi dəyişmək istədiyini və Peçersk rayonuna köçmək istədiyini bildirdi. Mən də Davuda problem olmadığını dedim. Bundan sonra birlikdə obyektən çıxaraq restoranın yaxınlığında, Tverskaya küçəsində yerləşən əmlak agentliyinə getdik. Orda Yelena adlı məsləhətçi ilə görüşdük. Söhbət zamanı həmin qadın Davuda bir neçə ev təklif etməyə başladı. İşimlə əlaqədar tanışım ilə sağollaşaraq həmin ofisdən çıxdım. Təxminən 20 dəqiqədən sonra əmlak agenti zəng vuraraq Davud Ağayevin küçədə güllələnməsi və təcili yardım işçilərinin onu xəstəxanaya aparması haqda məlumat verdi. Restorana qayıdandan sonra polis əməkdaşlarına izahat verdim”.
Şahid Teymur Qasımlı ifadəsində göstərib ki, 2017-ci ilin əvvəllərində meyvə-tərəvəz satışı ilə məşğul olmaqdan ötrü Kiyev şəhərinə gedib. Böyük Vasilkovskaya küçəsində yerləşən bazarda aylıq 300 dollar ödəmək şərti ilə icarəyə yer götürüb, alverlə məşğul olub:
“Davud Ağayevi Bakıda yaşadığı gənc vaxtlarından tanıyıram. 2018-ci il iyulun 3-də Rövşənlə restoranda olanda atəş səsi eşitmədik. Restoranın ofisiantı yaxınlaşıb Davudun güllələndiyini xəbər verən kimi dərhal çölə çıxdıq.
Restoranın giriş qapısından sağ tərəfdə səkinin üzərində Davudun qana bulaşmış halda üzü üstə yerdə uzandığını və ətrafında çoxlu sayda insanların toplaşdığını gördük. Davud xırıldasa da, huşu özündə deyildi. Köməkləşib, onu təcili yardım avtomaşınına qoyduq və xəstəxanaya apardıq. Yol boyu Davudun yanında oldum. 10-15 dəqiqə xəstəxananın qarşısında gözlədikdən sonra polis əməkdaşları gəlib, bizi şöbəyə apardılar. Şöbədə olanda bildik ki, Davud həkimlərin müdaxiləsinə baxmayaraq ölüb”.
Şahid Viktoriya Kramarenko iyulun 3-ü saat 16 radələrində B.Vasilkovskaya küçəsindəki 118 saylı evin həyətində, skamyada əsəbi vəziyyətdə oturan, telefonla digər dildə danışan, sonra isə Nimetska küçəsi istiqamətində gedən, Qafqaz görünüşlü, boyu 185 sm, başında tünd rəngli kepka olan kişini gördüyünü bildirib:
“Mənə təqdim olunmuş fotocədvəldə şahid Yasin Həsənovun şəkilini göstərərək, həmin gün gördüyüm şəxs olduğunu göstərdim. Onu üz cizgilərindən və gözlərindən tanıdım”.
Şahid qismində dindirilmiş Pavel Xlabıstin bildirib ki, iyulun 3-ü saat 16:45-də Tverskaya küçəsindən Bolşaya Vasilkovskaya küçəsinə dönəndə, kiminsə qışqırığını eşidib:
“Restoranın yanında təxminən 40-45 yaşlı, boyu 190 sm olan, orta bədən qurluşlu şəxsə, təxminən 30 yaşlı, boyu 175 sm, idman bədən quruluşlu bir nəfərin tapançadan ardıcıl atəşlər açdığını gördüm. Zərərçəkmiş üzü üstə yerə yıxıldı, cinayətkar isə yaxınlaşıb təkrarən daha 3 atəş açdı və sürətli şəkildə qaçaraq, evin həyətinə girdi. Yerdə uzanmış şəxsə yaxınlaşanda o, heç nə danışmır, yalnız xırıldayırdı”.
Şahid İlqar Abbasov ifadəsində göstərib ki, Yasin Həsənov 2013-cü ildə, təxminən 8 ay onun sürücüsü işləyib:
İlqar Abbasov
“Həmin il dəqiq xatırlamadığı tarixdə Yasin mənə zəng vuraraq Kiyev vilayətində yerləşən restoranda yaralandığını bildirərək, ora təcili yardım göndərməyimi xahiş etdi. Xəstəxanada ona baş çəkəndə yaxınları Yasinin Davud Ağayev tərəfindən güllələndiyini dedilər. Bunu eşidib əsəbiləşdim. Yasinə bildirdim ki, belə münaqişələrdə iştirak etdiyi üçün məni və ailəmi təhlükəyə atıb. Buna görə də, Yasini işdən çıxartdım və onunla əlaqə saxlamadım. Yasin Həsənovla Davud Ağayevin arasındakı mübahisənin səbəbi barədə məlumatım yoxdur”.
Dövlət Təhlükəsizlik Xidmətindən göndərilmiş məktuba əsasən, keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 2018-ci il iyulun 3-də Kiyev şəhərində cinayət törətməmişdən əvvəl Yasin Həsənovun fevralın 23-də Bakı-Kiyev aviareysi ilə Ukraynaya getməsi, qətldən sonra Ukraynadan Türkiyəyə, ordan isə iyulun 31-də “Sədərək” sərhəd keçid məntəqəsindən Azərbaycana gəlməsi müəyyən edilib. Yasin Həsənovun Ukraynada istifadə etdiyi mobil telefon nömrələrini müəyyənləşdirmək mümkün olmayıb. Yasin Həsənov və Davud Ağayev Ukrayna arazisində fəaliyyət göstərən müxtəlif cinayətkar dəstələrin üzvləri olublar. Kriminal aləmdə “Oleq Bakinski” ləqəbi ilə tanınan Krapivin Oleqnı Andreayeviç Ukraynada müxtəlif biznes şəbəkələrinə rəhbərliyi həyata keçirir. İlqar Abbasov orda fəaliyyət göstərən “Polissya” şirkətinin sahibidir. Əməliyyat məlumatlarına görə, qeyd olunan şəxslər arasında 2013-cü ildə münaqişə yaranıb, “Oleq Bakinski”nin maraqlarını Davud Ağayev, İlqar Abbasovun maraqlarını isə Yasin Həsənov “müdafiə” ediblər. Mübahisə nəticəsində Davud Ağayev odlu silahdan atəş açaraq Yasin Həsənovu ayağından yaralayıb. Bundan sonra tərəflər arasında razılıq əldə olunsa da, Yasin Həsənovla Davud Ağayevin düşmənçiliyi davam edib. Sonradan Yasin Həsənovla Oleq Krapivin arasında yaxın münasibət yaranıb. 2018-ci il iyulun 3-də Yasin Həsənov bir qrup şəxslə Kiyev şəhərində yerləşən “Dolma” restoranının yaxınlığına gəlib və Davud Ağayevə tapançadan atəşlər açaraq, onu qətlə yetirib.
Məhkəmə iclasında Yasin Həsənov ittiham üzrə özünü təqsirli bilməyib. Əvvəllər aralarında narazılıq olduğu üçün istintaq, saxta şahid ifadələri əsasında, guya onun Davud Ağayevi odlu silahdan atəş açaraq öldürməsi qənaətinə gəlib. Y. Həsənov bildirib ki, baş vermiş hadisədə onun heç bir günahı yoxdur.
Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş edib.
Məhkəmədə təsdiq olunub ki, 2013-cü il oktyabrın 17-də Davud Ağayev “Makarov” markalı tapancadan atəş açaraq Yasin Həsənovu sağ ayağından yaralayıb. Habelə cinayət işinin materiallarından görünüb ki, 2014-cü il avqustun 21-də Davud Ağayev odlu silahdan atşə açmaqla Valeh Xəlilova xəsarət yetirib. Məhkəmə hesab edib ki, zərərçəkmişlər bu səbəblərdən Ağayevdən qisas almağı planlaşdırıb və həyata keçiriblər.
28.05.2022-ci il tarixli qərardan görünür ki, iş üzrə Valeh Xəlilovun barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə barəsində qərar qəbul edilib. Ölüm şəhadətnaməsinə əsasən, Valeh Xəlilov 2020-ci il iyulun 4-də kəskin ürək çatışmazlığından vəfat edib.
Prokuror təqsirləndirilən şəxsə 15 il azadlıqdan məhrum etmə cəzası təyin edilməsini xahiş edib.
Davud Ağayev
Məhkəmə Yasin Həsənovun Davud Ağayevi öldürmədiyi, həmin hadisədə iştirak etmədiyi və Valeh Xəlilovu axırıncı dəfə nə vaxt gördüyünü xatırlamadığı haqda ifadəsinə tənqidi yanaşır və onu inandırıcı hesab etmir.
Məhkəmə nəticəyə gəlib ki, ibtidai istintaq orqanı tərəfindən Yasin Həsənovun əməli Cinayət Məcəlləsinin 12.1, 120.2.1-ci (Azərbaycan Respublikasının hüdudlarından kənarda, bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə) maddəsi ilə düzgün tövsif olunub. O həmin maddə ilə təqsirli bilinməli və cəzalandırılmalıdır.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Yasin Həsənov 12 il 10 ay müddətinə azadlıqdan məhrum olunub.
Xəbərin oxunma sayı : 526
Kriminal
Xəbərlər
-
Xudafərin körpüsünün işğaldan azad olunmasından 4 il ötür
-
Müstəqilliyin bərpasından 33 il keçir
-
İnstaqramda kimlər nələr paylaşdı? - FOTOLAR
-
Messi son qərarını verdi - Növbəti dünya çempionatında oynayacaq
-
Tikinti materialları bahalaşıb - QİYMƏTLƏR/VİDEO
-
Ukrayna yaxın həftələrdə nüvə silahı yarada bilər - Bild
-
Dönər nə vaxt zəhərlənmə yaradır? - Son günlərin əsas bəlasından qorunmaq yolları
-
“Zelenski münaqişənin daha da gərginləşdirilməsi planını irəli sürür” - Peskov
-
Lütvəli Babayevin biznesmen oğlu Türkiyəyə qaçıb: İki milyonluq yeyintidə həbslər var
-
Azərbaycanlı müğənni rəqsi ilə diqqət çəkdi - VİDEO
-
Qəbələdə iki nəfər ov tüfəngi ilə öldürülüb - Daha bir nəfər xəsarət alıb
-
Polkovniklə bank işçisi biznesmeni öldürüb quyuya belə atıblar - MƏHKƏMƏ İŞİ
-
ABŞ Rusiya və Çin şirkətlərinə qarşı sanksiyalar tətbiq edib - SİYAHI
-
Sabah bu ərazilərdə qaz olmayacaq - Xəbərdarlıq
-
Gəncəyə edilən raket hücumları nəticəsində dəymiş ziyanın məbləği açıqlanıb
-
Dünyanın ən çox maaş alan futbolçuları açıqlandı - Siyahı
-
Şıxıliyevə qarşı mülki iddia təmin edilmədi - Zərəçəkən apellyasiya şikayət verdi
-
Bu küçələrdə avtobus zolağı ilə hərkət etmək olar - VİDEO
-
Azərbaycanın Livandakı səfirliyi təhlükəsizlik səbəbi ilə boşaldılıb - KİV
-
Dövlət Su Ehtiyatları Agentliyi üçün yeni inzibati bina tikiləcək - 13.5 milyona
-
Qəbələdə qadın itkin düşüb - Azyaşlı övladı ilə birlikdə
-
“Xalq Bank” kiçilib - Aktivləri 140 milyon manatdan çox azalıb
-
“Araz Motors” cərimələnib - Gömrük qaydalarını pozduğuna görə
-
Ölkəni quru yolla tərk edənlərin sayı 15% artaraq 461 min nəfərə çatıb - Rəsmi
-
Xəzərdə dalğanın hündürlüyü 6 metrə çatacaq - Gəmilərə xəbərdarlıq
-
Prokurorluq ləğv edilmiş BNA-nın sabiq vəzifəli şəxsləri barəsində olan hökmdən narazıdır - PROTEST
-
Təbiətə 413 min ziyan vuran iş adamı məhkəmə qarşısında - Zərəri ödəyib
-
Ayın 19-u bu yollara girməyin! - SİYAHI
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Qeyri-sabit hava şəraiti daha bir neçə gün davam edəcək - XƏBƏRDARLIQ
-
Bu il 158 cinayətkar qrup zərərsizləşdirilib - DİN-də kollegiya iclası
-
Azərbaycanda banklar faizlərdən 3 milyard manat qazanıblar – Tam siyahı
-
Ölkədən çıxarılan pulun mübahisəsi - KATV1-in sahibinə yazılan protokola bu tarixdə baxılacaq
-
Marketlərdə polietilen torbalar pullu olsa da, istifadə artıb: Səbəb nədir?
-
“Azərkontrakt” ləğv edildi - Sərəncam
-
BDU-da təmir işləri bitmir: yarım milyon manatlıq təmirə başlanılır
-
“Mənə o qədər pulu kim verə bilərdi?“ - MN-də 42 milyonluq mənimsəmə
-
Qarabağda yeni idarəçilik: icra hakimiyyətləri ləğv edilir?
-
Türkiyədə məmurla görüşə gələn qadınların geyimi müzakirə yaratdı - Fotolar
-
Xaricdən 9,5 manata gətirilən kərə yağı marketlərdə 20,9 manata satılır - Süni qiymət artımı var
-
“Ferrum Capital”ın vətəndaşlara qarşı məhkəmə iddiaları...
-
Leysan yağacaq, dolu düşəcək – Sabahın havası
-
Bakıda hansı bələdiyyələrin birləşdiriləcəyi məlum olub - SİYAHI
-
Xətaidə torpaq sürüşməsi oldu - Mütəxəssislər hadisə yerindədir
-
Təcili yardım xidməti ödənişli olacaq? - Vüqar Qurbanov açıqladı
-
Keniya və İtaliya İslam ölkələri kimi Şuşadakı tədbirdə təmsil olunacaq? - Müəmmalı tender
-
Xatirə İslam Naziləyə cavab verdi: “Heç kimin başı üçün deyil...“
-
Azərbaycanda bu bələdiyyələr birləşir - Siyahı
-
Prezident COP29-a hazırlıqla bağlı görülən işlərlə tanış oldu - Fotolar
-
Ən çox şikayət edilən sığorta şirkətləri - SİYAHI
-
Rövşən Rüstəmovun yarıtmaz fəaliyyəti: qatarların “dalınca baxa-baxa” qalmışıq...
-
60 yaşdan sonra boşanmalara səbəb nədir? – ARAŞDIRMA
-
“Prezident olsam, Baydenin prezidentlik kursunu davam etdirməyəcəyəm” - Harris
-
Xarici ticarətimizdə kəsir yarandı - səbəblər
-
Qış qabağı 2-ci əl kombilərə təlabat artdı - Qiymətlər
-
Bakıda “Trendyol“ vasitəsilə notbuk sifariş verdi, milçək dərmanı göndərildi - VİDEO
-
“STP Global Cable” cərimələndi - Valyuta vəsaitlərini xaricdən qaytarmadığına görə
-
Hər gün satılan yüzlərlə “dəvə qutabı“ həqiqətən dəvə ətindən hazırlanır? - VİDEO
-
Xırdalanda binanın 12-ci mərtəbəsindən yıxılan azyaşlı necə sağ qala bilib? - VİDEO
-
“Vital Chemistry“ işçiləri qanunsuz işlədib - PROTOKOL
-
Bakıda sürücüləri narahat edən problem - Bildiriş vaxtından əvvəl gəlir
-
Prezidentdən Füzuli ilə bağlı paylaşım - VİDEO
-
Fındıq yığımı başa çatdı, məhsuldarlıq aşağı oldu
-
Minatəmizləmə zamanı həlak olan şəxslərə şəhid statusunun verilməsi təklif edilir - VİDEO
-
İrəvan Gəncəyə edilmiş raket hücumlarını araşdırmalıdır - Hikmət Hacıyev
-
Füzulilərin yaddaşına həkk olunan tarixi gün
-
Azad Füzuli sürətlə bərpa edilir
-
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan dörd il ötür
-
Bu gün Füzulinin işğaldan azad olunmasından dörd il ötür
-
Hadisə çəkildiyi serialın rejissoru ilə sevgilidir - Foto
-
“Uşaq kimi sevinirəm“ - Lionel Messi
-
“Azərbaycan bütün dünyanı “COP atəşkəsinə” dəvət edir” - Hikmət Hacıyev
-
Tarixi Qələbənin Füzuli müjdəsi
-
Nazir general Rəfail Mehdiyevə vəzifə verdi - Rəis müavini təyin etdi
-
Azərbaycan meyvə-tərəvəzin idxalını niyə artırıb? - VİDEO
-
Saah Nəsimi rayonunun bəzi ərazilərində qaz olmayacaq - Xəbərdarlıq
-
“Putinin səhhətində heç bir problem yoxdur” – Peskov
-
TƏBİB millət vəkilinin oğlundan anbar icarəyə götürdü - 1,2 milyon manata
-
2025-ci ilin dövlət büdcəsi niyə artırıldı? - Nazirlik şərh etdi
-
Füzuli şəhərində aparılan bərpa işləri geniş vüsət alıb
-
Xankəndi Azərbaycan ərazisidir - Rusiya XİN
-
“İnterşin“ MMC şirkəti cərimələndi - Gömrük qaydalarını pozduğuna görə
-
Ərdoğan Nəçirvan Bərzanini qəbul etdi - Ankarada
-
Müstəqillik tariximizdə ilk - Gələn il Xankəndi şəhərinin gəlir və xərcləri olacaq
-
Güclü maqnit qasırğası BAŞLADI – Nə qədər davam edəcək?
-
Pensiyalar oktyabrın 20-dən tez verilməyəcək... – DSMF hər ay ödəniş tarixini niyə irəliyə doğru “sürüşdürür”?
-
Böyükşor-Pirşağı avtomobil yolunun tikintisi nə yerdədir? - AÇIQLAMA
-
Qeyri-etik paylaşımlar edən tiktoker həbs edildi - 30 gün
-
Dollar satışında 8 ilin rekordu təzələndi – Neft Fondu 5.7 milyardı “əridib”; nə gözlənilir?
-
Nazir rəis əvəzini vəzifəsindən azad etdi - Yeni müavin təyin olundu
-
Azərbaycanın ət idxalına çəkdiyi xərc 50% artdı - RƏSMİ
-
Narkotik qəbul etdi, nənəsini güldanla döydü - Həbs olundu
-
Kəmaləddin Qafarovun biznes imperiyası: Deputatın hansı şirkətləri var?
-
Türkiyədə güclü zəlzələ - 190-a yaxın xəsarət alan var
-
“Rahat“ market saxlama müddəti ötmüş məhsullar satıb - Protokola Xankəndi məhkəməsində baxılacaq
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Şərurlu İsfəndiyarın şirkətindən daha bir şikayət - Məhkəməyə verildi
-
İcra başçısının qalmaqallı oğlu danışdı: “Ferma qayınatamındır“ - VİDEO
-
Mübariz İbrahimovun atası dəfn edildi - Fotolar
-
Casusluğu sübuta yetirildi - 16 il cəza aldı
-
“Fransada fundamental insan haqlarının pozuntusudur...“ - Rəsmi Bakıdan Pavel Durovun həbsinə münasibət
-
Qərib Dadaşov Şükürbəylidə 14,5 milyonluq ev tikir - 93 mənzil...
-
“Rusiya ilə yanaşı, İran və Şimali Koreyaya qarşı da vuruşuruq“ - Zelenski
-
“Mənə oğul lazımdır?“ deyən “Renka“ 700 manat cərimələndi - VİDEO
-
Azərbaycanın qaz ixracından gəliri 46% azaldı - RƏSMİ
-
Beytulla Hüseynovun qızı 7 il sonra - Əmlakları geri istəyir
-
İki gün güclü külək olacaq - Xəbərdarlıq
-
Gələn ilin müdafiə və təhlükəsizlik xərcləri - Açıqlandı
-
Bölgələrdə yağış və qar yağacaq, dolu düşəcək - Sabahın havası
-
Azərbaycan 23 ölkəyə 11 milyard dollarlıq neft satdı - CƏDVƏL
-
Mərkəzi Nəbatat Bağında son vəziyyət - Bu tarixdə istifadəyə veriləcək
-
“Gavali Group” cərimələndi - Yığılmış vergi borcuna görə
-
Bu il narkotiklə bağlı 7668 cinayət faktı aşkarlanıb - Rəsmi
-
“Millenium”un istehsalçısı Əvəz Səfərli barədə iddia - Ölkədən nə qədər pul çıxarıb?
-
İrana hücum: Ağ ev və Netanyahu razılaşıb
-
“Premium Bank” çöküşə doğru gedir - Müştərilər depozitlərini geri götürürlər
-
Milli Qəhrəman Mübariz İbrahimovun atası vəfat edib
-
Bloqer Cəmil qadınları görüntüləri ilə şantaj edirmiş - 6 il həbs verildi
-
Dövlət Su Ehtiyatları Agentliyində müəmmalı “kadr islahatı“ - Asəf Quliyev necə idarə rəisi oldu?
-
Türkiyənin duz mərkəzi olan, səyyahların heyran qaldığı Çankırı - FOTOLAR
TOP 10
ARXİV