Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Bəşər Əsədə 3 milyardlıq rüşvət – Nəyin müqabilində?

Tarix 08.04.20, 22:38

Font ölçüsü : - / +
bitmap-img6


Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) tacdar şahzadəsi Məhəmməd bin Zaid Suriya prezidenti Bəşər Əsədin İdlib əyalətində atəşkəs rejimini pozması üçün israrlı cəhdlər edir.

Strateq.az “Middle East Eye”-a istinadla xəbər verir ki, bunu Ankaradakı mənbələr iddia edir.

Son aylarda Rusiya aviasiyası ilə dəstəklənən Əsəd qüvvələri Suriyanın şimal-qərbindəki İdlibdə üsyançı qruplara qarşı xeyli irəliləyiş əldə ediblər. Bu ilin fevralında Türkiyənin hərbi qüvvələri bölgəyə müdaxilə edib və sonda Moskvada atəşkəs rejimi razılaşdırılıb.

Amma atəşkəs sazişindən 5 gün əvvəl Dubay şahzadəsinin qardaşı və milli təhlükəsizlik müşaviri olan Təhnun bin Zaidin müavini Əli əl-Şəmsi rəsmi Şamla danışıqlar aparmağa göndərilib.

Mənbələrin sözünə görə, tacdar şahzadə Əsədin İdlibdəki üsyançılara qarşı hücumu davam etdirməsi üçün 3 milyard dollar vəd edib. Məbləğin 1 milyard dolları martın 1-dək ödənilməli idi. Atəşkəs elan edildiyi vaxtdan əvvəl 250 milyon dollar artıq hesaba yatırılıb.

Müqavilə məxfi saxlanılıb. BƏƏ amerikalıların bu barədə xəbərdar olmamasına çalışıb. Vaşinqton Türk ordusunun İdlibdəki Əsəd qüvvələri ilə qarşı-qarşıya qalma səylərini dəstəkləyib və ötən ilin oktyabr ayında dondurulmuş 700 milyon dollar İran aktivlərinin sərbəst buraxılması ilə bağlı şahzadəyə qəzəblənib.

Yüksək səviyyəli bir mənbə MEE-a bildirib: “İdlibdəki qarşıdurmalar zamanı əl-Şəmsi Əsədlə görüşüb və ondan atəşkəs barədə Ərdoğanla razılığa gəlməmək istənilib. Bu, Ərdoğanın Putinlə görüşündən bir qədər əvvəl baş verib. Əsəd maddi dəstəyə ehtiyacı olduğunu deyib. O bildirib ki, İranda nağd pul olmadığı üçün maliyyələşdirmə dayandırılıb, ruslar da ona pul vermirlər. Buna görə də, Əsəd Suriyaya birbaşa dəstək olaraq 5 milyard dollar istəyib. Mart ayının sonuna qədər 3 milyard dollardan 1 milyardının köçürülməsi barədə razılığa gəlinib”.

Əsəd İdlibdəki türk mövqelərinə zərbə endirmək üçün qüvvələrini cəmləşdirməyə başlayanda, Putin müdafiə naziri Sergey Şoyqunu Suriyaya göndərib. Şoyqunun gətirdiyi mesaj: “Rusiya atəşkəs rejiminin davam etməsini istəyir”. Bu vaxt Əmirlik Dəməşqə artıq 250 milyon dollar ödəmişdi”.

Türkiyənin yüksək vəzifəli bir rəsmisi BƏƏ-nin Suriya hökumətinə belə bir təklif verdiyini təsdiqləyib. “Sadəcə deyə bilərəm ki, hesabatın məzmunu həqiqətdir”.

Mənbələrin “Middle East Eye”-a bildirdiyinə görə, şahzadə Əsədin Şoyqunun səfərərindən sonra da atəşkəsi pozmağa cəhd göstərməyə davam edir. 1 milyard dollarlıq ikinci tranş da Şama çatdırılıb.

BƏƏ-nin niyyəti Ərdoğanın fikrini Liviyadan, xüsusən general Həftərin Tripoliyə hücumundan ayırmaqdır.



Xəbərin oxunma sayı : 541




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap