“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Bələdiyyə sədri istefa verdi - Oğlu AzTV-nin əməkdaşını şantaj etmişdi

Tarix 14.08.20, 15:28

Font ölçüsü : - / +
bitmap-img6


Oğlu Azərbaycan Dövlət Televiziyasının (AzTV) əməkdaşını şəkilləri ilə şantaj edən bələdiyyə sədri vəzifəsindən istefa verib.

AzFakt.com Unikal.org-a istinadla xəbər verir ki, İsmayıllı rayon Basqal bələdiyyəsinin sədri Nadir Şəfiyev ərizə yazaraq vəzifəsinin icrasını dayandırıb.

Qeyd edək ki, N. Şəfiyevin oğlu Yusif Şəfiyev AzTV-nin xanım əməkdaşı ilə bir müddət tanışlıq münasibətində olduqdan sonra xanıma məxsus sosial mediadan və şəxsi profillərindən əldə etdiyi fotoları montaj edərək rüsvayedici şəkillərlə birləşdirib. Daha sonra onları qadının özünə göndərib və ondan dəfələrlə müxtəlif məbləğlərdə pullar tələb edib. Tələb etdiyi məbləğdə pulları ona ödəməyəcəyi təqdirdə həmin xanıma məxsus rüsvayedici şəkilləri ictimailəşdirəcəyi ilə hədələyib. Həmin şəxs xeyli miqdarda pulu əldə etdikdən sonra montaj edilmiş şəkilləri "aztvxana” adı ilə açdığı instagram səhifəsində paylaşıb.

1982-ci il təvəllüdlü Şəfiyev Yusif Nadir oğlu barəsində Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi ilə cinayət işi başlanıb.

Şəfiyev Yusif Nadir oğlunun törətdiyi cinayət əməli aparılmış ibtidai istintaq zamanı toplanmış sübutlarla tam təsdiq olunduğundan ona cinayət məcəlləsinin həmin maddəsi ilə ittiham elan edilməklə barəsində Binəqədi rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.



Xəbərin oxunma sayı : 2239




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap