Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Bərdə Suvarma Sistemləri İdarəsinin mudiri Prezidentin iradəsinə qarşı

Tarix 19.03.18, 13:53

Font ölçüsü : - / +
bitmap-img6


Dövlət başçısı çıxışlarında dəfələrlə vurğulayıb ki, yeni iş yerlərinin açılması, ölkənin ərzaq məhsullarına olan tələbatın yerli istehsal hesabına ödənilməsi prioritetdir və bu məqsədlə yerli icra orqanları sahibkarlara, fermerlərə hərtərəfli dəstək göstərməlidir

Amma təəssüf hissiylə qeyd etməliyik ki, prezidentin məlum tövsiyyələri heç də hər yerdə uğurla yerinə yetirilmir.

AzFakt.com-a daxil olan məlumata göə prezidentin tövsiyyələrinə məhəl qoymayan məmurlardan birinin də Bərdə Suvarma Sistemləri İdarəsinin mudiri Sərdar Əhmədov olması bildirilir.

Məlumdur ki, yazın gəlişi ilə əlaqədar rayonlarda, eləcə də Bərdədə əkinçilik fəaliyyətində canlanma müşahidə olunur. Fermerlər bu il daha çox məhsul əkərək, Azərbaycan dövlətinin yaratmış olduğu əlverişli mühitdən yararlanmaq niyyətindədir. Amma necə deyərlər, "sən saydığını say, gör, Sərdar Əhmədov nə sayır...”

Daxil olan məlumatda bildirilir ki, fermerlər əkdikləri məhsulun susuzluqdan yanmayacağına əmin deyil, elə bu səbəbdən də onlar tam potensialla fəaliyyət göstərmir. Çünki ötən illərin təcrübəsi göstərir ki, Bərdə Suvarma Sistemləri İdarəsinin müdiri Sərdar Əhmədov suvarma mövsümünü əsl alver predmetinə çevirir və bu da fermerlərin  əl-qolunu bağlayır.

Şikayətçilər bildirirlər ki, onlar Bərdə Suvarma Sistemləri İdarəsi ilə müqavilə bağlasalar da Sərdar Əhmədov sonradan müxtəlif bəhanələrlə onlara su verməkdən imtina edir ki, bu da məhsulun məhv olmasına səbəb olur. 

Vətəndaşlar iddia edirlər ki, Sərdar Əhmədov kiminsə şikayətindən qorxmayaraq arxasında Bərdə rayon icra başçısı Vidadi İsayevin və Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbərliyinin dayandığını iddia edir. İdarə müdiri qazandığının yarısından çoxunu Vidadi İsayevə verdiyini və buna görə də şikayətlərin ona edilməsini deyir.

Şikayətlərdə qeyd olunur ki, idarənin balansında olan texnikalardan da təyinatı üzrə istifadə olunmur. Belə ki, idarənin texnikalarının ayrı-ayrı şəxslərə icarəyə verilib, böyük pullar qazanıldığı bildirilir.

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.



Xəbərin oxunma sayı : 385




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap