“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Beynəlxalq Bankın maliyyə vəziyyəti yenidən pisləşdi: Bankın xalis mənfəəti kəskin azaldı

Tarix 23.01.21, 14:23

Font ölçüsü : - / +
bitmap-img6


"Ölkənin bank bazarının ən böyük oyunçusu Azərbaycan Beynəlxalq Bankının (ABB) mənfəəti təxminən 2 dəfə azalıb - 374.8 mln. manatdan 182.8 mln. manata enib. Bu azalmada həm gəlirlərin azalması, həm də xərclərin artımı rol oynayıb". 

Bu barədə tanınmış iqtisadçı Rövşən Ağayev bildirib.

Ekspertin sözlərinə görə, azalmada xərclərin artımının təsiri daha çox olub: "Belə ki, bankın faiz və qeyri-faiz gəlirlərinin cəmi birlikdə 55.7 (10.5%) milyon manat azaldığı halda, faiz və qeyri-faiz xərcləri birlikdə 64.5 milyon manat (24.5%) artıb. 

Mənfəətin azalmasının digər bir səbəbi aktivlərin keyfiyyətinin pisləşməsindən qaynaqlanır. Belə ki, 2019-cu ildə aktivlərin keyfiyyətinin yaxşılaşması 53.3 milyon manat mümkün zərər üçün nəzərdə tutulan ehtiyatlar gəlir kimi mənfəətin artımına yönəltməyə imkan vermişdisə, 2020-ci ildə əks proses baş verib: aktivlərin keyfiyyətinin pisləşməsi 20.4 milyon manatı xərc qismində mənfəətdən zərərin azaldılmasına yönəldilməsinə səbəb olub. Nəticədə vergidən sonra xalis mənfəət daha çox azalıb - 302.3 milyon manatdan 129.4 milyon manata enib".

R. Ağayev daha bir maraqlı məqam kimi Beynəlxalq Bankın bölüşdürülməmiş mənfəətinin mənfi zonaya keçməsini göstərib. Onun sözlərinə görə, 2019-da balansda 118.9 milyon manat bölüşdürülməmiş mənfəət görünürdüsə, 2020-nin yekununa (-)20.4 milyon manat bölüşdürülməmiş mənfəət yaranıb.

"Bölüşdürülməmiş mənfəət xalis mənfəətdən dividendlər ödəndikdən sonra yerdə qalan məbləğdir" - deyə ekspert vurğulayıb.

Beləliklə, ekspertin qaldırdığı iki suala ABB-nın cavabı maraqlıdır. Aktivlərin keyfiyyətinin pisləşməsinin səbəbi nədir?

Bölüşdürülməmiş mənfəətin müsbət 118.9 min manatdan 20.4 milyon manat mənfiyə dəyişməsi nədən qaynaqlanır?

Azpolitika.info bu suallara cavab almaq üçün ABB mətbuat xidmətinin rəhbəri Yadigar Cəfərli ilə əlaqə saxlayıb. O, gün ərzində bankın açıqlamasının olacağını vəd etsə də, iqtisadçının qaldırdığı məsələlərə reaksiya verilməyib.



Xəbərin oxunma sayı : 361




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap