Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Beynəlxalq Bankdan 10 mlrd. manatlıq aktiv köçürülüb

Tarix 16.03.17, 21:03

Font ölçüsü : - / +
bitmap-img6


2012-ci ildən bu günədək hökumət “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə (ABB) 1,151 mlrd. manat kapital ayırıb. “APA-Economics” xəbər verir ki, bu barədə “Fitch” beynəlxalq reytinq agentliyinin ABB ilə bağlı hazırladığı hesabatında qeyd olunub.

Hesabata əsasən, 2012-ci ildə banka 91 mln. manat, 2013-cü ildə 116 mln. manat, 2014-cü ildə 93 mln. manat, 2015-ci ildə 51 mln. manat, ötən il 199 mln. manat, bu il isə 600 mln. manat kapital ayrılıb.

Sənəddə qeyd olunub ki, ümumilikdə ABB-nin 9,923 mlrd. manatlıq aktivi köçürülüb. Bunun 2,314 mlrd. manatı 2015-ci ildə, 7,609 mlrd. manatı isə 2016-cı ildə həyata keçirilib.

Agentliyin analitikləri hesabatda ABB-yə əlavə dəstəyin göstərilməsinin mümkünlüyünü də vurğulayıb. Bildirilir ki, banka əlavə dəstək xarici valyuta qarşılığında əlavə olaraq 5 mlrd. manat aktivin köçürülməsi, ABB-nin dövlət öhdəliklərinin yerli valyutaya konvertasiyası və ya hecinq vasitəsilə qısa valyuta mövqeyinin qapanması üçün tədbirlər, o cümlədən banka əlavə kapital dəstəyi formasında baş tuta bilər. “Buna baxmayaraq, toksik aktivlərin ötürülməsindən sonra belə ABB-nin inkişafla bağlı strategiyası aydın deyil”, – deyə hesabatda qeyd olunub.



Xəbərin oxunma sayı : 145




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap