“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Beynəlxalq Maliyyə İnstitutu:“Azərbaycan iqtisadiyyatı artımını davam etdirəcək“

Tarix 14.08.19, 0:27

Font ölçüsü : - / +
bitmap-img6


Ucuz xammal qiymətlərinə və regional iqtisadiyyata təsir göstərən Rusiya ilə Çində artımın aşağı templərinə baxmayaraq Azərbaycan iqtisadi artımını davam etdirəcək.

Trend-in məlumatına görə, bu barədə Beynəlxalq Maliyyə İnstitutunun (IIF) Qafqaz və Mərkəzi Asiya üzrə hesabatında deyilir.

Hesabata əsasən, Azərbaycan öz iqtisadiyyatının genişləndirilməsi prosesindədir, bu il ümumi daxili məhsulun 2,8 faiz artacağı proqnozlaşdırılır. Analitiklər gələn il üçün də, 2,9 faiz həcmində artım proqnozlaşdırır.

Hesabatda o da qeyd olunur ki, ölkədə struktur iqtisadi islahatlar davam edir və qeyri-neft sektoru getdikcə daha böyük rol oynayır:

“Milli valyutanın denominasiyası və xüsusilə də Azərbaycanda və Qazaxıstanda daha çevik məzənnəyə keçilməsi hökumətlərə ilk növbədə neft bazarlarındakı vəziyyətlə bağlı yaranan xarici təzyiqin öhdəsindən gəlməyə imkan verdi. Bu, rəqabətqabiliyyətliliyi artırdı və xarici şokların təsirini azaltmağa imkan verdi. 2018-ci ildə və 2019-cu ilin ilk yeddi ayı ərzində dollara nisbətdə məzənnə kursu ümumilikdə sabit qalıb ki, bu inflyasiya təzyiqinin qarşısını almağa kömək edib”.

IIF analitiklərinin fikrincə, Azərbaycanda artım “Cənub Qaz Dəhlizi”nin açılması və xidmət sahəsinin daha da təkmilləşməsi ilə əlaqədardır. Cənub Qaz Dəhlizi karbohidrogenlərin, xüsusilə də təbii qazın hasilatını artırmağa imkan verməlidir. Onun aparıcı elementi olan Trans-Adriatik boru kəməri 2020-ci ildə “Şahdəniz” yatağından Avropaya ildə 10 milyard kubmetr təbii qazın tədarükünə başlamağa imkan verəcək.

Ölkənin həm büdcə, həm də cari hesabları profisitdədir və neft qiymətlərindəki müsbət dəyişikliklər qızıl-valyuta ehtiyatlarının artmasına kömək edib. 2019-cu ilin birinci yarısında yük daşımaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,5 faiz artıb.

SOCAR tərəfindən neft və qaz hasilatı 2018-ci il səviyyəsindədir, xam neft ixracı cüzi artıb, təbii qaz, emal olunmuş neft və neft məhsullarının ixracı isə əhəmiyyətli dərəcədə artıb. Eyni zamanda ölkə Şərqi Avropaya xalis elektrik enerjisi ixracatçısına çevrilib.

Ölkədə struktur islahatlar davam edir. Azərbaycan “Doing Business” reytinqində 25-ci yerədək yüksəlib və göstəricilərin əksəriyyətinə görə ilk əlliliyə daxildir.

Bundan sonrakı dövr üçün qarşıda duran tapşırıq şaxələndirməyə, inteqrasiyaya və özəl sektorun imkanlarının genişləndirilməsinə xidmət etməkdir.



Xəbərin oxunma sayı : 223




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap