“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

Binəqədi rayonunda sənədsiz yaşayış binasının “icazə“sini kim verib? - FOTOLAR

Tarix 21.04.25, 17:27

Font ölçüsü : - / +
bitmap-img6


İnşa edilən dörd (4) mərtəbəli binanın tikintisi üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi icazəsi olmayıb 

Son illər paytaxt rayonlarında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəsmi icazəsi olmadan (apartman) yaşayış binalarının tikintisi artmaqdadır. 

AzFakt.com saytı olaraq  ötən həftə  Binəqədi rayon  G.Ramazanov küçəsində dövlət qurumlarının hər hansı bir rəsmi icazəsi olmadan 4 mərtəbəli yaşayış binasının (apartman) inşa edilməsi barədə məlumat vermişdik. Bildirmişdik ki, tikinti sahibinin Binəqədi icra hakimiyyəti ilə "anlaşaraq" binanı tikdiyi iddia edilir.  

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi saytında G.Ramazanov küçəsində inşa edilən 4 mərtəbəli yaşayış binası ilə bağlı hər hansı bir məlumat yoxdur. Hazırda binanın artırılma hissəsində (mansard) olan mənzillər satışa çıxarılıb. Binanın birinci mərtəbəsi isə market kimi arendaya verilir. Bildirilir ki, kvadratı 1100 manata satılan mənzillərə kupça ilə yox sadəcə alıq satqı müqaviləsi ilə satılır.Yaşayış binasında mənzillərin satışı ilə Vəkil adlı şəxs məşğul olduğu  deyilir. 

Məsələ ilə bağlı AzFakt.com-un əldə etdiyi məlumatda bildirilir ki, Binəqədi rayonunda tikinti işlərinə rayon icra başçısının birinci müavini və icra hakimiyyətinin Rayon təsərrüfatı şöbəsinin müdiri Azər Kərimovla, Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Emin Zamanov nəzarət edir. 
G.Ramazanov küçəsində inşa edilən 4 mərtəbəli yaşayış binasının tikintisinə "icazə" bu şəxslərdən alınıb. 

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi   G.Ramazanov küçəsində inşa edilən binanın varlığından onun tikilib başa çatmasından sonra onun xəbər tutublar. Belə ki, yaşayış binası qısa zaman ərzində  ildırım sürətilə tikilib başa çatdırılıb.

Məsələ ilə bağlı araşdırmamız davam edir.

Yazıda adı keçən qurumların və şəxslərin mövqeyini dərc etməyə hazırıq.  

Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.







Xəbərin oxunma sayı : 373




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap