“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

Nazir bağçılıq və heyvandarlıq təsərrüfatları ilə tanış oldu - Fotolar

Tarix 21.04.25, 18:51

Font ölçüsü : - / +
bitmap-img6


Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Tərtər və Bərdə rayonlarında yerləşən intensiv bağçılıq, heyvandarlıq təsərrüfatlarının fəaliyyəti ilə tanış olub.

AzFakt.com xəbər verir ki, səfər çərçivəsində nazir əvvəlcə bağçılıq və əkinçiliklə məşğul olan “Aqropat” MMC-nin Tərtər rayonunun Kəngərli kəndi və Suqovuşan qəsəbəsində yerləşən təsərrüfatlarına baş çəkib. 

Bildirilib ki, şirkət 236 hektarda intensiv bağçılıq fəaliyyəti ilə məşğul olur və əsas məqsəd yüksək keyfiyyətli gilas, şaftalı, nektarin, ərik və xurma istehsal etmək və istehsal olunmuş məhsulları həm daxili, həm də xarici bazarlara ixrac etməkdir. 

2021-ci ildən etibarən şirkət ixrac fəaliyyətində ciddi irəliləyiş əldə edib, istehsal olunmuş məhsulların böyük hissəsini Rusiya və digər MDB ölkələrinə ixrac edib. Hazırda məhsulların Avropa və Yaxın Şərq bazarlarına ixracı istiqamətində aktiv iş aparılır.

Nazir Məcnun Məmmədov günəbaxan yağı və tum istehsalı müəssisələrinin fəaliyyəti ilə tanış olub.

Müəssisələrdə keçirilmiş görüşlərdə keyfiyyətli məhsul istehsalı, ixrac imkanlarının artırılması, ixracın diversifikasiyası istiqamətində atılacaq addımlar və bu istiqamətdə görülən işlər barədə fikir mübadiləsi aparılıb, qabaqcıl təcrübənin digər istehsalçılara ötürülməsi, elmi tədqiqat müəssisələri ilə əməkdaşlıq imkanları, bu sahədə kadr potensialının gücləndirilməsi istiqamətində görüləcək tədbirlər müzakirə olunub.

Daha sonra nazir Məcnun Məmmədov “Aydın Agro” MMC-nin Bərdə rayonunda yerləşən heyvandarlıq kompleksi ilə tanış olub.

Bildirilib ki, südlük istiqamət üzrə ixtisaslaşmış kompleksdə 1300 baş Holşteyn-Friz cinsli heyvanlar saxlanılır. Kompleksdə ildə 6570 ton yüksək keyfiyyətli süd istehsal olunur. 4 tövlə, qaraj, silos quyusu, anbar və əlavə yardımçı binaların mövcud olduğu heyvandarlıq kompleksi tam avtomatlaşdırılmış sağım sistemləri, heyvanların sağlamlığını izləyən sensor texnologiyaları və yem istehsalı avadanlıqları ilə təchiz olunub.

Müasir texnologiyaların tətbiqi süd istehsalının səmərəliliyinin artırılmasına və yüksək məhsuldarlığın əldə olunmasına imkan verir. Gələcəkdə süd istehsalının ildə 9125 tona çatdırılması nəzərdə tutulur.

Görüşdə şirkətin gələcək planları, genişlənmə imkanları və bu istiqamətdə görülən işlər barədə fikir mübadiləsi aparılıb.








Xəbərin oxunma sayı : 172




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap