Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Bir villanın izi ilə … “Kristal CF” şefi haqda şok məlumatlar

Tarix 19.02.18, 16:00

Font ölçüsü : - / +
bitmap-img6


Bu günlərdə Feysbukda dəbdəbəli villalardan birinin fotosu yayılmışdı

Fotonun korrupsioner məmurlardan birinə aid olduğu vurğulanmışdı. Lakin şəklin altındakı şərhlərdə bahalı malikanənin gerçək sahibi məlum olub.

“Qızıl Buta”, “Jiquli” və…

Milyonluq villanın “CF” və “KRİSTAL” əmtəə nişanlı ət məhsulları istehsal edən “Kristal CF” MMC firmasının sahibinə aid olduğu qeyd edilib.

Bu şirkət Cəfər və Fəxrəddin adlı iş adamlar tərəfindən qurulub. Firmanın adı da məhz sahibkarların adlarının baş hərfi ilə bağlıdır.

Şərhlərdə yazırlar ki, villa kolbasa istehsal edilən müəssisənin yaxınlığındadır. Ancaq mülkün Cəfər yoxsa Fəxrəddinə aid olmasına aydınlıq gətirilməyib.

Feysbuk istifadəçiləri qeyd ediblər ki, “Kristal CF” sahiblərinin biznesi təkcə kolbasa firması ilə məhdudlaşmır.


Feysbuk istifadəçiləri qeyd ediblər ki, “Kristal CF” sahiblərinin biznesi təkcə kolbasa firması ilə məhdudlaşmır.




Şirkət sahibinin “Qızıl Buta” şadlıq sarayı, “Jiquli” pivə zavodu, “Qəbələ” kafesi və s. obyektləri var.

Halal kolbasa istehsal etdiyini bildirən firmanın pivə satışı ilə də məşğul olması sosial şəbəkələrdə ayrıca müzakirə mövzusuna çevrilib.

“Halal kolbasa istehsal etdiyini demək hara, pivə istehsalı hara”, – deyə feybsuk istifadəçiləri sual edirlər.



“Kristal CF” haram çıxıbmış, pivəsi isə…

Üstəlik, “Kristal CF” kolbasa məhsullarının halal olmadığı, donuz piyindən istifadə edildiyi də dövlət orqanları tərəfindən rəsmi şəkildə açıqlanıb.

Bir neçə il əvvəl İqtisadiyyat Nazirliyinin yoxlaması zamanı müəssisədə istehsal olunan “CF” və “Kristal” əmtəə nişanlı ət məhsullarının tərkibində donuz əti və piyi aşkarlanmışdı.



Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi şirkəti 5000 manat cərimələmişdi.

Axar.az isə yazmışdı ki, “CF” kolbasaları Hindistandan gətirilən inqridentlər böcəkdən hazırlanır.

Ona görə də firmanın əhaliyə yedirdiyi bu kolbasa məmulatı müxtəlif xəstəliklərin mənşəyi ola bilər.



Mətbuatda gedən xəbərlərə görə, “Kristal CF” ət və ət məhsulları istehsal edən müəssisədə sanitar-gigenik qaydalara əməl olunmur.

Xammalın saxlama yeri, istehsal sahəsi, hazır məhsulların saxlanma yerləri heç bir sanitariya normalarına cavab vermir. Bundan əlavə kolbasa və sosiska məhsulları mövcud resepturaya uyğun hazırlanmır.

Məhsulların markalanması da tələblərə cavab vermir.  Həm də məhsullara yararlılıq müddəti bitmiş duz və s. materiallar qatırlar.

Yalançı halal standartı adı altında məhsullar istehsal edirlər. Qafqaz Müsəlmanlar İdarəsi də “Kristal CF” şirkətinin kolbasa məhsullarına halallıq verməyib.

Bir müddət əvvəl isə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən «Kristal CF» MMC-yə məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı markalanmasında düzgün olmayan məlumatlar verilməklə haqsız rəqabətə səbəb olan pivələrin istehsal edildiyi müəyyən olunmuşdu.

Qarşı tərəfi dinləməyə hazırıq.

Mənbə: AzEuroNews.com





Xəbərin oxunma sayı : 367




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap