Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

BMT-nin insan haqları üzrə 41-ci sessiyası keçirilib - Nyu-Yorkda

Tarix 13.07.19, 12:28

Font ölçüsü : - / +
bitmap-img6


BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında təşkilatın insan haqları üzrə 41-ci sessiyası keçirilib. Tədbirdə ayrı-ayrı ölkələrdə insan haqlarının vəziyyətinə dair bir neçə qətnamə qəbul edilib.

Sessiya iştirakçıları Ukrayna ilə əməkdaşlıq və bu ölkəyə yardım göstərilməsi, Suriyadakı vəziyyət, erkən nikahların ağır nəticələri, qadınlara qarşı zorakılığın aradan qaldırılması məsələlərini müzakirə ediblər.

Belarusda ölüm hökmünün ləğv edilməsi, bu ölkədə məhkəmə islahatları, BMT-nin Belarus üzrə xüsusi məruzəçisinin mandatının uzadılması haqqında qətnamə qəbul edilib. Sessiya iştirakçıları Suriyada silahlı münaqişənin 9 ildən çoxdur davam etməsindən və onun dinc əhali üçün dağıdıcı nəticələrindən təəssüfləndiyini bildiriblər. Onlar münaqişə tərəflərini vəziyyətin daha da pisləşməsinə səbəb olacaq hərəkətlər etməməyə çağırıblar. Qeyd olunub ki, bu məqsədlə ölkənin hər yerində atəşkəsə nail olunmalı, münaqişənin siyasi yollarla həlli istiqamətində konstruktiv danışıqlar aparılmalıdır.

İkigünlük sessiyada ayrı-ayrı ölkələrdə insan hüquqlarının vəziyyəti ilə bağlı 60 tematik məruzə dinlənilib və onlara dair 30 qətnamə qəbul edilib. Onlardan birində BMT-nin İnsan Haqları Şurası qadınlara qarşı iş yerlərində zorakılığın bütün təzahürlərinə son qoymağa çağırıblar. Bundan başqa, erkən nikahları pisləyən sessiya iştirakçıları qeyd ediblər ki, hər il 12 milyon həddi-buluğa çatmamış qız zorla ərə verilir. Hər 30 azyaşlı oğlandan biri də 18 yaşınadək evlənir. Yeni qətnamədə göstərilir ki, uşaq, erkən və məcburi nikahlar insan hüquqlarının kobud şəkildə pozulmasıdır və azyaşlılar üçün ağır nəticələrə səbəb olur, onların fiziki və psixi sağlamlığını pozur.

BMT-nin İnsan Hüquqları Şurası təşkilatın 2005-ci ildə keçirilmiş sammitinin yekunları əsasında yaradılıb. Bu orqan Baş Assambleyanın tərkibində fəaliyyət göstərir. Şuranın sessiyaları hər üç ildə bir dəfə keçirilir. Onun tərkibinə 47 dövlət, o cümlədən Azərbaycan daxildir(azərtac).



Xəbərin oxunma sayı : 166




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap