Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

BP Xəzərdə Şahdəniz boyda yeni qaz yatağı axtarır –Neft-qaz nəhəngi kəşfiyyat quyuları qazmağa başlayıb

Tarix 13.01.19, 12:57

Font ölçüsü : - / +
bitmap-img6


Yanvarın 10-da “Bloomberg” media orqanı vebsaytında “BP Xəzərdə yeni nəhəng qaz yatağının üzərində olduğunu düşünür” başlıqlı məqalə dərc olunub.

Məqalədə bildirilir ki, BP Plc və tərəfdaşları Azərbaycana onlayn nəhəng təbii qaz layihəsi gətirmək üçün 28 milyard dollar pul xərcləyib və bu, hələ başlanğıc ola bilər.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qari Consun sözlərinə görə, Britaniyanın neft nəhəngi 2020-ci ilədək ölkədə altı yeni kəşfiyyat quyuları qazmağı planlaşdırır. Əgər onun gözləntiləri qarşılansa, şirkət Xəzər dənizində yanacaq istehsal edən Şahdəniz layihəsi ölçüsündə yeni qaz yatağı tapmalıdır.

“Azərbaycan gələn bir neçə il ərzində Braziliya ilə birlikdə bizim diqqət mərkəzimizdə olacaq. Bu, bizim üçün çox mühüm kəşf proqramıdır,” Cons bildirib.

Məqalədə yazılana görə, BP də daxil olmaqla bir çox şirkət neftə çıkışı olmayan avropalı alıcılara çox yaxın nəhəng kəşf edilməmiş qaz anbarlarının olduğu Avrasiya regionuna sərmayə yatırır. İyun ayında BP və Kukoil PJSC eləcə də Petronas Xəzər Dənizi ilə Türkiyə arasındakı yeni boru kəməri vasitəsilə Şahdənizin ikinci fazasından qaz nəql etməyə başlayıb. 2020-ci ildə boru kəmər sisteminin son hissəsinin tikintisi başa çatandan sonra bu qaz Yunanıstan, Bolqarıstan və İtaliyaya da nəql edilməyə başlayacaq.

“Əgər BP yaxınlıqdakı kəşfiyyat quyularında daha çox qaz tapsa, yanacağı Avropaya nəql etmək üçün həmin boru kəmərlərindən istifadə edə bilər”, məqalədə qeyd edilib.

Məqalə yazarları Anna Şiryaevskaya və Kelli Gilblomun sözlərinə görə, cənub-şərqi Avropaya gələn Xəzər nefti regionun Rusiyadan gətirilən yanacaqlara asılılığını azaldacaq. Bu və ABŞ və Qətər kimi təchizatçılardan alınan mayeləşdirilmiş təbii qaz regionu alternativ təchizat mənbəyi ilə təmin edəcək. Şahdənizin iki fazası hər il təxminən 26 milyard kub metr qaz istehsal edəcək. Bu isə Polşanın illik istehlakından daha çoxdur.

“BP Şahdəniz 2 ilə eyni əraziyə sahib Şəfəq-Asiman ərazisini hədəf alır. Qazma işləri bu ilin axırına planlaşdırılıb. Bundan əlavə BP digər iki ərazidə də neft inkişafını nəzərdən keçirir”, məqalədə bildirilir.

“Bloomberg”-ə müsahibə verən Cons deyib ki, ilin sonunda düşən neft qiymətləri kapital xərclərlə bağlı qərarlara təsir göstərməyib, amma BP-nin diqqətini Azərbaycanda daha böyük neft yataqlarının olub-olmadığını tədqiq etməyə yönəldib:

“Biz neft qiymətlərinin uzun müddət hələ aşağ olacağını təxmin edirik, bizim etdiyimiz hər şeydə diqqəti Xəzərdəki qurğuların qiymətini azaltmağa yönəldirik. Biz tərəfdaşlarımız və hökümətlə birlikdə işləyərək bu sahədə çoxlu uğurlar əldə etmişik”.

(Amerikanın səsi)



Xəbərin oxunma sayı : 298




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap