Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

Britaniya baş naziri: “Ukraynalılar Putini aldatdılar”

Tarix 26.09.22, 17:23

Font ölçüsü : - / +
bitmap-img6


“Rusiya prezidentinin qismən səfərbərlik elan etməsi ukraynalıların Putini aldadıb önə keçdiklərini göstərir”.

Bunu CNN-ə müsahibəsində Böyük Britaniyanın Baş naziri Liz Trass deyib.

Trassın sözlərinə görə, Putin məğlub olduğunu gördüyü üçün dərhal hərbi eskalasiya əmri verib.

“O, Ukraynanı işğal etməklə strateji səhvə yol verdi.

Düşünürəm ki, ukraynalılar Putini aldadıb önə keçdilər. Biz ukraynalıların Rusiyanın hücumunu necə dəf etdiklərini gördük. Məncə, o, azad dünyadan sərt reaksiya gözləmirdi”, - deyə baş nazir qeyd edib.

Onun sözlərinə görə, Qərb Ukraynadakı müharibədən nəticə çıxarmalıdır.

“Fakt budur ki, azad dünya ilkin mərhələdə Putini bu dəhşətli müharibəyə başlamağa həvəsləndirdi. Və biz dünyanın başqa yerlərində də oxşar vəziyyətin yaranmasına imkan verə bilmərik”, - deyə Trass vurğulayıb.

Liz Trass müttəfiqlərini Ukraynaya güclü dəstəyi davam etdirməyə çağırıb.

Mənbə: Yevropeyskaya pravda



Xəbərin oxunma sayı : 466




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap