Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Britaniya bankları qanunsuz immiqrantların hesabını donduracaq

Tarix 23.09.17, 21:32

Font ölçüsü : - / +
bitmap-img6


Gələn ilin əvvəlindən Britaniya bankları bütün hesab sahiblərini ölkədən deportasiya edilməli olan və ya miqrasiya xidmətindən gizlənən şəxslərin siyahısı ilə tutuşdurmağa başlayacaq

Maliyyə qurumları, qanunsuz immiqrantlar siyahısına düşən bütün müştərilər barədə məlumatı Daxili İşlər Nazirliyinə çatdırmalı və onların hesablarını bağlamalı və ya dondurmalı olacaq.

Belə ölçülərin görülməsi, 2016-ci ildə parlament tərəfindən qəbul edilmiş immiqrasiya haqqında qanunda nəzərdə tutulub.

Guardian qəzetinin məlumatına əsasən, banklarda qanunsuz miqrantlara dair məlumatların yoxlanılması üçün hər 3 aydan bir 70 milyon cari hesab nəzərdən keçiriləcək.

Britaniyada 2016-cı ildə qəbul olunmuş immiqrasiya haqqında qanunda immiqrantları ölkədən könüllü getməyə sövq etmək üçün bir sıra tədbirlər nəzərdə tutulub.

2014-cü ildən Britaniyada bank hesabı açma qaydaları sərtləşdirilib.

O vaxtdan etibarən banklar hesab açmaq istəyən müştərilərin miqrasiya statusunu yoxlamağa başlayıb.

Britaniya DİN-i banklara yalnız ölkədə qanunsuz qalan müştərilər barədə məlumatın veriləcəyini bildirib.

Belələrinin kateqoriyasına, o cümlədən, deportasiya olunmaq barədə qərardan apellyasiya vermək hüququnu itirmiş xaricilər də aid ediləcək, DİN rəhbəri Amber Rudd vurğulayıb.

Britaniya qanunvericiliyində, qeyri-leqal miqrantlara mənzil kirayəyə verən ev sahiblərinə və ya onları işə götürən şəxslərə qarşı sərt cəzalar nəzərdə tutulub.



Xəbərin oxunma sayı : 127




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap