Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Britaniya etnik azlıqları necə irəli çəkir? – “Financial Times”

Tarix 29.03.23, 16:11

Font ölçüsü : - / +
bitmap-img6


Böyük Britaniyada özəl şirkətlərin etnik azlıq nümayəndələrini rəhbər postlara təyin etməsi istiqamətində irəliləyiş var. 

Novator.az saytı “Financial Times” qəzetinə istinadla xəbər verir ki, hazırda London Fond Birjasında qeydə alınmış ən yaxşı 100 şirkətin 96-da direktorlar şurası üzvlərinin azı biri etnik azlıq nümayəndəsidir.

2015-ci ildə Böyük Britaniya hökuməti özəl şirkətlərin rəhbər heyətlərində etnik azlıqların təmsil olunmamasına son qoyulması üçün iş aparmağa başlayıb. Həmin vaxtdan əsas şirkətləri idarə edən komandalarda etnik azlıq nümayəndələrinin təmsil olunub-olunmadığı təftiş edilir. Bu təftişə rəhbərlik məşhur iş adamı Con Parkerə həvalə olunub.

“Financial Times” qəzetinin yazdığına görə, “Parker tədqiqatı” üzrə son hesabat Britaniyanın ən yaxşı 100 şirkətindən 96-da direktor vəzifəsi tutan şəxslər arasında ən azı bir nəfərin etnik azlıq təmsilçisi olduğunu göstərib. Bir il əvvəl həmin şirkətlərin 89-da direktorlar şurası üzvləri arasında etnik azlıq nümayəndəsi var idi. Bunu əsas götürən hesabat müəllifləri bildirirlər ki, hökumətin özəl şirkətlərin direktorlar şurasında ən azı bir nəfərin etnik azlıq nümayəndəsi olması istiqamətində tövsiyəsinə əməl edilir və ildən-ilə bu sahədə irəliyə doğru yeni addımlar atılır.

Ancaq hesabatda o da vurğulanır ki, əlavə tədbirlərə ehtiyac var və qarşıdakı illərdə London Fond Birjasında qeydə alınmış yüzlərlə şirkətin əksərində etnik azlıq nümayəndələrinin rəhbər vəzifələrə təyin edilməsi məsləhət görülür.

“Parker hesabatı”nda 2024-cü ilin sonunadək 250 şirkətin, 2027-ci ilin sonuna qədər isə 350 şirkətin etnik azlıqlarla bağlı hədəfə yetmək üçün lazımi qərarlar verməyə dəvət olunduğu diqqətə çatdırılıb.

“Parker tədqiqatı”nın rəhbəri Devid Tayler “Financial Times” qəzetinə deyib ki, əldə edilən son nəticələri prosesin yekunu deyil, bir mərhələsi, hətta başlanğıcı kimi dəyərləndirmək lazımdır.

Böyük Britaniya əhalisinin 17 faizinin etnik azlıqlardan ibarət olduğunu xatırladan Devid Tayler şirkətləri bu 17 faizdən yararlanmağa çağırıb. O bildirib ki, direktorlar şurasında etnik azlıqlara yer ayıran 96 şirkətin 49-da direktor postu tutan etnik azlıq nümayəndələrinin sayı birdən çoxdur. Etnik azlıqlardan olan direktorların yarıya qədəri qadındır.

Mənbə: Ft.com




Xəbərin oxunma sayı : 805




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap