“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Renka motosikletinin qiymətini açıqladı - FOTO

Tarix 23.07.25, 23:56

Font ölçüsü : - / +
bitmap-img6

 
"Motosiklet sürmək çox rahatdır. İnsanın ruhu dincəlir. Bu motosikletlə Şuşaya, Füzuliyə, Zaqatalaya qədər getmişəm. Ailə ilə harasa gedəndə maşından istifadə edirəm. Amma özüm tək olanda mütləq motosiklet sürürəm".

Bu sözləri Axşam.az-a açıqlamasında rəqqasə Rəna Ağamuradova (Renka) deyib. Son illər motosiklet sürməyə başlayan sənətçi yaşadığı çətinliklərdən danışıb:

"Bizdə hələ də motosiklet sürmək qəbullanmayıb. Bizi çox sıxırlar. Hələ qız olduğum üçün lap çox. Ən çox da bu cür hallarla Mərdəkan yolunda rastlaşıram. Hərdən oturub ağlayıram. Maşın sürənlər motosiklet idarə edənlərə hörmət qoymurlar. Bir də baxırsan sıxmağa başlayırlar. Bu yaxınlarda işıqforda dayanmışam. Bir maşın gəlib düz ayağımın yanında dayanıb. Deyirəm ki, bu ayaqdır, qaz versəniz, mən həyəcanlanıb yıxılacağam. Niyə belə edirsiniz? Anlamırlar... düzdür, bizi başa düşən sürücülər də var..."

Renka motosikletinin qiymətini də açıqlayıb:

"Məşhur brendə məxsusdur. 20 min manata almışam. Amerikadan sifariş vermişəm. Əslində bir dənə motosikletim var. Azərbaycanda bunu almaq baha başa gəlir, ona görə də ala bilmirəm".






Xəbərin oxunma sayı : 1228




Maqazin

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap