Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Britaniya hökuməti Zamirə Hacıyeva ilə bağlı order verdi –22 milyon funt dəyəri olan əmlakı müsadirə olunur

Tarix 18.01.19, 11:23

Font ölçüsü : - / +
bitmap-img6


Böyük Britaniya hökuməti Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevaya var-dövlətin qeyri-məlum mənbəsi barədə iki order təqdim edib.

Bu barədə “Report” Britaniya KİV-inə istinadən xəbər verir. Lakin Z.Hacıyeva sərvətinin mənbəyini izah etməkdən yenə imtina edib. Yerli KİV-in yazdığına görə, Z.Hacıyeva maliyyə vəsaitlərinin mənbəsini açıqlamaqdan imtina etməyə davam edərsə, məhkəmə onun əmlakının, o cümlədən Londonun qərbində, Naytsbricdəki dəyəri 11,5 milyon funt sterlinq olan malikanənin və Askotdakı dəyəri 10,5 milyon funt sterlinq olan şəhərkənarı qolf klubun müsadirə edilməsi barədə hökm çıxara bilər.

Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin hazırda həbsdə olan sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva Britaniyanın paytaxtı Londonda saxlanılıb. 55 yaşlı Z.Hacıyeva Britaniyada ilk dəfə tətbiq edilən “İzahedilməz Sərvət Sərəncamı” (Unexplained wealth orders,UWO)çərçivəsində həbs olunub. Bu sərəncama əsasən o, var-dövlətini hansı mənbədən əldə etdiyini açıqlamalıdır.

Ötən il noyabrın 8-də isə Z.Hacıyeva zaminə buraxılıb.




Xəbərin oxunma sayı : 175




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap