“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

Britaniya kralı III Çarlzın Fransaya səfəri təxirə salındı: Əvvəlcə Almaniyaya gedəcək

Tarix 25.03.23, 10:33

Font ölçüsü : - / +
bitmap-img6


Böyük Britaniya kralı III Çarlzın martın 26-dan 29-dək Fransaya planlaşdırılan səfəri təxirə salınıb.

Buna səbəb respublikada pensiya islahatına qarşı keçirilən nümayişlər olub.

Bu barədə Yelisey sarayının yaydığı məlumatda bildirilib.

“Fransada martın 28-də pensiya islahatına qarşı yeni milli fəaliyyət günü planlaşdırılıb. Bununla əlaqədar olaraq kral III Çarlzın ölkəyə ilkin olaraq martın 26-29-na planlaşdırılan səfəri təxirə salınacaq”, - məlumatda qeyd edilib.

Həmçinin bildirilib ki, bu qərar Fransa Prezidenti Emmanuel Makronla Britaniya monarxı arasında telefon danışığından sonra verilib. Fransa müxbirlərinin sözlərinə görə, söhbət təxminən 15-20 dəqiqə davam edib.
Yelisey Sarayından açıqlama verilib ki, səfərin təxirə salınması III Karlı iki ölkə arasındakı dostluq münasibətlərinə uyğun şəraitdə qəbul edə bilmək zərurətindən qaynaqlanır. “Dövlət səfəri daha uyğun vaxtda həyata keçiriləcək”, - deyə bununla bağlı kommünikedə vurğulanıb.

Beləliklə, Çarlz III Britaniya taxtına çıxdıqdan sonra ziyarət edəcəyi ilk ölkə artıq Almaniya olacaq. Kralın Berlinə gəlişi martın 29-na planlaşdırılıb.



Xəbərin oxunma sayı : 409




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap