Tünzalə Ağayeva açıq-saçıq paltarda - Foto Azərbaycanlı müğənni yarıçılpaq şəklini paylaşdı - FOTO Azərbaycanlı aparıcı yataqda seksual pozlar verdi - FOTOLAR Müğənni Mina sərxoş olub sinəsini açdı - FOTO
Axtar
 
  • / Maqazin / — 27 Noyabr 2019

    Tünzalə Ağayeva açıq-saçıq paltarda - Foto

  • / Maqazin / — 02 Noyabr 2019

    Azərbaycanlı müğənni yarıçılpaq şəklini paylaşdı - FOTO

  • / Maqazin / — 17 Oktyabr 2019

    Azərbaycanlı aparıcı yataqda seksual pozlar verdi - FOTOLAR

  • / Maqazin / — 16 Oktyabr 2019

    Müğənni Mina sərxoş olub sinəsini açdı - FOTO

  • / Maqazin / — 15 Oktyabr 2019

    Afaq yenə alt paltarında fotolarını yaydı – FOTOLAR

  • / Maqazin / — 14 Oktyabr 2019

    Nura Suri sinə hissəsini paylaşdı - FOTO

Britaniya vətəndaşı “Azərkosmos”da yüksək vəzifəyə təyin olunub – Mark Qutriye kimdir? + Açıqlama

Tarix 08.10.19, 19:36

Font ölçüsü : - / +
bitmap-img6


Böyük Britaniya vətəndaşı Mark Qutriye “Azərkosmos” ASC-nin baş kommersiya direktoru vəzifəsinə təyin olunub.

Bu barədə şirkətin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, M.Qutriye karyerasına İngiltərənin telekommunikasiya və peyk rabitəsi bazarında lider olan “British Telecom” şirkətində başlayıb.

Daha sonra Avropanın aparıcı peyk operatoru SES şirkəti tərəfindən alınan “Europe Star” və “Verestar” şirkətlərində rəhbər vəzifələrdə işləyib. M.Qutriye fəaliyyətini SES şirkətinin ABŞ və Böyük Britaniyadakı ofislərində peyk xidmətlərini idarə etmək, satış əməliyyatlarını aparmaq və “Men adası”nda peyk xidmətlərinin icarəsi üzrə rəhbər vəzifələrdə davam edib. Mark 2013-cü ildən KVH qlobal mobil rabitə xidmətləri təklif edən şirkətdə Satış üzrə vitse-prezident vəzifəsinə təyin edilib və bir müddətdən sonra KVH şirkətinin Asiya-Sakit okean bölgəsi üzrə Birinci vitse-prezident olub.

Mark Qutriye Nottinqem Trent Universitetindən “Elektrik və Elektron Mühəndisliyi” üzrə bakalavr və magistr dərəcələri alıb. O həmçinin İngiltərənin Henley İdarəetmə Kollecində M.B.A. üzrə təhsilini davam etdirib.

Böyük Britaniyada və ABŞ-da satış əməliyyatları və peyk xidmətləri üzrə yüksək təcrübəyə malik olan Mark Qutriye həm regional, həm də beynəlxalq səviyyədə “Azərkosmos”un uzunmüddətli kommersiya strategiyasına istiqamət verəcək və şirkətin satış potensialının artırılmasına dair səlahiyyətləri yerinə yetirəcək.

Mark Qutriye bu ilin oktyabr ayından etibarən “Azərkosmos”un Bakı ofisində fəaliyyətinə başlayıb/Report.




Xəbərin oxunma sayı : 415

loading...

Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda