“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Britaniyada Mahmudovlarla bağlı qalmaqal - Vəkillərinə rekord cərimə kəsildi...

Tarix 06.08.25, 22:02

Font ölçüsü : - / +
bitmap-img6


Böyük Britaniyada tanınmış vəkil Rori Fordays Azərbaycanın sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun ailəsi ilə əlaqəli vəsaitlərin yoxlanılmasında etinasızlıq göstərdiyinə görə 32 500 funt sterlinq (təxminən 42 000 dollar) məbləğində cərimələnib. Bu barədə Korrupsiya və Mütəşəkkil Cinayətkarlığın Araşdırılması Mərkəzi (OCCRP) məlumat yayıb.

Böyük Britaniyanın Hüquqşünaslar üzrə İntizam Tribunalı (SDT) Fordaysın 5 il müddətinə hüquq firmalarında rəhbərlik və ya komplayens (compliance) vəzifələrində çalışma hüququnu da məhdudlaşdırıb. Bundan əlavə, o, 50 000 funt sterlinq məbləğində məhkəmə xərclərini ödəməyə məcbur edilib.

SDT Fordaysın maliyyə yoxlamalarını “səthi, sistemsiz və sadəlövh” adlandırıb. İstintaq zamanı müəyyən olunub ki, 2013–2015-ci illər arasında Fordaysın direktoru olduğu Taylor Fordyce hüquq firmasının hesabına Eldar Mahmudovun oğlu Anar Mahmudovun ailə üzvləri tərəfindən iki dəfə iri məbləğdə vəsait köçürülüb.

OCCRP-nin məlumatına görə, bu vəsaitlərdən biri – 1,9 milyon funt sterlinqdən çox məbləğ – “Continental Properties Limited” adlı şirkət vasitəsilə Cənubi İngiltərədə ticarət obyektinin alınmasına sərf edilib. Dəqiq ünvan açıqlanmasa da, jurnalist araşdırmalarına əsasən, 2015-ci ilin mayında həmin şirkət Nyuberi şəhərində dəyəri 1,85 milyon funt olan obyekt alıb. Məlumata görə, bu əmlakda Pizza Hut, Greggs və Salvation Army kimi müəssisələr fəaliyyət göstərir.

Açıklama yok.

Tribunal həmçinin qeyd edib ki, Fordays Mahmudov ailəsinin nümayəndələri tərəfindən təqdim edilən ziddiyyətli məlumatlara həddən artıq güvənib və əmlak alışını tələb olunan sənədləri təqdim etmədən həyata keçirib.

OCCRP-nin əvvəlki araşdırmalarında qeyd olunurdu ki, Mahmudovlar ailəsi Avropada dəyəri azı 100 milyon avro olan biznes imperiyası qurub.

Mahmudovlar ailəsinin vəkili isə OCCRP-yə cavabında bildirib ki, ailənin sərvətinin kökü XIX əsrə qədər gedib çıxır və bütün aktivlər qanuni yolla əldə edilərək rəsmiləşdirilib.



Xəbərin oxunma sayı : 325




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap