Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Bu gün İranda milli matəm günüdür

Tarix 14.11.17, 5:38

Font ölçüsü : - / +
bitmap-img6


Noyabrın 14-də İranın bütün ərazisində milli matəm günü elan olunub.

APA-nın məlumatına görə, İranın Nazirlər Kabineti bəyanat yayaraq ölkənin qərbində baş vermiş zəlzələ ilə əlaqədar ölənlərin ailələrinə başsağlığı verib və 14 noyabrı ölkədə matəm günü elan edib.

İranın daxili işlər naziri Əbdürrza Rəhmani Fəzli deyib ki, bütün imkanlar ölkənin qərb əyalətində baş vermiş zəlzələdən əziyyət çəkən əhaliyə yardım üçün səfərbər olunub. Ə.Rəhmani Fəzli itkin düşmüş şəxslərin tapılması istiqamətində işlərin sürətləndirilməsinin zəruriliyini vurğulayıb.

O deyib ki, hadisə yerinə içməli su, qida və çadır çatdırılması üçün müvafiq tədbirlər həyata keçirilib. Kermanşah əyalətində su və elektrik enerjisinin verilməsi bərpa olunub. Əyalətdə baş vermiş zəlzələ 7 şəhər və 1930 kəndə ziyan vurub. İlkin hesablamalara görə, zəlzələnin əyalətə vurduğu zərər 290 milyon dollar təşkil edir. Bundan öncə Kermanşah əyalətində 3 günlük matəm elan olunub.

Xatırladaq ki, İraq-İraq sərhədində dünən axşam baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 445 nəfərə çatıb. 



Xəbərin oxunma sayı : 97




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap