“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Bu gün Qusarda daha iki şəhidimiz dəfn olundu - FOTOLAR

Tarix 07.01.21, 20:45

Font ölçüsü : - / +
bitmap-img6


İkinci Qarabağ savaşında 30-dan artıq şəhid verən Qusar bu gün daha iki igid oğlunun cənazəsini qəbul edib.

AzFakt.com xəbər verir ki, döyüşlərdə oktyabrın 27-dən itkin düşən və barələrində o vaxtdan heç bir məlumat olmayan Qusar rayon sakinləri Sarvan Şahbazovun və Rail Ramazanovun bu günlərdə Vətən yolunda şəhid olduqları məlum olub.

 
Müddətdən artıq hərbi qulluqçular-27 yaşlı Sarvan Əliməhəmməd oğlu Şahbazovun nəşi doğulduğu Gündüzqala kəndinə, 23 yaşlı Rail Arif oğlu Ramazanovun nəşi isə anadan olduğu Hil kəndinə gətirilib.

Rail Ramazanovun dəfn mərasimində Qusar İH, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, sakinlər iştirak edib.

Qusar İH başçısı Şair Alxasov dəfn mərasimində çıxışında bildirib ki, Şəhid Rail Ramazanov Vətənin müstəqilliyi və suverenliyi yolunda igidliklə vuruşub.

Xatırladaq ki, 23 yaşlı Rail Ramazanov iki bacının yeganə qardaşı olub. O ailəsində ilk oğul övladı kimi 17 ildən sonra doğulmuşdu. Subay idi.

Bir uşaq atası olan 27 yaşlı Sarvan Şahbazovun dəfninə də rayon ih-nin nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qusar rayon şöbəsinin rəhbərliyi və sakinlər,ictimaiyyət təmsilçiləri qatılıb.Şəhidin xatirəsinə dualar oxunub,şücaətindən danışılıb. Cənazəsi bükülmüş Azərbaycan bayrağı ailəsinə təqdim edilib.

Qeyd edək ki, Müdafiə Nazirliyinin Qusardakı hərbi hissəsinin hərbi qulluqçuları olan Sarvan Şahbazov və Rail Ramazanov Xocavənd-Qırmızı Bazar istiqamətində gedən döyüşlərdə şəhid olublar. Onların şəxsiyyəti DNT analizinin rəyindən sonra tanınıb və ailələrinə təhvil verilib.

Allah hər iki şəhidimizə rəhmət etsin. (modern.az)

Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.


 



Xəbərin oxunma sayı : 2509




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap