Afaq Aslan bu dəfə elə poza verdi ki... - Fotolar Səmra fotosessiya etdirdi, gündəm oldu - Fotolar Nigarın sinə dekoltesi... – Fotolar Minlərlə izləyicisi... - Röya elə fotolarını paylaşdı ki
Axtar
 
  • / Maqazin / — 08 İyun 2019

    Afaq Aslan bu dəfə elə poza verdi ki... - Fotolar

  • / Maqazin / — 06 İyun 2019

    Səmra fotosessiya etdirdi, gündəm oldu - Fotolar

  • / Maqazin / — 03 İyun 2019

    Nigarın sinə dekoltesi... – Fotolar

  • / Maqazin / — 31 May 2019

    Minlərlə izləyicisi... - Röya elə fotolarını paylaşdı ki

  • / Maqazin / — 30 May 2019

    “Hamının gözünə batıram” - Pərvin Abıyeva

  • / Maqazin / — 24 May 2019

    Futbolçunun arvadı dərin dekolteli paltarda - Foto

Bu gün UEFA Avropa Liqasının qalibi müəyyənləşəcək- “Çelsi” və “Arsenal” qarşılaşacaq

Tarix 29.05.19, 10:25

Font ölçüsü : - / +
bitmap-img6


Mayın 29-da Bakıda UEFA Avropa Liqasının final görüşü keçiriləcək.

UEFA Avropa Liqasının final tarixində ilk dəfə eyni şəhərin təmsilçiləri üz-üzə gələcək. Londonun iki nəhəng klubu “Çelsi” və “Arsenal” qarşılaşacaq.

Görüşü İtaliyadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş arbitri italiyalı Canluka Rokki olacaq. Ona Filippo Meli və Lorenso Manqanelli kömək edəcəklər. Dördüncü arbitr kimi Daniele Orsato təyin edilib.

Həlledici qarşılaşmada VAR (arbitrlərə videokömək) sistemindən istifadə ediləcək. Bundan əvvəl VAR sistemindən Çempionlar Liqasının play-off matçlarında istifadə edilib.

2011-ci ildə UEFA Avropa Liqasının finalına tarixdə ilk dəfə eyni ölkənin komandaları vəsiqə qazanmışdı. Həmin tarixdə Portuqaliyanın klubları “Braqa” və “Porto” üz-üzə gəliblər. Dublində baş tutan görüşdə “Braqa” minimal hesabla qalib gəlmişdi – 1:0. Bir il sonra tarix yenidən təkrarlandı. İspaniyanın “Atletiko Madrid” klubu Buxarestdə “Atletik Bilbao” komandasının qapısında üç cavabsız top keçirdi. “Bakı-2019” finalı bununla da, əlamətdardır ki, bu 8 illik tilsimi qıracaq.

Cari mövsüm UEFA Avropa Liqasında “Çelsi” keçirdiyi 14 görüşdən 11-də qalib, 3-də isə meydanı heç-heçə ilə tərk edib. Play-off mərhələsində “Malmö” (İsveç), “Dinamo” (Ukrayna) və “Slaviya”nı (Çexiya) mübarizədən kənarlaşdıran “Çelsi” yarımfinalda əziyyət çəkməli olub. Belə ki, iki oyunun nəticəsinə əsasən, Almaniyanın “Ayntraxt” klubu ilə səfərdə 1:1 heç-heçə edib. Penalti seriyasında üstün olan “Çelsi”nin qapıçısı Kepa Arinsabalaqa komandasının Bakı finalına çıxmasında böyük rol oynayıb.

“Çelsi” həmçinin tarixində ikinci dəfə UEFA Avropa Liqasında mübarizə aparır. Hər iki iştirakında klub ikinci dəfə finalda oynamaq şansı qazanıb. 2013-cü ildə Amsterdamda yerləşən eyniadlı stadionunda təşkil olunan final görüşündə “Çelsi” Portuqaliyanın “Benfika” komandasını məğlub edib – 1:0. 32 qol vuran “Çelsi” həmçinin cari mövsüm turnirdə ən məhsuldar komanda olub. Maurissio Sarrinin yetirmələri finalda 5 qol vuracağı halda 2012-2013-cü il mövsümündə “Porto”nun rekordunu təkrarlayan komanda olacaq.

“Arsenal” Bakıya beş oyunluq məğlubiyyətsizlik fonunda gəlir. İngilislər “Qarabağ”la eyni qrupda mübarizə apararaq çətinlik çəkmədən qrupdan növbəti mərhələyə çıxıb. Onaltıdabir finalda səfərdə BATE-yə, səkkizdəbir finalda isə “Renn”ə (Fransa) məğlub olan “Arsenal” ev oyunlarında hər iki komandanı məğlub edərək Bakı finalına daha da yaxınlaşıb. Buna baxmayaraq, “Arsenal” dörddəbir və yarımfinalda iki iddialı klubları “Napoli” (İtaliya) və “Valensiya”nı (İspaniya) hər iki görüşdə məğlub edib.

“Çelsi” İngiltərə Premyer Liqasının bürünc mükafatçısı olduğundan 2019-2020-ci il mövsümündə ölkəsini UEFA Çempionlar Liqasında təmsil edəcək, lakin beşinci yer tutan “Arsenal” UEFA Çempionlar Liqasına vəsiqə qazanmaq üçün Bakı finalında mütləq qələbə qazanmalıdır və bu görüş klub üçün böyük önəm kəsb edir.

Xatırladaq ki, UEFA Avropa Liqasının finalı bu gün Bakı Olimpiya Stadionunda baş tutacaq. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.



Xəbərin oxunma sayı : 196

loading...

İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda