Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO Məni bikinidə görsən, başqasına baxmazsan - Roza Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 29 Aprel 2024

    Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO

  • / Maqazin / — 28 Aprel 2024

    Məni bikinidə görsən, başqasına baxmazsan - Roza

  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

Bu gecə İmamoğlu-Yıldırım “duel”i olacaq – Küçükkayadan maraqlı açıqlamalar

Tarix 16.06.19, 14:11

Font ölçüsü : - / +
bitmap-img6


Bu axşam Türkiyə vaxtı ilə saat 22.00-da İstanbul Bələdiyyə sədrliyi uğurunda üz-üzə gələn Binəli Yıldırımla Əkrəm İmamoğlu canlı yayımda debata çıxacaqlar.

AzFakt.com strateq.az-a istinadən xəbər verir ki, həm AKP, həm də CHP-nin razılaşmasına əsasən, debatın moderatorluğunu edəcək İsmail Küçükkaya axşamkı “duel”lə bağlı maraqlı açıqlamalar verib.

Moderator deyib ki, bir qrup var ki, onlar bu debatın baş tutmasını istəmirlər: “Mən Türkiyənin qazanmasını istəyirəm. Həmin qrup isə Türkiyənin qazanmasını deyil, qarışmasını istəyirlər. Məni təzyiq altında saxlamaq istəyənlərlə bağlı prokurorluq araşdırma aparır, onlar cavab verəcəklər”.

Küşükkaya etiraf edib ki, ondan əvvəl debatın moderatorluğu Uğur Dündara həvalə olunubmuş: “Onun adı ortaya çıxanda, mənim üçün bu məsələ qapandı. Çünki o, televiziya xəbərçiliyinin bir nömrəsi, canlı əfsanəsi, hər kəsin güvəndiyi bir peşəkardır, böyümüzdür. Lakin Uğur Dündar inanılmaz formada sosial mediada linc edildi deyə o, bunu qəbul etmədi, geri çəkildi. Bundan 10 saat sonra CHP qrup başqan vəkili Engin Altay mənə zəng etdi. O, AKP sədrinin köməkçisi Mahir Ünalla birlikdə olduğunu və “CHP və AKP sizin adınızda birləşdi” dedi. Bir an belə düşünmədən “qəbul edirəm” dedim.

Küşükkaya etiraf edib ki, anası qərarına qarşı çıxıb:















“Anam “qəbul etmə, oğlum. Bax, Uğur Dündar qəbul etmədi, o, sənin böyüyündür, həm də çox təcrübəlidir. Sən də girmə bu işə, övladım”dedi və geri çəkilməmi istədi. Amma mən anamı inandıra bildim”.

Küçükkaya deyib ki, debatla bağlı 18-20 sual hazırlayıb: “Mövzumuz bəllidir: İstanbul və seçki. Heç kim narahat olmasın, soruşulması vacib olan sualları verəcəyəm. Sadəcə, mənim deyil, xalqın maraqlandığı, cavab axtardığı sualları hazırlamışam. Bundan əlavə, hər ikisinə ayrı-ayrı 3 sualım olacaq. Əlimdə saniyə ölçən cihaz olacaq, hər suala 3 dəqiqəlk cavab haqqı tanıyacam”.

Küçükkaya deyib ki, həm Binəli Yıldırım, həm də Əkrəm İmamoğlu düşərgəsindən ona “nə istəsəniz, soruşa bilərsiniz” mesajı verilib: “Bir daha deyirəm, heç kəs narahat olmasın: çətin, yaxud asan sual deyil, soruşulması vacib olan suallarım olacaq.

Burada üslub çox önəmlidir. Əsla rahatsızedici üslubum olmayacaq. Proqramda bütün haqlar məndə olacaq. Tərəflərin bir-birlərinin sözlərini kəsməsinə də izn verməyəcəm”.









Xəbərin oxunma sayı : 205




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap