“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Bu il bəzi dərsliklər yenidən hazırlanacaq - VİDEO

Tarix 28.06.20, 16:42

Font ölçüsü : - / +
bitmap-img6


Bu il ümumtəhsil müəssisələrinin I, V və IX sinif şagirdləri üçün dərsliklər yenidən təkmilləşdirilərək hazırlanacaq. Bəzi dərsliklərin isə tərtibatı dəyişdiriləcək.

AzFakt.com Xəzər.TV-yə istinadən xəbər verir ki, I siniflər üçün "Azərbaycan dili" və "Riyaziyyat" dərslikəri bu il ilk dəfə olaraq 2 hissəli nəşr ediləcək. Dərsliyin birinci hissəsi tədris ilinin birinci rübünü, ikinci hissəsi 2-ci rübünü əhatə edəcək.

Təhsil Nazirliyinin Tədris resursları şöbəsinin baş məsləhətçisi Vüsalə Əliyeva qeyd edib ki, bəzi dərsliklər bu tədris ilində ilk dəfə olaraq şagirdlərin istifadəsinə veriləcək.

Yeniliklərdən biri də odur ki, I, V və IX siniflər üçün yeni hazırlanan xarici dil dərsliklərinin hər birinə şagirdlərdə dinləyib anlama vərdişlərini inkişaf etdirmək üçün müvafiq audio fayllar əlavə ediləcək. Bu audio fayllar yeni tərtib edilən musiqi dərslikləri üçün də hazırlanacaq.

Bu il eyni zamanda ümumilikdə birinci sinif dərslikləri üçün bütün öyrədici materiallar dərslik üzərində işləməklə həyata keçiriləcək. Yəni dərsliklər üzərində yazı yazmaq mümkün olacaq və bu dərsliklər birdəfəlik istifadə üçün nəzərdə tutulacaq.






Xəbərin oxunma sayı : 1735




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap