“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Bu il qiymətlər aşağı olacaq - Yayda tətilə getmək istəyənlərə ŞAD XƏBƏR

Tarix 25.05.24, 21:32

Font ölçüsü : - / +
bitmap-img6


Hər il yay mövsümünün gəlişi ölkədaxili turizmdə canlanmaya səbəb olur. Bölgələrdəki istirahət mərkəzləri və hotellərə bu fəsildə tələb daha da artır. Vətəndaşların əksəriyyəti həm vaxt, həm də qiymət cəhətdən sərfəli olduğu üçün istirahətini ölkə daxilində planlaşdırır. Bəs bu il regionlarımızdakı istirahət məkanlarında qiymətlər vətəndaşların büdcəsinə nə dərəcədə uyğun olacaq?

Turizm eksperti Ceyhun Aşırov “Yeni Sabah”a bölgələrdə fəaliyyət göstərən hotellərin qiymətlərində nə qədər dəyişiklik ola biləcəyini açıqlayıb. Onun sözlərinə görə, kəskin bahalaşma gözlənilmir:

“İnsanların böyük bir qismi istirahətini yay aylarında edir. Bu təkcə Azərbaycanda yox, digər ölkələrdə də belədir. Bununla əlaqədar ciddi tələb artımı olur. Həmin proses özünü qiymətlərdə də göstərir. Azərbaycanda bu sahə üzrə qiymətlər əvvəlki illərlə müqayisədə bu il o qədər də baha olmayacaq. Birincisi, artıq quru sərhədlər qapalı da olsa, uçuşlar bərpa olunub və dünyada bir çox yerdə pandemiyadan sonrakı məhdudiyyətlər aradan qaldırılıb. İnsanlar sərbəst şəkildə müxtəlif ölkələrə səfər edə bilirlər. Buna baxmayaraq, daxili tələbat qalmaqdadır. Az da olsa, ölkəmizdəki hotellərin sayında hər il artım müşahidə olunur. Bundan başqa, regionlarda da kənd evləri və kapsul evlər kimi qalma yerlərinin sayı artır. Həmin yerlər hotellərə alternativ olaraq çıxış edir. Beləliklə, insanlar büdcələrinə uyğun olan yeri tapmaqda çətinlik çəkmirlər. Bütün bunları nəzərə alaraq, demək olar ki, yay mövsümündə qiymətlər öncəki vaxtlarla müqayisədə müəyyən qədər artsa da, ötən ilki qiymətlərdən baha olmayacağı gözlənilir”.

Ekspert qiymətlərin müxtəlif şərtlərə görə dəyişdiyini də qeyd edib:

“Qiymətlər müxtəlifdir. Kənd evlərində 30-50, villalarda isə 500-600 manatdan günlük qiymətlər olur. Hotellərin də qiymətləri regionlara görə dəyişir. Bu məbləğ 60-70, yaxud 80 manatdan başlayır. Maksimal olaraq isə 350-400 manat arası dəyişir. Bu da otağın tipinə və qalma imkanlarına, insan sayı, paketə görə fərqlənir”.



Xəbərin oxunma sayı : 796




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap