“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Bu küçənin sakinlərinin yol dərdi illərdir ki, bitmir - VİDEO

Tarix 20.09.22, 22:15

Font ölçüsü : - / +
bitmap-img6


Əhmədli qəsəbəsinə Babək prospekti istiqamətindən sadəcə olaraq bir giriş var. Amma gəl gör ki, sakinlər ünvanlarına getmək üçün  bu yolda bəzən  az qala saatlarla qalmalı olurlar. Səbəb yolun hər iki tərəfinin avtomobillərlə zəbt olunmasıdır.

Bir tərəfdə illərdir yol kənarında qalan maşınlar. Digər tərəfdə isə maşın təmiri sexləri...

Yolun hər iki tərəfinin maşınlarla zəbt olunması bu yoldan istifadə edənlərin işini çətinləşdirir.

Sakinlərin sözlərinə görə vəziyyətlə bağlı avtomobil təmir sexlərində çalışanlarla danışsalar da amma bir xeyri olmayıb.Hətta məsələnin həlli üçün  aidiyyatı üzrə müraciət etsələr də amma dərdlərinə çarə tapılmır.

Məsələ ilə bağlı ərazidəki təmir sexlərinin bir neçəsinə yaxınlaşdıq. Ordan isə bildirildi ki, ərazidə olan maşınların onlara heçbir aidiyyatı yoxdur.

Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polis İdarəsindən "Xəzər Xəbər"ə bildirdilər ki, ərazidə yaşayan sakinlər bununla bağlı ərazi üzrə Dövlət Yol Polis bölməsinə  müraciət etsinlər. Bundan sonra həmin avtomibillərlə bağlı araşdırma aparılacaq və onların ordan götürülməsi yol polis əməkdaşları tərəfindən təmin olunacaq.






Xəbərin oxunma sayı : 577




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap