Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Bu nazirlikdə dikdaban ayaqqabı geyinmək qadağan edildi – VİDEO

Tarix 17.05.22, 15:39

Font ölçüsü : - / +
bitmap-img6


Mədəniyyət Nazirliyinin strukturuna daxil olan qurumlarda etik davranış və daxili intizam qaydaları ilə bağlı cari il aprelin 19-da əmr imzalanıb.

Əmrdə əməkdaşların geyim üslübu ilə bağlı bir sıra qadağalar müəyyən edilib. İşlədikləri müəssisələrdə qadınlara dar və cins materiallı şalvar geyinmək, dikdabandan, eləcə də şəffaf və parıltılı dodaq və dırnaq boyasından istifadə etmək qadağan edilir.

Nazirliyin tabeliyində olan teatr və konsert müəssisələri, muzeylər, kitabxanalar, təhsil ocaqları və digər belə qurumlarda çalışan qadınlar bu qaydalara mütləq şəkildə əməl etməlidirlər.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyindən "XəzərXəbər”ə bildirilib ki, qurumlarda qulluq keçən işçilərin əmək münasibətləri dövlət qulluğu sahəsində münasibətləri tənzimləyən qanunvericilik aktlarına uyğun olaraq həyata keçirilir.

”Qaydalarda heç bir qadağadan söhbət getmir. İşçilər üçün geyim və üsluba dair tələblər bir çox dövlət orqanlarında, habelə özəl müəssisələrdə də mövcuddur. Hətta bir çox tanınmış yerli və beynəlxalq şirkətlər var ki, öz işçiləri üçün "dress-kod” müəyyən edirlər.

Eyni zamanda, Nazirliyin tabeliyində olan teatr və mədəniyyət mərkəzlərində, yaradıcı sahədə çalışan çoxsaylı işçilər üçün geyim və aksessuarların səhnə mədəniyyətinin tərkib hissəsi olduğunu nəzərə alaraq bildiririk ki, həmin işçilərin geyimləri ilə bağlı heç bir tələb və ya tövsiyə nəzərdə tutulmayıb”, – deyə məlumatda vurğulanıb.
 




Xəbərin oxunma sayı : 625




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap