Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Bu qablar uşaqlarda davranış pozuntularının yaranma riskini artırır - XƏBƏRDARLIQ

Tarix 02.12.20, 17:31

Font ölçüsü : - / +
bitmap-img6


Araşdırmalar nəticəsində plastikin hazırlanmasında istifadə olunan BPA kimyəvi maddəsinin polikarbonat içki şüşələrindən insanın bədəninə keçdiyi sübut olunub. Uşaqlar üçün istehsal olunan plastik su qablarından istifadə edərkən də diqqətli olmaq lazımdır. Xüsusilə BPA kimyəvi maddəsi ilə hazırlanmış qabdan istifadə edildikdə yeni doğulmuş və böyümə çağında olan uşaqlarda davranış pozuntularının yaranma riski artır.

Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən Trend-in sorğusuna cavab olaraq, deyiblər.

Agentlikdən bildirilib ki, qidaların saxlanması və qablaşdırılmasında istifadə olunan plastik qabların geniş yayılmasına əsas səbəb onun istifadəsinin asan və qiymətinin aşağı olması ilə əlaqədardır. Plastiklərin xammalı əsasən neft, qaz və kömürdür. İstehsal prosesində bir sıra qatqı maddələrindən istifadə olunur. Bu maddələr məhsulu elastik və dayanıqlı edir. Lakin insan sağlamlığlı üçün bəzi təhlükələr də yaradır. Çünki plastiklər qida ilə təmasda olduqda qidaya keçir. Bu keçid qida temperaturundan asılı olaraq dəyişir. Temperatur artdıqca toksiki maddələrin qidaya təsiri daha da sürətlənir. Buna görə də xüsusilə, isti və yağlı qidaları plastiklərdə saxlamaq tövsiyə olunmur. 70-90℃-də olan isti içkilər plastik qablara qoyulduqda isə istinin təsiri ilə plastikin tərkibində maddələr monomerlərə ayrılır. Bu isə sağlamlıq üçün təhlükə yaradır.

Agentlikdən qeyd edilib ki, plastik qablar kimi rəngli torbalardan istifadənin də bəzi zərərləri var. Xüsusilə tullantılardan hazırlanan qara torbalarda olan mikroorqanizmlər insan sağlamlığı üçün təhlükə yaradır. Meyvə və tərəvəzin torba ilə birbaşa təması insan sağlamlığı üçün böyük risk daşıyır. Elə bu səbəbdən də plastik torbalarda ərzaq mallarının daşınması tövsiyə olunmur. Həmçinin bu torbalar ətraf mühit və ekosistem üçün də böyük təhlükə mənbəyi olmaqla kimyəvi maddələr yayır, torpağa və suya qarışaraq qida zəncirinin müxtəlif mərhələlərini risk altında saxlayır:

“Plastiklərin zərərlərini aradan qaldırmaq üçün qidanı şüşə və saxsı qablarda saxlamaq, soyuducudakı yeməklərin üzərini naylon deyil qapaqla bağlamaq tövsiyə olunur. Alış-veriş edərkən xüsusilə meyvə və tərəvəzi plastik torbalarda daşımaq və bu torbaları soyuducuya qoymaq, sobada bişirilən yeməklərin üzərinə folqa ilə örtmək məsləhət görülmür. Su alarkən şüşə qabda olmasına diqqət etmək lazımdır. Nəzərə alsaq ki, gün ərzində bu materialdan hazırlanan əşyalarla təmasdan yayına bilmirik. Bunu nəzərə alaraq əlləri xüsusilə, yəməkdən əvvəl mütləq yumaq tövsiyə edilir. Qidanı qablaşdırmaq və daşımaq üçün seçim edərkən şüşə, saxsı, taxta qablar və ya kağız torbalardan istifadəyə üstünlük vermək lazımdır”.



Xəbərin oxunma sayı : 529




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap