“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

Buzovnada evlərin altından qrunt suları çıxır - Sakinlər narahatdır

Tarix 10.05.26, 0:35

Font ölçüsü : - / +
bitmap-img6


Evlərin altından qrunt suları çıxır...Küçələr qrunt sularıyla dolub...

Axar yeri olmayan, evlərdən çəkilib axıdılan sular yollarda çuxurların yaranmasına səbəb olub.

 Xezerxeber.az-ın xəbərinə görə, Xəzər rayonu Buzovna qəsəbəsi, Ruhulla Axundov küçəsi 115 ünvanında yaşayan sakinlər deyirlər ki, intensiv yağışlardan sonra ərazidə vəziyyət daha da çətinləşib.

 Sakinlər deyir ki, kanalizasiya xətti olmadığı üçün hətta həyətlərindəki quyular da daşır:

 Yolda çox sayda yaranan çuxurlar, həm piyadaların, həm də avtomobillərin hərəkətinə mane olur.

 İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən "Xəzər Xəbər"ə bildirildi ki, qrunt suları olan ərazidə bu suların toplanması üçün sututarları olmalıdır. Vətəndaşlar ərazidə məskunlaşdıqlarına görə orada sututarları yaratmaq mümkün deyil. Ona görə də yağışlar intensiv yağanda belə vəziyyət yaranır. O da qeyd edildi ki, mövcud problemi aradan qaldırmaq üçün, qrunt sularını şəbəkəyə ötürmək məqsədilə 500 metr uzunluğunda 300 diametrlik xətt çəkiləcək, artıq işlərə start verilib.

 Xəzər Rayon İcra Hakimiyyətindən isə bildirildi ki, sözügedən ərazidə drenaj şəbəkəsinin qurulması işləri yekunlaşdıqdan sonra asfalt örtüyünün əsaslı təmiri istiqamətində zəruri tədbirlərin görülməsi məqsədilə Avtomobil Yolları Dövlət Agentliyinə rəsmi müraciət edilib. Bununla əlaqədar aidiyyəti qurumlar tərəfindən qeyd olunan istiqamətlər üzrə müvafiq işlərə qısa müddət ərzində başlanılması nəzərdə tutulur.



Xəbərin oxunma sayı : 1054




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap