“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

Aşura günü Azərbaycanda böyük aksiya - 38 ünvanda QAN verilir

Tarix 25.06.26, 12:51

Font ölçüsü : - / +
bitmap-img6


Bu gün Azərbaycanda Aşura qeyd olunur. Bu - mərhəmətin, yardımlaşmanın və insan həyatına verilən dəyərin nümayiş olunduğu xüsusi bir gündür.

Son illər ərzində ölkədə formalaşan qanvermə aksiyaları artıq Aşura ənənəsinin ayrılmaz hissəsinə çevrilib. Bu təşəbbüslər Kərbəla hadisəsinin fəlsəfəsini müasir dövrün humanist dəyərləri ilə birləşdirərək minlərlə insanın həyatına ümid bəxş edir.

Bu il də Aşura günü münasibətilə Azərbaycanın bütün bölgələrində genişmiqyaslı qanvermə aksiyaları təşkil olunub. AzFakt.comxəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılovun sözlərinə görə, ölkə üzrə ümumilikdə 38 məntəqədə qanvermə kampaniyası keçirilir. Həmin məntəqələrin əksəriyyəti məscidlər, ziyarətgahlar və dini-mənəvi mərkəzlərdir. Sevindirici məqamlardan biri odur ki, artıq işğaldan azad edilmiş ərazilərdəki məscidlər də bu xeyirxah təşəbbüsə qoşulub. Ağdam Cümə məscidində və Şuşa şəhərində fəaliyyət göstərən məscidlərdə qanvermə aksiyalarının təşkili həm dini-mənəvi həyatın bərpasının, həm də humanitar dəyərlərin yaşadılmasının rəmzinə çevrilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri Elnur Mustafayev bildirib ki, Aşura günü ilə əlaqədar keçirilən qanvermə aksiyaları artıq Azərbaycanda formalaşmış xeyirxah ənənələrdən biridir və bu təşəbbüslər Kərbəla hadisəsinin mahiyyəti ilə tam uyğunluq təşkil edir. Onun sözlərinə görə, İmam Hüseynin (ə) şəhadəti ilə bağlı hadisələrin əsas mesajı insanlara yardım etmək, ədalət və mərhəmət prinsiplərini yaşatmaqdır: "Bu təşəbbüslər Aşura gününün fəlsəfəsi, mahiyyəti və ruhu ilə tam şəkildə üst-üstə düşür. Buradakı əsas məqsəd xeyirxah niyyətlə ehtiyacı olan insanlara yardım göstərməkdir".

Elnur Mustafayev vurğulayıb ki, Aşura münasibətilə özünə xəsarət yetirmək, qan çıxarmaq və ya dini-mənəvi dəyərlərlə uzlaşmayan davranışlar sərgiləmək hadisənin fəlsəfəsinə ziddir. Əksinə, insan həyatının xilasına xidmət edən qanvermə aksiyaları Kərbəla şəhidlərinin təbliğ etdiyi yüksək mənəvi ideyaların yaşadılmasının ən düzgün formalarından biridir.

Bu il də ənənəyə uyğun olaraq qanvermə aksiyası Azərbaycan İlahiyyat İnstitutunda təşkil olunub. Gündüz İsmayılov qeyd edib ki, bu, təsadüfi seçim deyil. Çünki Azərbaycan İlahiyyat İnstitutu ölkədə dini sahə üzrə ixtisaslı kadrlar hazırlayan yeganə ali təhsil müəssisəsidir. Burada gələcəyin din xadimləri, ilahiyyatçıları və dinşünasları təhsil alırlar. Məhz buna görə də Aşura gününün mahiyyətini düzgün şəkildə cəmiyyətə çatdıracaq şəxslərin yetişdiyi təhsil ocağında belə bir aksiyanın keçirilməsi xüsusi simvolik məna daşıyır.

Aksiyanın təşkilində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi, Azərbaycan İlahiyyat İnstitutu, Mənəvi Dəyərlərin Təbliği Fondu, TƏBİB, Səhiyyə Nazirliyi, Azərbaycan Könüllülər İttifaqı, Azərbaycan Qızıl Aypara Cəmiyyəti, Gənclər Fondu, qeyri-hökumət təşkilatları və digər qurumlar iştirak edir.

Rəsmilərin sözlərinə görə, son illər Aşura günü keçirilən qanvermə aksiyalarında iştirak edənlərin sayında davamlı artım müşahidə olunur. Bunun əsas səbəblərindən biri insanların Kərbəla hadisəsinin fəlsəfəsini daha dərindən dərk etməsidir. Maarifləndirmə işlərinin nəticəsi olaraq cəmiyyətdə Aşuranın mahiyyəti barədə daha sağlam təsəvvür formalaşıb. İnsanlar anlayırlar ki, İmam Hüseynin (ə) uğrunda şəhid olduğu ideallar - ədalət, humanizm, mərhəmət və fədakarlıqdır. Bu dəyərlərin təcəssümü isə özünə zərər verməkdə deyil, başqalarının həyatını xilas etməkdədir.

Aşura günü qanvermə aksiyalarının keçiriləcəyi ÜNVANLAR


Xüsusilə də talassemiya və hemofiliya kimi ağır xəstəliklərdən əziyyət çəkən insanların qan ehtiyacının ödənilməsində bu aksiyaların mühüm rolu var. Vətəndaşlar bilirlər ki, verdikləri bir neçə yüz millilitr qan kiminsə həyatını xilas edə bilər.

Bu gün Azərbaycanda Aşura mərasimlərinin mahiyyəti getdikcə daha çox humanitar məzmun qazanır. Qanvermə aksiyalarına minlərlə insanın qoşulması göstərir ki, cəmiyyət dini-mənəvi dəyərləri müasir dövrün ehtiyacları ilə uzlaşdırmağı bacarır. Əgər Kərbəla insanlığın ədalət uğrunda mübarizəsinin simvoludursa, Aşura günü qanvermə aksiyaları da həmin idealların müasir dövrdə praktik təzahürüdür. Çünki bir damla qan çıxarmaq deyil, bir insanın həyatını xilas etmək İmam Hüseynin (ə) təbliğ etdiyi mərhəmət və fədakarlıq ruhuna daha yaxındır.

Məhz buna görə də Azərbaycanda Aşura günü keçirilən qanvermə aksiyaları təkcə dini mərasim deyil, həm də humanizmin, vətəndaş həmrəyliyinin və xeyirxahlığın ən gözəl nümunələrindən biri kimi qiymətləndirilir. Bu ənənə hər il daha çox insanı ətrafında birləşdirərək Kərbəla mesajının əsl mahiyyətini yaşadır - insanlara həyat bəxş etmək.



Xəbərin oxunma sayı : 346




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap