Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Cahangir Hacıyevin məhkəməsi davam edib –Beynəlxalq Bankın pullarını brilliant biznesinə kim yönəldib?

Tarix 15.04.19, 15:00

Font ölçüsü : - / +
bitmap-img6


Sabir bankir Cahangir Hacıyev 21 nəfərlə birlikdə növbəti dəfə hakim önünə çıxarılıb.

Musavat.com xəbər verir ku, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və onunla birlikdə ittiham edilən şəxslərin cinayət işi üzrə məhkəmə iclası Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutub. Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Rövşən İsmayılov ifadə verib.

Şahid 1997-ci ildən “Azərbaycan Beynəlxalq Bank”ında çalışdığını deyib. Bildirib ki, 2002-2012-ci illərdə bankın İdarə Heyətinin sədr müavini vəzifəsində işləyib.

Bankdan ayrılan kreditlərlə bağlı danışan şahid deyib ki, işi bankda maliyyə məsələlərinə nəzər edib, rəhbərliyə məlumat vermək olub: “Əməliyyatlara xəzinədarlıq departamenti nəzarət edirdi. Lahiyələrlə bağlı məsələlər Cahangir Hacıyevə məruzə edilirdi”.

Prosesin davamında hakim elan edib ki, hazırda ev dustaqlığında olan təqsirləndirilən Erxan Cavadın “Buta kithcin” əməliyyatı zamanı Beynəlxalq Bankdan götürdüyü kredit sənədlərinin birində imzası yoxdur. Təqsirləndirilən E.Cavad bunu təsdiqləyib. Məlum olub ki, E.Cavad ifadəsində həmin kreditlərin brilliant mağazasına yönəldildiyini deyib.

Buna aydınlıq gətirən E.Cavad qeyd edib ki, həmin brilliant mağazası Piriyevlə ailəsinə məxsus olub: “Şirkətin 50 faizi Nəsib Piriyevin, 50 faizi isə onun anasının idi. İttihamda qeyd edilən məbləğ Nəsib Piriyevin Əfqanıstanda olan şirkətinə “ofşor” yolla köçürülüb”.

Nəsib Piriyev oliqarx Nizami Piriyevin oğludur. Nəsib Piriyev PNN Group şirkətinin rəhbəridir. “Beynəlxalq Bank əməliyyatı” zamanı həbs edilən iş adamlarından biri də Nizami Piriyev idi. Onun oğlu Nəsib Piriyev isə beynəlxalq axtarışa verilmişdi.

Məlumatda bildirilirdi ki, Nəsib Piriyevin “Azerbaijan Consulting Company” şirkətinin adına Beynəlxalq Bankdan 170 milyon dollar kredit götürüb və geri qaytarmayıb.

Hüquq-mühafizə orqanları isə rəsmi açıqlama ilə çıxış edərək bildirdilər ki, Nəsib Piriyev Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində başlanmış cinayət işi ilə əlaqədar axtarışa verilib. O, dəfələrlə istintaqa çağırılsa da gəlməyib. Bu işlə bağlı Nəsib Piriyevin atası Nizami Piriyev həbs edilmiş, daha sonra borcunun bir qismini ödəyərək azadlığa çıxmışdı.

Rəsmi məlumata görə, aparılmış istintaqla 2001-2015-ci illərdə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş C.Hacıyevin göstərişləri əsasında ayrı-ayrı ölkələrdə yaradılmış hüquqi şəxslərlə real dəyəri olmayan sadə veksellərin alqı-satqısına dair 3,4 milyard ABŞ dolları və 987 milyon avro məbləğində (müvafiq dövrün məzənnəsi ilə 3,8 milyard manat) müqavilələr bağlanılaraq qanunsuz veksel əməliyyatları aparılmasına dair əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, istintaqla C.Hacıyevin göstərişləri əsasında həmin dövrdə qeyriləri vasitəsi ilə çoxsaylı kredit müqavilələri bağlanaraq manat və xarici valyutalarla rəsmiləşdirməklə 900 milyon manat həcmində pul vəsaitinin bankdan digər hesablara köçürülərək mənimsənilməsinə dair əsaslı şübhələr müəyyən edilib.

Aparılmış istintaqla C.Hacıyevin tanışı Dünyamin Xəlilov, digər 20 nəfər və qeyriləri ilə birlikdə qanunsuz maliyyə əməliyyatları aparılan və real dəyəri olmayan veksellərin alınması, eləcə də təminatı olmayan kreditlərin verilməsi yolu ilə ümumilikdə 4,7 milyard manat məbləğində pul vəsaitinin mənimsəmə və digər cinayətlər yolu ilə 2,5 milyard manat hissəsini ələ keçirməklə cinayət yolu ilə əldə edilmiş həmin vəsaitin 2 milyard manatını leqallaşdırmasında, digər 2,2 milyard manat məbləğində pul vəsaitinin isə müxtəlif əməliyyatlara yönəltməklə “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.



Xəbərin oxunma sayı : 688




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap