![]() |
|














Cavid Qurbanov 10 milyona, hökumət isə 1.2 milyona məsləhət alır:Bir sövdələşmənin izi ilə
Tarix 15.05.19, 18:04 |
|

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti (ADY) dəyəri milyonlarla ölçülən razılaşmaya imza atıb.
Belə ki, Cavid Qurbanovun rəhbəri olduğu qurum Bakı–Böyük Kəsik dəmiryolu xətti boyunca yeni enerji təchizatı və işarəvermə sistemlərinə keçid, elektrik lokomotivlərinin alınmasına dair Texniki Nəzarət üzrə Məsləhət Xidmətləri ilə bağlı açıq tender keçirib və 10 milyon dollar məbləğində razılaşma əldə edib. Tenderin qalibi İspaniyanın "JV TPF Getinsa Eurorestudios – Auxitec Tecnica V Control” birgə müəssisəsi olub.
Bu haqda məlumatı "Azərbaycan Dəmir Yolları” QSC (ADY) özü yayıb. Məlumata görə, bu məqsədlə adıçəkilən xarici şirkətlə 8,261 milyon avro (9,277 milyon ABŞ dolları) məbləğində əsas və 0,236 milyon dolar məbləğində əlavə satınalma müqavilələri bağlanılıb. Beləliklə, ADY İspaniya şirkətindən 9,513 milyon dollarlıq məsləhət alacaq.
Maraqlıdır, belə bir layihə üçün 10 milyon dollarlıq məsləhət Cavid Qurbanova nə üçün lazımdır? Qısa bir xatırlatma kifayətdir ki, məbləğin reallığa uyğun olmadığı açıq şəkildə görünsün. Belə ki, 2 il əvvəl Azərbaycan hökuməti ölkənin bütün iqtisadi modelinin tətbiqi üçün dünyanın məşhur konsaltinq şirkəti ilə cəmi 1.2 milyon dollar məbləğində razılaşmışdı.Cavid Qurbanov isə kiçik bir layihə üçün məsləhət almağa 10 milyon dollar xərcləyəcək. Bu da əslində məsələdə qaranlıq məqamların olduğunu göstərir. Cavid Qurbanovun tenderin qalibi etdiyi şirkətin hansı özəllikləri var ki, belə bir müqavilə imzalansın? Hər halda bu müqavilənin ən maraqlı nüansı da budur. Nəzərə alaq ki, bu pullar dövlət büdcəsindən xərclənir, adi bir layihə ilə dövlət büdcəsinə vurulan zərərin həcmi 10 milyonlarla dollardır.
İqtisadçı-ekspert Natiq Cəfərli hesab edir ki, 10 milyon dollar məsləhət almaq üçün ödənilə bilməz.
O, Cebhe.info-ya deyib ki, 10 milyon dollarlıq müqavilə suallar və şübhələr doğurur:

“Əvvəlcə araşdırılmalıdır ki, bu konsaltinq şirkətinin səviyyəsi necədir. Çünki beynəlxalq, tanınmış bir neçə konsaltinq şirkəti var ki, Azərbaycanla da işləyir. Bu şirkət isə tanınmır. Yüz faiz bu şirkətin arxasından bir azərbaycanlı çıxacaq. Çünki tanınmış bir şirkət deyil. Hətta hökumətin bütövlükdə iqtisadi proqramının məsləhəti üçün çox nüfuzlu beynəlxalq şirkətlə cəmi 1.2 milyon avro müqabilində müqavilə bağlanmışdısa, belə kiçik bir layihə üçün 10 milyon dollarlıq müqavilə bağlamaq təbii ki, suallar və şübhələr doğurur. Dünyanın indiki konsaltinq bazarındakı qiymətlərə də uyğun deyil. Çox güman ki, tanınmamış ispan şirkəti ilə əlaqə qurulub və danışıqlar aparılıb ki, “atkat” (ödənilən pulların qeyri-rəsmi qaydada razılaşdırılmış şəxsə qaytarılması - müəl.) edilsin. Bununla da korrupsiya sxemləri ilə pulun geri dönüşü həyata keçiriləcək. Ümumiyyətlə, bu şirkətin fəaliyyətini araşdırmaq lazımdır. Ola bilər ki, hansısa adi bir ispanın adına açılmış şirkətdir. Bu şirkət sadəcə Azərbaycanla müqavilə bağlayıb pul alıb. Bu da ölkədən qanunsuz pul çıxarılmasına nümunədir, korrupsiya sxemidir. Bu cür kiçik layihələrin konsaltinqi maksimum 100 min dollarla ölçülə bilər, milyonlarla yox”.
"Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) 10 milyon dollarlıq məsləhət alacağı "JV TPF Getinsa Eurorestudios – Auxitec Tecnica V Control” birgə müəssisəsi ilə bağlı qısa araşdırma apardıq. Məlum oldu ki, şirkət nəinki beynəlxalq miqyasda tanınmır, bu günə qədər cəmi bir beynəlxalq layihəyə imza atıb. Həmin layihə isə Səudiyyə Ərəbistanına məxsus olub.
Şirkət 1992-ci ildə yaradılıb, kiçik müəssisədir. Cəmi 22 işçisi var, Arribastorres Antonio adlı şəxs şirkətin həm sahibi, həm direktoru, həm də baş məsləhətçisidir. Son dəyərləndirməyə görə, şirkətin bazar dəyəri cəmi 879 min 562 avrodur. Şirkətin 364 min 652 avro borcu var. Bu günə olan borc öhdəlikləri 1 mln. 318 min 16 avrodur. Uzunmüddətli investisiya portfeli və maliyyə yatırımları yoxdur. Şirkətin cəmi 16 min 64 səhmi var, əsas səhmdarı da sahibidir, yəni Arribastorres Antonio. Likvid aktivləri 31 min 614, Qısamüddətli borcu 36 min 728 avrodur.
Digər tərəfdən, sözügedən layihə, yəni Bakı-Böyük Kəsik dəmiryol xətti müxtəlif vaxtlarda təmir olunub. Hər dəfə də müxtəlif şirkətlərlə milyon dollarlıq razılaşmalar həyata keçirilib.
Məsələn, Dünya Bankı 2008-ci ilin mart ayında “Azərbaycan Dəmir Yolu Ticarətinin və Nəqliyyatının Dəstəklənməsi” layihəsinin reallaşdırılması üçün Azərbaycana 450 milyon dollar məbləğində kredit ayırmağa razılıq verib. Layihənin həyata keçirilməsi üçün əlavə kredit vəsaitləri də daxil olmaqla, bankın ayırdığı vəsaitlərin ümimi həcmi 670 milyon dollar təşkil edib. Bundan başqa, Çexiyanın “Eximbank”ı 215 milyon dollar, Azərbaycan hökuməti isə bu layihənin reallaşması üçün 137 milyon dollar ayırıb. Layihəni icrasını isə “Bombardier-TransSignalRabitə” şirkəti (İsveçrə-Rusya-Azərbaycan birgə müəssisəsi) həyata keçirib.
Daha sonra “Azərbaycan Dəmir Yolları” 2013-cü ilin sentyabr ayında Kanadanın “Bombardier Inc.” şirkəti ilə Bakı-Böyük Kəsik dəmiryolu xəttinin siqnalizasiya sisteminin müasirləşdirilməsi haqqında müqavilə bağlayıb. Müqavilə çərçivəsində “Bombardier Transportation” INTERFLO 200 magistral siqnalizasiya sistemini tədarük edib. Bu razılaşmanın dəyəri isə 288 milyon dollar təşkil edib.
Qeyd edək ki, “Bombardier” şirkətinin bir neçə top-meneceri “Azərbaycan Dəmir Yolları” QSC ilə 2013-cü ildə bağlanmış müqaviləyə görə geriyə 56 milyon dollar “otkat” ötürülməsinə dair sövdələşmədə iştirak ediblər. Bununla bağlı İsveç məhkəməsi Kanadanın beynəlxalq nəqliyyat infrastrukturu şirkəti olan “Bombardier”in bu ölkədəki törəmə şirkəti “Bombardier Transportattion”un əməkdaşı olan Rusiya vətəndaşını həbs etmişdi. “Bombardier” şirkəti ilə əməkdaşlıq zamanı “Azərbaycan Dəmir Yolları” QSC Nəqliyyat Nazirliyinin tərkibində idi və bu struktura Arif Əsgərov rəhbərlik edirdi. Nəqliyyat naziri postunu isə Ziya Məmmədov tuturdu.
Görünən odur ki, “Azərbaycan Dəmir Yolları” QSC-yə rəhbərlik Ziya Məmmədovdan Cavid Qurbanova keçsə də, sistem dəyişilməyib. Müəmmalı sövdələşmələr, büdcə vəsaitlərinin mənimsənilməsi faktları, razılaşdırılmış tender layihələri və sair kimi neqativ hallar hələ də var və indi bu mexanizmə nəzarət Cavid Qurbanov keçib. Hər halda Cavid Qurbanovun 10 milyon dollarlıq “məsləhətə” ehtiyac duyması bundan xəbər verir.
Xəbərin oxunma sayı : 643
Gündəm
Xəbərlər
-
Azərbaycan klublarının yay transferləri: Kim gəlir, kim gedir?
-
Xanımı Ərdoğanın çlxışı zamanı ağladı - VİDEO
-
Bakı Suriya və İsrail danışıqlarına ev sahibliyi edəcək - KİV
-
Fitnes məşqçilərinin təqdim etdiyi qidalanma proqramları niyə bahadır? - VİDEO
-
Ölkədə 1,5 milyon sahibkar var - Ən çox biznesmen hansı rayonlardadır?
-
Azərbaycanlılar Türkiyədə kütləvi şəkildə mənzil alırlar: Onları ora nə çəkib aparır?
-
Xurmanı Almaniyadan 17 manata, Çindən 2 manata alırıq - QİYMƏTLƏR
-
“Putin İranın uranı zənginləşdirməsinə tam qadağanı dəstəkləyir“ - KİV
-
“Epidbiomed” MMC-yə 138 min manatlıq sifariş - Təsisçisi qanunsuz dərman dövriyyəsinə görə həbs edilmişdi
-
Yeni qida normaları kimlərə şamil ediləcək? - DEPUTAT AÇIQLADI
-
Abşeron İcra Hakimiyyətinin həbs olunan əməkdaşı: “Zəng edib dedi ki, 30 min manat istə“
-
“Sputnik Azərbaycan“ Rusiya FTX-nin filialından başqa bir şey deyildi - Mətbuat Şurası
-
İlham Əliyevin Suriya Prezidenti ilə geniş tərkibdə görüşü oldu - FOTOLAR
-
Çay evində zarafat faciə ilə nəticələndi - Göyçaydakı cinayətin TƏFƏRRÜATI
-
SOCAR Suriya Hökuməti ilə Anlaşma Memorandumu imzaladı - FOTO
-
Nazirlikdən hava ilə bağlı əhaliyə - Videomüraciət
-
“Türkiyə Suriyada da terror dəftərinin bağlanacağına inanır“ - Ərdoğan
-
Azərbaycan klublarının dəyəri nə qədərdir? - SİYAHI
-
Suriya Prezidenti Azərbaycandadır - Fotolar
-
Hər 1 manat Yağmurun həyatını xilas edə bilər - Çarəsiz anadan yardımsevər insanlara MÜRACİƏT
-
Xanımı Polad Həşimovun şəhid xəbərini necə almışdı? - FOTOLAR
-
Dövlət Departamentinin 1300 əməkdaşı işdən çıxarıldı - FOTOLAR
-
Ali Məhkəmənin hakimi Nigar Rəsulbəyova təqaüdə göndərildi - FOTO
-
“Evlərimiz təhlükədədir, hər an çökmə baş verə bilər” - VİDEO
-
Koçaryan Simonyana qarşı daha bir iddia qaldırıb - Nədə ittiham edir?
-
Avtomobillərin utilizasiyası sistemində boşluqlar - İşbazlar fürsətdən istifadə edirlər (VİDEO)
-
Bağçalara qəbul başlayır - Proses necə keçiriləcək?
-
Ölkədə nikahsız doğulanların sayı artır - İki baxış
-
Həm arıq saxlayır, həm də ürəyə xeyirdir - Hazırda mövsümüdür
-
Tələbələrin təqaüdündən xəbərsiz tutulan pullar hara gedir? - VİDEO
-
Çoxmərtəbəli binalarda səs izolyasiyasına niyə diqqət edilmir? - VİDEO
-
Tovuz döyüşlərindən 5 il ötür
-
Abortla bağlı yeni qanun qəbul edilə bilər - VİDEO
-
Qərb Ukraynaya silah tədarükünü bərpa edib - Zelenski
-
Xocalı girovlarının ifadələri: Dəhşətli faktlar ortaya çıxdı
-
Mingəçevir sakinlərin nəzərinə: Bəzi ərazilərdə qaz olmayacaq
-
“Yadıma düşmür ki, nəvaxtsa mən onu söyüm...“ - Zülfüqarov Məmmədyarova cavab verdi
-
Kolumbiya üsyançılarının sayı artır - hökumət narahatdır
-
Masallıda 24 yaşlı oğlan xalası qızı ilə münasibətdə oldu: anası və atasına isə... - TƏFƏRRÜAT
-
“Azəriqaz”da absurd təyinat…- Nəqliyyat mühəndisi maliyyə sektorunda
-
15 mini icra başçısının sürücüsünə vermək adı ilə aldı - Sahibkarın başına iş gəldi
-
Baş prokuror Nərimanovda vətəndaşları qəbul etdi - Fotolar
-
“Qaçqınkom“un tenderi şübhələr yaratdı: “SS-İnşaat“ kimindir?
-
Əli Əsədov İqtisadi Şuranın üzvlərini topladı - Müzakirə
-
Natiq Cəfərli quru sərhədlərinin bağlı qalmasını tənqid etdi - “Belə də iş olar?!”
-
“Stomatoloq.Mehemmed” necə pasiyentləri implant edir? - Araşdırma
-
Dövlət Miqrasiya Xidməti əməkdaşlarının geyim forması dəyişdi - Fərman
-
Biləcəridə şəhid ailəsinin evini dağıtdılar - FOTOLAR
-
Serftifikasiyadan kəsildi, məktəbə texniki işçi kimi düzəlmək istədi - Dələduzluğun qurbanı oldu
-
Pekin düşmənlərinə qarşı “kiber-arılar“ yaradır - SENSASİNON DETALLAR
-
Əhalinin banklardakı əmanətləri 15 milyard manatı keçib - Statistika
-
Bakıda avtomobil ehtiyat hissələri mağazasının faəliyyəti dayandırıldı - VİDEO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
-
Nikahların sayı artıb, boşanmalar azalıb - Doğulanların və ölənlərin sayı isə...
-
Mənzil qiymətləri niyə sürətlə artır? - Bazara təsir edən amillər
-
Dənizçi pasportu almaq istəyən 181 nəfəri belə aldadıblar - DƏLƏDUZLUQ İŞİ
-
“Putin Ukraynada uzunmüddətli müharibəyə hazırlaşır“ - “Financial Times“
-
Növbəti dörd gündə havanın maksimal temperaturu 41 dərəcə olacaq - XƏBƏRDARLIQ
-
“Veysəloğlu“ Şirkətlər Qrupunun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı”na yekun vuruldu - FOTOLAR
-
Sosial yardım məbləğində artımlar olacaq? - Deputat
-
PKK silahları təhvil verməyə başladı - FOTOLAR/VİDEO
-
Xocalıda girov götürülmüş qadın: Yaşyarımlıq oğlum başından qəlpə xəsarəti aldı
-
Bosniyalı müsəlmanların qətli - Srebrenitsa soyqırımından 30 il ötür
-
Azərbaycanda orta aylıq əmək haqqı 9 % artıb - Rəsmi
-
Prezident daha bir fərman imzalayıb - Şübhəli əməliyyatlarla bağlı
-
Lisey və gimnaziyalara qəbul - 200 şagirdin nəticəsinin əlavə araşdırılmasına zərurət yaranıb
-
“Yaşayış minimumu haqqında” qanun dəyişib - Fərman
-
Magistraturanı bitirənlər bu qədər maaş alacaq - SİYAHI
-
“Bakinski raboçi”, “Respublika” və “Xalq qəzeti”... - Prezident bu nəşrlərlə bağlı fərman verdi
-
İlham Əliyev Mariam Kvrivişvilini qəbul etdi - FOTO
-
Pakistanda avtobusa silahlı hücum olub - 9 nəfər öldürülüb
-
Milli Onkologiya Mərkəzinə 650 min manat ayrılıb - SƏRƏNCAM
-
Bakıda dəfn mərasimində DƏHŞƏT: Oraqla qardaşının BAŞINI KƏSDİ
-
20 avtobus marşrutu müsabiqəyə çıxarılır - SİYAHI
-
Köhnədir, oturacaqları sınıqdır - 50 nömrəli avtobusdan ŞİKAYƏT
-
Bakı zənginlərinin qumar oynadığı məkan: “Ağ klub“un aqibəti necə oldu? (VİDEO)
-
ABŞ-nin NATO müttəfiqləri Amerika silahlarının Ukrayna üçün əvəzini ödəyəcəklər - Tramp
-
Sumqayıtda əliliyi olan şəxslər üçün quraşdırılan panduslar yarımçıq qaldı - VİDEO
-
İsrail yaxın vaxtlarda bir neçə ərəb dövləti ilə sülh sazişi imzalaya bilər - Netanyahu
-
Azərbaycan 103 ölkəyə ixrac, 153 ölkədən idxal edib - Statistika
-
Bazarlarda satılan şaftalıların üzərinə boya vurulur? - VİDEO
-
Azərbaycanda əhalinin yanacaq xərclərinin nə ilə bağlıdır? - VİDEO
-
“Ciyər axşamı”ndakı qanlı davanın səbəbi bilindi - Məclis sahibi də etiraz edib
-
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
-
Vətən müharibəsinin iştirakçısı arvadını öldürüb? - Valideynlər danışdı
-
Metroda ən çox sərnişin bu stansiyalardan istifadə edir - SİYAHI
-
“AtaSığorta” kibertəhlükəsizlik tələblərini pozub - AMB xəbərdarlıq etdi
-
Bakının ən bahalı və ucuz mənzilləri - Sotu 350 min AZN olan torpaq sahəsi
-
Sərxoş sürücü polisə tabe olmadı - İçkili maşın sürməsini belə izah etdi
-
Romada Ukrayna toplantısı: Zelenski Marşall Planı təklif edir
-
“Dedi ki, qardaşı Kürdəxanıda rəisdir” - Restoranda ağlayan qadın aldadılıb
-
Fərid Əhmədov pakistanlı həmkarı ilə görüşdü - Fotolar
-
Bu imtahanın keçirilmə qaydaları dəyişdirildi - Keçid balı artırılıb
-
Kiyevə göndərilən dron səfirliyimizin yaxınlığına düşüb - Fotolar
-
DİN-də kollegiya iclası: Vilayət Eyvazov yeni tələblər qoydu - FOTO
-
Ən çox şikayət edilən sığorta şirkətlərinin - Siyahısı
-
Lavrov və Rubio arasında görüş olub - Nə müzakirə edilib?
-
Bakı metrosunda ən çox hansı stansiyadan istifadə edilir? - SİYAHI
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Nar” tədbirdə rəsmi telekommunikasiya tərəfdaşı kimi iştirak etdi - Fotolar
-
Azərbaycanlı “Vaqner”çilər həbs olundu - DTX-dən əməliyyat
-
Məhşur blogerin “Papağ” restoranları “Cart to card” sistemi işləyir? - Vergidən yayınma……
-
İlham Əliyevlə Paşinyan nələri müzakirə ediblər? - Rəsmi açıqlama
-
Cərrah Elçin Bayramov qonşularına təzyiq göstərir - “Heç kimdən qorxmuram...“
-
Azərbaycan kənd təsərrüfatında fəlakət göstəriciləri: Əkin sahələrinin zərəri 90% artdı
-
İşdən çıxarılan məktəb direktorlarının 20 faizi vəzifəsinə bərpa olunub - Nazir
-
Özünü “vəkil“ kimi təqdim edən Səbiyyə Panəliyevanın dələduzluğu davam edir - ŞİKAYƏT
-
Azərbaycanla Ermənistan bu məsələlərdə razılığa gəldi - Görüşün nəticələri
-
Yağış yağacaq, külək əsəcək - Sabahın havası
-
Xocalıda yaralanan şəxs: Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım isə...
-
Generalın nömrəsini axtaran müəllimin başına oyun açdılar - DƏLƏDUZLUQ İŞİ
-
İlham Əliyevlə Nikol Paşinyan arasındakı görüş başa çatdı - FOTO
-
“Bakı və İrəvanın sülh sazişi imzalaması regiona sabitlik gətirəcək“ - Peskov
-
Miras üstündə mübahisələrə son qoyulur? - Qanun dəyişdi, qaydalar yeniləndi
-
“Polisləri görüb qışqırmağa başladım” - Qız qaçıran 3 nəfər niyə azadlığa buraxıldı?
-
Bahalaşan və ucuzlaşan məhsullar açıqlandı - SİYAHI
-
“Atlant” sahibi ilə kürəkəni məhkəmədə üz-üzə - 14 milyon kimin cibindədir?
-
“Təxminən 20 min uşaq bağçadan kənarda qalacaq“ - Nazir
-
Zelenskidən Rusiyaya xəbərdarlıq: “Sərt reaksiya olacaq!”
-
I və IV ixtisas qrupları üzrə imtahan keçiriləcək - DİM-dən xəbərdarlıq
TOP 10
ARXİV