Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Cəbrayıllı gənclər Zaur Məmmədovu dəstəkləyir - Fotolar

Tarix 28.01.20, 21:31

Font ölçüsü : - / +
bitmap-img6


120 saylı Cəbrayıl-Qubadlı Seçki Dairəsindən deputatlığa namizəd Zaur Məmmədov Bakı şəhəri, 8-ci mkr., Şövkət Məmmədova küçəsində yerləşən məcburi köçkün şəhərciyində görüş keçirib.

Bu gün deputatlığa namizəd planlaşdırılmadan şəhərciyə gedərək çay evində köçkünləri ziyarət edib.

Zaur Məmmədov öncə seçki platforması, millət vəkili seçiləcəyi təqdirdə görəcəyi işlərdən danışıb. Namizəd deyib ki, hər şeydən öncə aktiv olmaq, seçkiyə gəlmək və verilən səsi qorumaq lazımdır.

Zaur Məmmədov məcburi köçkünlərin problemlərini araşdırdığını dilə gətirib və vurğulayıb ki, gənclərin işsizlik problemləri, sosial təminat, səhiyyə xidmətinin aşağı səviyyədə olduğunu bilir. O qeyd edib ki, deputat seçiləcəyi təqdirdə hər bir Cəbrayıl və Qubadlı sakininin Milli Məclisdəki səsi olacaq.

Görüş zaman köçkün gənclər işsizlik və mənzil problemlərindən danışıblar. Bildiriblər ki, şəhərcikdə yaşayan gənclərin xeyli hissəsi işsizdir, bəziləri isə daha az əməkhaqqına işləmək məcburiyyətindədir.

Zaur Məmmədov isə sonda qeyd edib ki, əgər ona etimad göstərib Milli Məclisə deputat seçərlərsə, səslənən bütün problemlərin həlli üçün əlindən gələni edəcək.

Gənclər yeni ideya və təklifləri ilə seçilən namizəd Zaur Məmmədovu dəstəkləyəcəklərini bəyan ediblər.


Cəbrayıllı gənclər Zaur Məmmədovu dəstəkləyir Cəbrayıllı gənclər Zaur Məmmədovu dəstəkləyir
Cəbrayıllı gənclər Zaur Məmmədovu dəstəkləyir




Xəbərin oxunma sayı : 634




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap