Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Cənubi Koreya Donald Trampın fikrinə etiraz edib

Tarix 19.10.18, 18:02

Font ölçüsü : - / +
bitmap-img6


Koreya Respublikası müstəqil dövlət kimi KXDR üzərindən sanksiyaların birtərəfli qaydada aradan qaldırılması üçün ABŞ-ın razılığına ehtiyac duymur və Prezident Donald Trampın bu məsələ ilə bağlı dedikləri doğru deyil.

AZƏRTAC Yonhap informasiya agentliyinə istinadla xəbər verir ki, bunu Cənubi Koreya prezidentinin birlik, beynəlxalq münasibətlər və milli təhlükəsizlik üzrə müşaviri Mun Çun İn deyib. “Burada “razılıq” sözü yanlışdır. Çox güman ki, söhbət məsləhətləşmə və razılaşdırmadan gedir. Donald Tramp Cənubi Koreyanın ABŞ-la məsləhətləşmədən və razılaşdırmadan KXDR üzərindən sanksiyaları götürməyəcəyini deməli idi. Cənubi Koreya müstəqil dövlətdir. ABŞ prezidenti bunu necə tələb edə bilər? Biz nəyə görə ABŞ-ın tələblərini yerinə yetirməliyik?”, - deyə Mun Çun İn bildirib.

Qeyd edək ki, Seul 2010-cu ildə Cənubi Koreya Hərbi Dəniz Qüvvələrinə məxsus “Çhonan” korvetinin batırılması ilə bağlı insidentdən sonra Şimali Koreyaya qarşı birtərəfli sanksiyalar tətbiq etmişdi. O zaman Cənubi Koreya və ABŞ korvetə KXDR-in sualtı gəmisinin hücum etdiyi qənaətinə gəlmişdi. Nəticədə humanitar sahələrdən başqa Koreya yarımadasının bu iki dövləti arasında demək olar ki, bütün əlaqələr kəsilmiş, ticarətə və investisiyalara qadağa qoyulmuşdu.



Xəbərin oxunma sayı : 157




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap