Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Ceyhun Bayramov Britaniyanın dövlət naziri ilə telefonla danışıb – Nələr müzakirə olunub?

Tarix 20.08.20, 19:38

Font ölçüsü : - / +
bitmap-img6


Xarici İşlər naziri Ceyhun Bayramovun Böyük Britaniyanın Avropa Qonşuluğu və Amerikalar üzrə Dövlət Naziri Vendi Morton ilə telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, Dövlət Naziri Vendi Morton Ceyhun Bayramovu Xarici İşlər naziri təyinatı münasibətilə təbrik edib.

Tərəflər ikitərəfli əməkdaşlıq gündəliyinin bir sıra istiqamətləri üzrə fikir mübadiləsi aparıb, qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişafı perspektivlərini müzakirə ediblər.

Nazir Ceyhun Bayramov Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin son hərbi təxribatı barədə məlumat verib və bu təxribatın Ermənistan rəhbərliyinin münaqişənin həlli üzrə danışıqlar prosesinə əngəl törətmək məqsədi güddüyünü açıq şəkildə nümayiş etdirdiyini bildirib.

Vendi Morton öz növbəsində bölgədə gərginliyin aradan qaldırılmasının vacibliyini vurğulayıb.

Tərəflər, habelə qarşılıqlı maraq doğuran digər məsələlər ilə bağlı fikir mübadiləsi aparıblar.




Xəbərin oxunma sayı : 5989




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap