Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Ceyhun Bayramov və Cavad Zərif arasında telefon danışığı olub – XİN

Tarix 17.07.20, 20:45

Font ölçüsü : - / +
bitmap-img6


Cari ilin 17 iyul tarixində Xarici İşlər naziri Ceyhun Bayramovun İran İslam Respublikasının Xarici İşlər naziri Məhəmməd Cavad Zərif ilə telefon danışığı baş tutub.

XİN-dən verilən məlumata görə, telefon danışığı zamanı nazir Məhəmməd Cavad Zərif Azərbaycan Respublikasının Xarici İşlər naziri təyin olunması münasibətilə Ceyhun Bayramovu təbrik edərək, ona fəaliyyətində müvəffəqiyyətlər arzulayıb.

Nazirlər möhkəm tarix və mədəni köklər üzərində qurulan ikitərəfli münasibətlərin gündəliyində duran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Nazir Ceyhun Bayramov bölgədə sülh və təhlükəsizliyin təmin olunmasının vacibliyini vurğulayaraq, həmkarına Ermənistan silahlı qüvvələrinin sərhəd bölgəsinin Tovuz rayonu istiqamətində hərbi təxribatı və hazırkı gərgin vəziyyət barədə məlumat verib. Yalnız işğalçı Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlarından çıxarılmasının və məcburi köçkünlərin öz evlərinə geri qayıtmasının bölgədə dayanıqlı sülh, təhlükəsizlik və rifaha gətirə biləcəyi vurğulanıb. Bu xüsusda, nazir Ceyhun Bayramov İranın Azərbaycanın ərazi bütövlüyünə dəstək nümayiş etdirilməsi ilə bağlı mövqeyinə görə təşəkkürünü ifadə edib.

İranlı nazir Məhəmməd Cavad Zərif münaqişənin həlli ilə bağlı irəliləyişin əldə edilməsi üçün yardımçı olmağa ölkəsinin hər zaman hazır olduğunu qeyd edib.



Xəbərin oxunma sayı : 652




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap