Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Ceyhun Bayramovla Lavrov telefonda danışdı: nələr müzakirə edilib?

Tarix 30.09.20, 23:34

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyindən bildirilib ki, Rusiya Xarici İşlər naziri Sergey Lavrov bölgədə baş verən gərginlik ilə bağlı narahatlığını ifadə edib və atəşkəsə nail olunmasının vacibliyini bildirib.

O, gərginliyin aradan qaldırılması üçün Rusiyanın həm milli qismdə, həm də Minsk Qrupunun digər həmsədr ölkələri ilə birgə vasitəçilik səylərini təklif edib.

Nazir Ceyhun Bayramov, öz növbəsində bölgədə baş verən gərginliyin əsas səbəbkarının Ermənistan tərəfi olduğunu qeyd edib. Nazir, cari ilin 27 sentyabr tarixindən etibarən Azərbaycan Ordusunun təmas xətti boyunca Ermənistan silahlı qüvvələrinin Azərbaycan mövqelərinə qarşı yeni təcavüz aktına cavab olaraq özünü müdafiə hüququ çərçivəsində və mülki əhalini müdafiə etmək məqsədilə əks-həmlələr həyata keçirdiyini vurğulayıb.

Nazir Ceyhun Bayramov Azərbaycanlı mülki şəxsləri və obyektləri məqsədyönlü şəkildə hədəfə alan Ermənistan tərəfinin beynəlxalq hüququn fundamental norma və prinsiplərini, o cümlədən beynəlxalq humanitar hüququ kobudcasına pozaraq dinc əhalini artilleriya atəşinə tutduğunu və Azərbaycanın mülki əhalisi arasında itkilərin olduğu qarşı tərəfin diqqətinə çatdırıb.



Xəbərin oxunma sayı : 253




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap